Azərbaycanlı "oğrubaşı"nın ölümündə Rövşən Lənkəranski izi
12:31 12-02-2014
KRİMİNAL
Azərbaycanlı "oğrubaşı"nın ölümündə Rövşən Lənkəranski izi
Moskvada azərbaycanlı kriminal avtoritet, "taclandırılmağa" bir gün qalmış qətlə yetirilən İlqar Çıldırlıdan sonra kriminal aləmdə vəziyyət dəyişib.
Rusiya mətbuatı xəbər verir ki, kriminal kontingent Pokrovskidən Moskvanın digər rayonuna - Kunçevoya toplaşır. Bu isə həmin ərazidə göyərtinin topdansatış bazarının yaradılması ilə əlaqədardır. Bu bazar uğrunda gedən mübarizədə son zamanlar daha çox "oğrubaşı" Rövşən Lənkəranskinin adı hallanır. Məlumatlara görə, artıq həmin ərazidə "oğrubaşıların nümayəndələri də təyin edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Biryulyovoda Pokrovski bazarında baş verən hadisələrdən sonra kriminallar həmin ərazini tərk ediblər. 3 ay ərzində görünməz olan kriminallar bu dəfə Kunçevoya toplaşıblar. Hazırda hüquq-mühafizə orqanları "qanuni oğru"lara nəzarəti həyata keçirməyə çalışırlar. Artıq bu ərazidə Rövşən Lənkəranskinin adamları gözə dəyib və onlar öz tapşırıqlarını veriblər. Biryulyovodakı bazara nəzarət edən R.Lənkəranski hazırda yeni bazarda mövqelərini möhkəmlətməyə çalışır.
İlqar Çıldırlının ölümündə də məhz onun bu bazar uğrunda mübarizədə R.Lənkəranski ilə arasında yaranan problemin olduğu göstərilir.
Məlumatlara görə, kriminal aləmdə böyük nüfuz sahibi ola İ.Çıldırlı yeni bazarda gəlirdən müəyyən pay istəyib. Ancaq R.Caniyevin adamları bundan imtina edib. Fevralın 5-də isə İ.Çıldırlı öldürülüb.
Qeyd edək ki, Rusiyanın göyərti bazarının heç zaman daimi sahibi olmayıb. Zaman-zaman "əl dəyişdirən" bazar son zamanlar R.Lənkəranskinin nüfuz dairəsində olub.
Digər Xəbərlər
2024-11-22 15:47:41
2024-11-22 14:18:40
2024-11-22 09:56:00
2024-11-22 09:49:07
2024-11-22 09:43:40
2024-11-22 08:57:00
2024-11-21 16:21:09
2024-11-21 10:15:17
2024-11-21 10:06:42
2024-11-20 16:38:43
2024-11-20 11:05:21
2024-11-20 10:04:47
2024-11-20 09:59:26
2024-11-20 09:00:00
2024-11-19 18:28:55
2024-11-19 18:03:32
2024-11-19 12:15:41