Bakı sakininin dələduzluq yolu ilə yarım milyon dolları mənimsənilib
11:24 05-03-2014
KRİMİNAL
Bakı sakininin dələduzluq yolu ilə yarım milyon dolları mənimsənilib
Bakı şəhər sakininə qarşı dələduzluq edilib.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Sabir Məmmədov polisə ərizə ilə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ədalət Nemət oğlu Fəttahova biznes qurmaq üçün 500 min ABŞ dolları verib. Lakin sonuncu ona qarşı dələduzluq edib.
Lakin ittiham edilən Ədalət Fəttahov açıqlamasında heç bir qanunsuzluğa yol vermədiyini deyib. Onun sözlərinə görə, Sabir Məmmədovla aralarında heç bir sözləşmə olmayıb:
"Hazırda məhkəmə gedir. Məhkəmədə də sübut edəcəyəm ki, mən heç bir dələduzluq etməmişəm. Onun iddiası yalandı. Görünür bu xəbərlərin ortaya çıxmasında kiminsə marağı var. Bütün problemlər ədalət çərçivəsində həll olunacaq. Bir daha təkrar edirəm, bütün deyilənlər yalandır".
Digər Xəbərlər
2024-11-22 15:47:41
2024-11-22 14:18:40
2024-11-22 09:56:00
2024-11-22 09:49:07
2024-11-22 09:43:40
2024-11-22 08:57:00
2024-11-21 16:21:09
2024-11-21 10:15:17
2024-11-21 10:06:42
2024-11-20 16:38:43
2024-11-20 11:05:21
2024-11-20 10:04:47
2024-11-20 09:59:26
2024-11-20 09:00:00
2024-11-19 18:28:55
2024-11-19 18:03:32
2024-11-19 12:15:41