Avropadan yeni qaz kəməri açıqlaması
12:01 09-04-2014
CƏMİYYƏT
Avropadan yeni qaz kəməri açıqlaması
Joze Manuel Barrozo: ""Cənub axını"nın yerinə Azərbaycandan çəkiləcək qaz kəməri Avropa üçün prioritet ola bilər"
Avropa üçün "Cənub axını" qaz kəməri, Rusiyanın israrına baxmayaraq, prioritet deyil. Layihə "Şimal axını"ndan fərqlənsə də, təchizatçı əvvəlkidir - "Qazprom". Ukraynanın UNN agentliyinin verdiyi məlumata görə, bu sözləri Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib.
J. M. Barrozo bildirib ki, "Cənub axını"nın yerinə Azərbaycandan İtaliya vasitəsilə çəkiləcək qaz kəməri Avropa üçün prioritet ola bilər - əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında duruş gətirərsə: "Mən Bolqarıstana xəbərdarlıq etmək istərdim ki, onlar Rusiya ilə qaz kəmərləri layihələrinin həyata keçirilməsinə ehtiyatla yanaşsınlar və ölkə energetikasının diversifikasiyasını təmin edəcək digər qaz kəmərlərinə üstünlük versinlər. Məhz bu səbəblə Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə birləşdirilməsi tarixi əhəmiyyət daşıyır. Bolqarıstanda Rusiya casusu olan insanlar var. Ona görə də bu ölkələrin AB-yə qəbulu doğrudan da böyük tarixi əhəmiyyətə malikdir".
Qeyd edək ki, "Cənub axını" Qara dəniz akvatoriyasından Cənubi və Mərkəzi Avropa ölkələrinə ildə 63 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutan qlobal infrastruktur layihəsidir. Hazırda Rusiya, Bolqarıstan və Serbiyada kəmərin tikintisi gedir. 2015-ci ilin sonunda kəmərə ilk qaz vurulmalıdır. Layihə 2018-ci ildə tam gücü ilə fəaliyyətə başlamalıdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49