Orta Asiya diktatorları da devriləcək
14:18 08-04-2014
CƏMİYYƏT
Orta Asiya diktatorları da devriləcək
ABŞ "Ərəb baharı"-nı kimlər üçün gətirir?
Krımın Rusiyaya birləşdirilməsilə Moskva qarşısında pas vəziyyətinə düşən ABŞ Orta Asiyaya diqqətini artırıb. Siyasi analitiklər hesab edirlər ki, region ABŞ-ın geosiyasi planlarının həyata keçirilməsi üçün növbəti hədəfi olacaq. ABŞ dövlət katibinin müavini Desay Bisvalın Qazaxıstan və Qırğızıstanda keçirdiyi danışıqlarında Vaşinqton tərəfindən bu ölkələrə cazibədar təkliflərin irəli sürüldüyü bildirilir.
Orta Asiya ölkələrini qitənin inteqrasiya orbitindən uzaqlaşdırmaq üzrədir. Ağ Evin Pentaqonun Qırğızıstandakı hərbi varlığını davam etdirmək, hərbi qüvvələrinin Əfqanıstandan geri çəkilməsindan sonra Tacikistanla əməkdaşlığı yoluna qoymaq cəhdləri artır. Hələ 2013-ci ilin sonlarında ABŞ-ın Qırğızıstandakı tranzit nəqliyyat mərkəzi "Manas"-ın gələcək müqəddaratı barədə tərəflər arasında müzakirələr yenidən qızışır. Rəsmi Bişkekin cəhdlərinə baxmayaraq, ABŞ "Manas"-ı təhvil verməkdən boyun qaçırır. Amerika hələ də bu ölkədəki hərbi varlığını qoruyub saxlayır. ABŞ Dövlət Departamentinin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Riçard Hoqland fevral ayında Tacikistan prezidenti İmaməli Rəhmanla görüşərək, NATO qüvvələrinin Əfqanıstandan çəkilməsindən sonra ABŞ investisiyasının əfqan iqtisadiyyatına yatırılması perpektivini müzakirə etdilər. Desay Bisvalın regiona səfərinin başlaması isə ABŞ-ın Orta Asiyadakı varlığını qarantiyaya alması səylərindən xəbər verir.
Bisvalın səfərindəki
qaranlıq müəmma
Rusiyalı politoloq Boris Meyujevin sözlərinə görə, amerikalı rəsmilərin regiona etdikləri səfərlərin əsas məqsədi Çin və Rusiya arasında hər hansı birliyin qurulmasına maneə olmaqdır. Meyujev hesab edir ki, Çin və Rusiya arasında yaradılmış "Avrasiya bloku" region dövlətləri, o cümlədən Əfqanıstan, xüsusilə də bölgədə müəyyən çəkiyə sahib olan Hindistan tərəfindən dəstəklənir: "İran da Rusiyanın əhatə dairəsində olacaq. Tehranın Moskvanın siyasi iradəsinin əleyhinə gedəcəyi inandırıcı deyil. Region dövlətlərilə ortaq məxrəclərin tapılması ilə "Avrasiya bloku"-nun yaradılması başa çatacaq. Lakin ABŞ bunun qarşısını almaq üçün Özbəkistan, Qırğızıstan və Qazaxıstana soxula bilər". Bisval və Qazaxıstan rəhbərliyi arasında aparılan danışıqlarda rəsmi Astananın Əfqanıstanda baş verən proseslərin mərkəzinə çəkilməsi, qazax neftinin Hindistana tranziti ilə əlaqədar məsələlərin yer aldığı bildirilir. Siyasi analitiklərin qənaətinə görə, gizli şəkildə ABŞ və Qırğızıstan arasında Bişkekdə də buna bənzər məsələlər müzakirə edilə bilərdi. Rusiya mətbuatı isə bildirir ki, Krımın federasiyaya ilhaq edilməsindən sonra ABŞ-ın Orta Asiyaya yönəlik addımları Ukrayna və Yaxın Şərq ssenarilərini bu regionda təkrarlaya bilər. Amerikalı rəsmilərin regiona səfərlərində güddükləri əsas niyyət, Avrasiya İqtisadi Birliyinin qurulması ərəfəsində Qazaxıstan, Qırğızıstan və digər ölkələrin mövqelərini öyrənməkdir. Vaşinqton təcili şəkildə Bişkek və Astananı Gömrük İttifaqına qoşulmaqdan imtina etdirmək marağındadır.
"Rusiya - ABŞ üçün real təhlükə"
MDB İnstitutunun direktoru Aleksey Martınov ABŞ-ın cəhdlərinə baxmayaraq, Rusiyanın bir sıra geosiyasi uğurlar qazandığını bildirir. Martınov Soçi qış olimpiyadasının müvəfəqiyyətlə keçirilməsi, Suriya əmliyyatları ilə yanaşı Krımın Ukraynadan qoparılmasını da Rusiyanın "siyasi uğur"-u adlandırır: "Rusiyanın əldə etdiyi bu uğurlar ABŞ və Qərb üçün təhqirdir. Bu, Amerikanın dünya hegemoniyası üçün meydan oxuma və son 23 ildə təkqütblü dünya nizamı üçün çalışmalarına real təhlükədir. ABŞ isə bütün bunların qarşısını almaq üçün Rusiyanın yaxın ətrafında, xüsusilə keçmiş SSRİ ərazisindəki dövlətlərdə fəaliyyətlərini yüksələn xətt üzrə inkişaf etdirir".
"Axilles dabanı"
axtarışında
Həqiqətən də Krımın zor gücünə Rusiyaya birləşdirilməsindən sonra ABŞ federasiyadan qisas almağın yollarını axtarırır. Vaşinqton Rusiyanı yenidən pas vəziyyətinə salmaq üçün "Axilles dabanı"-nı axtarır. Krımın itirilməsindən sonra sürətlə reytinq itirən prezident Barak Obama ABŞ və özünün nüfuzunu geri qaytarmağa görə, böyük enerji xərcləyir. Rusiyaya müxtəlif istiqamətli sanksiyaları nəzərdə tutan qanun layihəsinin imzalanması eyni qəbildəndir. Bu azmış kimi NASA da Rusiya ilə olan əlaqələrini təxirə saldı. ABŞ-ı Orta Asiya, Baltik bölgəsi, Moldova və Gürcüstdandakı cəhləri də bundan qaynaqlanır. Məqsəd adı çəkilən bölgələri maksimum şəkildə Rusiyadan uzaqlaşdırmaqdır. Yaxın ətrafında mövqeyini möhkəmləndirməyə çalışan ABŞ Rusiyanın parçalanmasının əsasını qoymaq niyyətindədir.
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12