“Nida”çıların məhkəməsi davam etdirilib
11:30 21-02-2014
KRİMİNAL
“Nida”çıların məhkəməsi davam etdirilib
İki şahid məhkəməyə məcburi gətiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Bakı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşı Ramazan Mehdiyev ifadə verib.
O, bildirib ki, təqsirləndirilən şəxslər parkda heykəlin yanında çəkiliş apararkən onlara iradını bildirib. Daha sonra o, proses iştirakçılarının suallarını cavablandırıb. Məhkəmə prosesində qeyd olunub ki, şahidlərdən Anar Abbasov və Tofiq Əsədov adlı şəxslər dəfələrlə məhkəmə çağırılsalar da, gəlməyiblər. Bunun üçün onların barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib. Daha sonra bildirilib ki, şahidlərdən Ruslan Əsədli, Tural Şəkərli və Ellaza Abbasova ilə bağlı sorğu veriləcək. Qeyd olunub ki, onlardan biri hərbi xidmətdə, digərləri isə xarici ölkədə yaşadıqları üçün onların məhkəməyə gəlmək imkanlarının olub-olmaması ilə bağlı sorğu veriləcək.
Proses fevralın 21-də davam etdiriləcək.
Qeyd edək ki, “Nida”nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri
axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
Digər Xəbərlər
2024-11-22 15:47:41
2024-11-22 14:18:40
2024-11-22 09:56:00
2024-11-22 09:49:07
2024-11-22 09:43:40
2024-11-22 08:57:00
2024-11-21 16:21:09
2024-11-21 10:15:17
2024-11-21 10:06:42
2024-11-20 16:38:43
2024-11-20 11:05:21
2024-11-20 10:04:47
2024-11-20 09:59:26
2024-11-20 09:00:00
2024-11-19 18:28:55
2024-11-19 18:03:32
2024-11-19 12:15:41