Metroda insanları dəhşətə salan gəncdən xəbər var
13:10 07-03-2014
KRİMİNAL
Metroda insanları dəhşətə salan gəncdən xəbər var
“Ulduz” stansiyasında qatarın altına yıxılan gəncin vəziyyəti ağırdır
Ötən gün Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatarın altına yıxılan gəncin kimliyi hələ də müəyyən olmayıb. Hazırda sağ qolu amputasiya olunan 25 yaşlı gənc Elmi-Tədqiqat Ortopediya Travmotologiya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın şöbə müdiri Eyvaz Hacıyevun verdiyi məlumata görə, xəstə hazırda süni nəfəs aparatına qoşulub.
“Xəstə daxil olarkən vəziyyəti kritik həddə idi. Onun sağ qolu bazu hissədən amputasiya edilib. Sifətində olan açıq yaralar tikilib. Xəstə özünə gəlməyib. Hazırda onun həyatı üçün ciddi təhlükə var”.
Onun sözlərinə görə, hələlik xəstənin kimliyi məlum olmayıb. Onun üstündə hər hansı sənəd də olmayıb. Hazırda hüquq-mühafizə orqanları gəncin kimliyinin müəyyən olunması və yaxınlarının tapılması istiqamətində araşdırmalar aparır.
Respublikanın baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev açıqlamasında bildirib ki, hələlik şəxsiyyəti məlum olmayan yaralı bir anlıq özünə gəlib, sonra yenə onunla əlaqə kəsilib. Bir neçə saniyə ərzində ayıq olan xəstə yalnız özünü öldürmək istədiyini deyə bilib. Adını da desə də, nə demək istədiyi anlaşılmayıb.
Direktorun sözlərinə görə, yaralının qolu amputasiya olunub, dili qopub və yerinə tikilib.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi xəstənin yanına gəlib və yaralının birinci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Dövran Həsənov olmasını bildirib. Məlum olub ki, 18 yaşlı oğlanın ailəsi Ucar rayonunda yaşayır.
Nərimanov Rayon Prokurorluğundan da bildirildi ki, intihara cəhd edən şəxsi ayılmadığından dindirmə baş tutmur.
Digər Xəbərlər
2024-11-22 15:47:41
2024-11-22 14:18:40
2024-11-22 09:56:00
2024-11-22 09:49:07
2024-11-22 09:43:40
2024-11-22 08:57:00
2024-11-21 16:21:09
2024-11-21 10:15:17
2024-11-21 10:06:42
2024-11-20 16:38:43
2024-11-20 11:05:21
2024-11-20 10:04:47
2024-11-20 09:59:26
2024-11-20 09:00:00
2024-11-19 18:28:55
2024-11-19 18:03:32
2024-11-19 12:15:41