Füzuli Musayevlə Ayanın sevgi macəralarının şok detalları
14:20 08-04-2014
CƏMİYYƏT
Füzuli Musayevlə Ayanın sevgi macəralarının şok detalları
FHN-nin idman-sağlamlıq klubunun rəisi ilə müğənni arasındakı gərginlik getdikcə dərinləşir
Son günlər gənc müğənni Ayanla evlilik xəbərləri yayılan Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev bu məsələylə bağlı şok açıqlama verməsi vəziyyəti daha da kritikləşdirib.
Ayan dayanmadan sosial şəbəkələrdə xoşbəxt ailə toblosu təsiri bağışlayan fotolar yayımlasa da Füzuli Musayev bu əhvalatın onun həyatının səhvi olduğunu etiraf edib: "Bir şeyi deyə bilərəm. Öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir və heç kim səhvdən sığortalanmayıb. Bu əhvalat mənim həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim ən böyük səhvimdir. Kimsə məqsədyönlü şəkildə KİV-də bu məsələni dayandırmır. Ancaq mən özüm bu aylar ərzində heç vaxt bu mövzuda danışmamışam və gələcəkdə də danışmaq niyyətim yoxdur. Sizdən də xahiş edirəm ki, bu məsələni çox diqqətdə saxlamayasınız. Hazırda məni narahat edən yeganə məsələ ailəm və uşaqlarımdır. Yenə deyirəm - bu mənim ən böyük səhvimdir. Bunu etiraf etməkdən qorxurdum... Amma siz hər şeyi elə təqdim etdiniz ki, məni çıxılmaz vəziyyətdə qoydunuz, heç şərh vermək şansı da buraxmadınız... Və mən bu kiçik açıq söhbətdən qorxmuram... Bu, həyatımda hansısa anlaşılmaz bir hiss idi... Sadəcə səhv. Bəzi insanlar irəli getmək üçün mənim səhvimdən, mənim adımdan istifadə etdilər. Onları heç kim dayandırmırdı, yalnız irəli gedirdilər. Və onda mən anladım ki, bu mənim həyatımda görmək istədiyim şey deyil. Düşünürəm ki, bu əhvalat tez unudulacaq. Axı əldə etdiklərim asan olmayıb. İstəmirəm ki, bir səhvim uzun illər çəkdiyim zəhmətin üzərindən xətt çəksin". Qeyd edək ki, cütlüyün bir müddət öncə Selena adlı qızı dünyaya gəlib.
Müğənni Ayan Fuzuli Musayevin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, öncə danışmaq istəmədiyini bildirsə də, daha sonra qızının atasının fikirlərinə sərt reaksiya verib: "Ayan necə səhvdir ki, o, 30 illik arvadını atıb, 7 il mənimlə yaşayıb. Üstəgəl ondan övlad da dünyaya gətirmişəm". Ayan Füzuli Musayevin subay olduğunu da qeyd edib: "Mən ondan uşaq dünyaya gətirəndə o, subay idi. İndi ortaya çıxıb səhvlərindən danışır. Məni əsəbiləşdirməsin, onun boşanma kağızını ortaya çıxararam. Aramızda 7 illik münasibət olub. Mən uşağı tək dünyaya gətirməmişəm. Hansı xoşbəxt evlilikdən danışır, onun arvadı var? Hansı arvaddan danışır? Mənimlə çəkdirdiyi o xoşbəxt şəkillər hara getdi bəs? Hələ gözləsin. Çox şeylər ortaya çıxaracağam".
Bunu ardınca müğənni Füzuli Musayev barəsində Füzuli Musayevin boşanması ilə bağlı sənədin fotosunu da saytkara göndərib: "Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcəsə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Mən övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracam. Ən əsası isə dövlətimin qanunlarına arxalanıram".
Fuad
Digər Xəbərlər
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12