Avropa Rusiyanı cəzalandıra biləcəkmi?
12:59 07-03-2014
CƏMİYYƏT
Avropa Rusiyanı
cəzalandıra biləcəkmi?
Rusiyaya sanksiyalar tətbiq ediləcəyi təqdirdə Almaniya iqtisadiyyatı ciddi ziyan görə bilər
ABŞ rəsmiləri Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsində qərarlıdırlar. Ancaq ABŞ-ın Avropadakı tərəfdaşları bu məsələyə bir qədər ehtiyatla yanaşırlar. Vesti.ru xəbər verir ki, Avropa Birliyinin iqtisadiyyatını çiyinlərində daşıyan ölkələr qorxurlar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bumeranq effekti yaradaraq onların özlərinə ciddi zərbə vura biər.
Almaniya
Rusiyaya sanksiyalar tətbiq ediləcəyi təqdirdə Almaniya iqtisadiyyatı ciddi ziyan görə bilər. Sanksiyalar, ilk növbədə, ölkənin enerji təhlükəsizliyini şübhə altında qoyacaq. Son illər Almaniya atom enerjisindən imtina xəttini götürdüyü üçün Rusiya qazından asılılığı artıb. Almaniyanın Rusiya qazından asılılığı təxminən 28%-dir.
Bundan başqa, Avropa Şurası ölkələri arasında Almaniyanın əsas iqtisadi tərəfdaşı da Rusiyadır. 2012-ci ilin yekunlarına görə, Avropa Birliyindən Rusiyaya ixrac olunan məhsulların ən çoxu Almaniyanın payına düşüb (31%).
Almaniya Kansleri Angela Merkel ABŞ Prezidenti ilə danışarkən bəyan edib ki, Rusiyanı Ukraynanın yeni hökuməti ilə danışıqlara cəlb etmək lazımdır.
Fransa
Fransanın hakim dairələri də sərt həll yollarından qaçırlar. Ölkənin xarici işlər naziri Loran Fabius bəyan edib ki, problemin sanksiya kimi sərt tədbirlər olmadan həllinə ümid edirlər.
Böyük Britaniya
Böyük Britaniyanın Baş naziri Devid Kemeron Rusiyaya qarşı sərt sanksiyaların ilk tərəfdarlarından olub. Bununla belə, Britaniya jurnalistlərinin əlinə keçən sənədlərdən görünür ki, hökumət Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı deyil.
Böyük Britaniya iqtisadiyyatı bu yaxınlarda bərpa yoluna düşüb. Bu işdə Rusiyadan gələn sərmayələrin böyük yardımı olub. London rusiyalı oliqarxlar üçün özünəməxsus bir "maliyyə cənnətidir". Sanksiyalar krallığa maliyyə axınının qarşısını ala bilər ki, bu da ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək.
İspaniya
Bu ölkənin hakimiyyəti hesab edir ki, sanksiyaların tətbiqi Ukrayna iqtisadiyyatına yalnız neqativ təsirlər göstərə bilər. Xarici işlər naziri Xose Manuel Qarsiyanın sözlərinə görə, bu cür addımlar özünü doğrultmayacaq.
İtaliya
İtaliya hökuməti də sərt həll üsullarından qaçır. Xarici işlər naziri Federika Moqerinin bəyanatı da AB ölkələrindəki digər həmkarlarının bəyanatından fərqlənməyib.
İtaliya Rusiyanın Avropadakı əsas tərəfdaşlarındandır. Bu ölkənin istifadə etdiyi təbii qazın 38%-i Rusiyanın payına düşür.
Niderland
Niderland hökuməti neytral mövqe seçib. Xarici işlər naziri Frans Timmermansın bəyanatında deyilir ki, sanksiyar bütün tərəfləri vuracaq.
"Nəticələr hər kəs üçün pis olacaq, ancaq daha pis təsir Rusiyaya göstərəcək. Avropa tezliklə başqa bazarlara üz tuta bilər, ancaq Rusiyanın başqa bazarlar axtarmasında çətinliklər yaranacaq".
Şakir
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35