Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
12:36 06-03-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri qəbul edib.
Görüşdə Münxen Təhlükəsizlik Konfransının beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmi vurğulandı, ölkəmizin bu təşkilat ilə uğurla əməkdaşlıq etdiyi bildirildi, beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Prezidenti İlham Əliyev martın 5-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib.
Dövlətimizin başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. İyad bin Amin Mədəninin yeni vəzifəyə seçildikdən sonra ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni baş katib seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olundu, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulandı.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33