Somalidə BMT məsləhətçiləri öldürüldü
12:14 09-04-2014
CƏMİYYƏT
Somalidə BMT məsləhətçiləri öldürüldü
Birləşmiş Millətlər Təşkilatının 2 məsləhətçi aprelin 7-də naməlum silahlı şəxs tərəfindən qətlə yetirilib.
BMT-nin Narkotik vasitələr və Cinayətkarlıq İdarəsində işləyən fransız və ingilis məsləhətçiləri polis paltarı geymiş bir naməlum şəxs tərəfindən Somalinin Qalkayo hava limanında dünən atəş açılıb.
Somali polis orqanları tərəfindən dünən (7 apreldə) verilən açıqlamada, hücum nəticəsində nümayəndələrdən birinin hadisə yerində öldüyü, digərinin isə yaralı olaraq xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişdiyi qeyd edilib.
İngiltərə Xarici işlər nazirliyi sözçüsü isə məsləhətçilərdən birinin İngiltərə vətəndaşı olduğunu açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun mətbuat katibi faktı təsdiqləyərək, ölənlərin ailələrinə başsağlığı diləyib.
Qeyd edək ki, Pan Gi Mun isə öz növbəsində yerli nümayəndələrin hadisə haqqında dərhal əhatəli istintaq işi başlatması və qatilin bir an əvvəl cəzalandırılmasını istəyib.
Digər Xəbərlər
2025-02-24 15:30:20
2025-02-24 15:23:00

2025-02-24 15:06:22

2025-02-24 15:01:57

2025-02-24 14:47:27

2025-02-24 14:42:48

2025-02-24 14:30:00

2025-02-24 14:06:52

2025-02-24 13:45:55

2025-02-24 13:20:16

2025-02-24 13:02:58

2025-02-24 12:30:00

2025-02-24 12:25:29

2025-02-24 12:19:03

2025-02-24 12:10:00

2025-02-24 12:09:37

2025-02-24 12:07:36

2025-02-24 12:05:57

2025-02-24 11:36:00
