Azərbaycanda ana ölümlərinin əsas səbəbləri nədir?
11:49 08-03-2014
CƏMİYYƏT
Azərbaycanda ana ölümlərinin əsas səbəbləri nədir?
“Ana ölümləri son vaxtlar qat-qat azalıb”. Bunu modern.az saytına açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
O əlavə edib: “İlin sonunda Səhiyyə Nazirliyi bununla bağlı açıqlama da verib. Deyilən rəqəmlər ana ölümlərinin azaldığını göstərir. Nazirlik olaraq hədəfimiz bu rəqəmləri minimal həddə salmaqdır. Bunun tamamilə qarşısını almaq isə mümkün deyil, amma əvvəlki illərə müqayisədə rəqəmlərin azalmasına çalışırıq. Bu ilin iki ayı ərrzində isə iki ana ölümü qeydə alınıb”.
Nazirlik rəsmisi bildirib ki, 2013-cü ildə 24 ana ölümü qeydə alınıb: “Doğuşayardım komissiyası bunun əsas səbəblərini ana olmağa hazırlaşan qadınların vaxtlı-vaxtında həkim müayinəsindən keçməməsi, qadın məsləhətxanalarına getməməsi, hamiləliyin planlaşdırılmaması ilə bağlayır. Digər tərəfdən, həkim səhlənkarlığı da var. Bununla bağlı da 9 həkim işdən azad edilib, bir nəfərə qarşı istintaq gedir, o məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən ona iş də kəsilib. Neçə il iş aldığı barədə isə məndə məlumat yoxdur. Ana ölümlərinin qarşısının alınması üçün perinetal mərkəzlər yaradılır, bu işə mütəxəssislər cəlb olunur. Bütün bunlara baxmayaraq, qadınlar zamanında həkimlə məsləhətləşmələr aparmalı, müayinədən keçməlidir”.
“Regionlarda qadınların həkimə getməyə
maddi imkanları olmur”
“Ana ölümləri kifayət qədər çoxdur. Bunun səbəbləri müxtəlifdir”. Bunu isə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova baş verən ana ölümlərinə münasibət bildirərkən deyib: “İlk növbədə əsas səbəb kimi səhiyyə sisteminin korrupsiyaya uğraması, rüşvətxorluğun baş alıb getməsi göstərilə bilər. Hamilə qadın qeydiyyata düşmək istəyirsə, 9 ay müddətində həkimin müayinəsində olmalıdır. Bunun hamısı üçün pul tələb olunur. Regionlarda qadınlar maddi cəhətdən daha çox çətinlik çəkirlər. Çox vaxt həkimə getməyə maddi imkanları olmur.
Digər tərəfdən, “birinci uşağı dünyaya gətirəndə heç mənə həkim lazım olmadı, ikinci hamiləlikdə niyə gedim”, - deyirlər. Bəzən qaynanalar gəlini buna sövq edir. “Bizim dövrümüzdə heç həkimə getmirdik” “Gör, neçə uşaq dünyaya gətirmişəm, həkim nədir bilməmişəm”, - kimi steorotipləşmiş ifadələr savadsızlığın nəticəsidir. Bu özlüyndə gənc anaları həkimə getməkdən çəkindirir. Həkim nəzarəti olmayanda istər-istəməz problemlər yaranır. Adi bir mikrob çox pis fəsadlara yol aça bilir. Bəzən ana laqeyidlik edir, müalicəyə xərclənəcək pula heyfi gəlir “Əşşi heç nə olmaz”, - deyir və sonda xoşagəlməz nəticələrə gətirib çıxarır. Problemlər üst-üstə yığılır və nəticə ürək açan olmur. Bu özünü ya doğuş zamanı, ya da doğuşdan sonra uşaqda və anada yaranan fəsadlarda biruzə verir. Üçüncü və əsas səbəb həkimlərin məsuliyyətsizliyidir. Bir çoxları universitetdə oxuduğunu təkmilləşdirmək istəmir, aldığı təhsillə kifayətlənir. Savadsız həkim həyata keçirdiyi fəsadlı doğuş zamanı problemlə qarşılaşa bilər. Onun savadı, təcrübəsi həmin fəsadı ortadan qaldırmağa imkan vermir.
Bir hadisə danışmaq istəyirəm. Bu yaxınlarda Qusar rayonundan bir qadın mənə zəng vurdu. Bildirdi ki, qızı səkkiz aylıq hamilədir, birdən birə qadının vəziyyəti pisləşib, huşubn itirib və onu həkimə aparıblar. Oradan təcili olaraq Bakıya göndərilib. Bir neçə saatlıq yoldan sonra onu bir xəstəxanaya gətiriblər. Xəstəxanın həyətində bir neçə saat gözlətdikdən sonra onu başqa bir xəstəxanaya göndəriblər. Çünki orada heç bir həkim ona yiyə durmayıb. Nazirliyin, qadın təşkilatlarının işə qarışmasından sonra hamilə qadın xəstəxanaya qəbul olunub. Nəticədə təəssüf ki, uşaq ölü doğulub. Düşünürəm ki, problemi kökündən həll etmək üçün Səhiyə Nazirliyi artıq müəyyən addımlar atmalıdır.
Hər bir ana ölümü
araşdırılmalıdır
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, ana ölümlərinin sayının artması ilkin görüntüdür: “Dünya statistikası ilə müqayisədə bu cür faktlar elə də çox deyil. Ana ölümlərinin səviyyəsi təxminən Avropanın inkişaf etmiş ölkələrindəki ana ölümlərinin səviyyəsinə bərabərdir. Buna baxmayaraq, hər bir cavan qadının, uşağın ölümü onun ailəsi üçün faciədir və cəmiyyət üçün də itkidir. Buna görə biz çalışmalıyıq ki, hər bir hamiləliyin gedişi və doğuş prosesi diqqət mərkəzində olsun. Öncədən profilaktik tədbirlər görülməlidir ki, faciəli hallar baş verməsin. Qadınların maariflənməsi, öz hüquqlarını müdafiə etməyi öyrənmələri, doğuşa hazırlıqla bağlı elementar qaydaları bilmələri lazımdır. Həkim ginekoloqlar öz ərazilərindəki hamilə qadınları daim diqqətdə saxlamalıdır. Ümumiyyətlə, Səhiyyə Nazirlyinin araşdırmaları göstərir ki, ölüm hadisələri çox vaxt klinikaların günahı olmadan qeydə alınır. Ana ölümləri əsas etibarilə vaxtında müayinə olunmama səbəbindən baş verir. Yaxşı haldır ki, ana ölümləri ictimailəşir. Bu da həyata keçirlən tədbirlərə bir növ təkan verir. Profilaktikanın güclənməsinə, məsuliyyətin artmasına gətirib çıxarır. Arzu olunandır ki, Səhiyyə Nazirliyi hər bir ana ölümünü ciddi araşdırsın və nəticəni ictimaiyyətə çatdırsın. Düşünürəm ki, səbəblər, günahkarlar barədə cəza tədbirlərinin açıqlanması daha məqsədəuyğun olar. Amma ajiotaj yaradılmasının əleyhinəyəm. Çünki bizdə ana ölümləri faciəli həddə deyil. Bildiyim qədəriylə bütün bunlar Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.
Aliyə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33