İlyas İsmayılovla Məzahir Pənahov üz-üzə gəlir
İlyas İsmayılovla Məzahir Pənahov üz-üzə gəlir
Deputatla MSK sədri sabah məhkəmədə görüşəcəklər

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovla Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov arasında məhkəməsi olacaq.
Bu barədə “Unikal”a Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli məlumat verib. Onun sözlərinə görə, hazırlıq iclası aprelin 10-da olacaq: "Proses 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baş tutacaq.Artıq məhkəmə bununla bağlı tərəflərə sərəncam göndərib. İlyas müəllimi məhkəmədə vəkil Adil ismayılov təmsil edəcək".