Türkiyədə nurçulara qarşı əməliyyat başladı
Fətullah Gülənin "qızıl uşaqları"nın adı açıqlandı
Türkiyədə Fəthullah Gülən camaatına qarşı əməliyyat ilk olaraq Adanada başlayıb. Belə ki, dünən polis müdirinin köməkçisi və şöbə müdiri başda olmaqla, 8 polis məmurunun evində axtarışlara start verilib.
Məlumata görə, Adanada polis məmurlarının evlərində aparılan axtarışlar Türkiyə Daxili İşlər Nazirliyindəki iclasın qeyri-qanuni dinlənilməsi ilə bağlıdır. Saxlanılan 8 nəfərin tək-tək polis şöbəsinə gətirildiyi bildirilir. Xatırladaq ki, 30 Mart bələdiyyə seçkilərindən əvvəl Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu bildirilən səs qeydi yayılmışdı. "YouTube"də yayılan səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılırdı. Türkiyə mətbuatının yazdığına görə, yüksək səviyyəli görüşü dinləyərək sızdıran şəxs tutulub. Casusun Gülən camaatına yaxın bir polis məmuru olduğu iddia edilir.
Bu arada Türkiyədə Fətullah Gülən camaatının "qızıl uşaqları"nın adı açıqlanıb. Bu şəxslərin Cənub-Şərqdə və Şərqdə sülhə qarşı fəaliyyət göstərdikləri iddia olunur.
"Qızıl uşaqlar"ın bəziləri bunlardır: Tufan Erüder. Bu sonuncu dəfə Hakkaridə polis rəisi idi. Mutlu Ekizoğlu, sonuncu dəfə Siirtdəydi. Rəcəp Güven, sonuncu dəfə Diyarbəkirdəydi. Serdar Bayraktutan, terrorla mücadilə şöbəsinin müdiri olaraq Vanda çalışıb. Ahmet Pek isə İğdırda idi.
Diqqət çəkən məqam bu "qızıl uşaqlar"ın hamısıının Türkiyənin Cənub-Şərqində olmasıdır. Bu bölgə PKK-nın əsas fəaliyyət göstərdiyi bölgədir və Türkiyə üçün olduqca strateji əhəmiyyətə malikdir. Məlumatlara görə, camaat 2010-cu ildən başlayaraq bu bölgələrdə PKK ilə Türkiyə savaşını daha da qızışdırmaqla məşğul olublar.
Dünən o da məlum olub ki, Türkiyə Xarici İşlər Nazirliyindəki informasiyaları sızdıran "köstəbək" tutulub. Casusun Gülən camaatına yaxın bir polis qoruma məmuru olduğu iddia edilib.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Milli Kəşfiyyat Təşkilatı və digər kəşfiyyat dairələrinin ortaq çalışması nəticəsində informasiya sızdıran "köstəbəy"in tutulduğunu deyib. O bildirib ki, nazirlik müşaviri Feridun Sinirlioğlu, MİT Məsləhətçisi Hakan Fidan və baş qərargah ikinci başçısı orgenaral Yaşar Gülərə aid olduğu iddia olunan səs qeydlərinin internetdə yayımlanmasından sonra araşdırmalara başlanılıb.
Qeyd edək ki, qoruma polis məmuru olan casusun paralel təşkilata çalışdığı da dəqiqləşib.
Dövlət sirri xüsusiyyəti daşıyan səs qeydini dinləmə yolu ilə əldə edən cəsusun saxlandığı qeyd edilib. Araşdırma aparan kəşfiyyat dairələri qoruma polis məmurunun ifadələri istiqamətində geniş çaplı bir əməliyyat aparılacağını açıqlayıb.
"Danışılanlara görə, heç prezident seçkisi keçirməyə ehtiyac qalmayıb, baş nazirlə hörmətli Gül öz aralarında anlaşanda məsələ həll olunacaq. 77 milyonluq ölkədə prezidentliyə iki nəfərin layiq görülməsi millətimizə hörmətsizlikdir". Bu sözləri isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament fraksiyasının toplantısında çıxışında deyib.
D. Bağçalı bildirib ki, prezident bütün milləti təmsil edən, barəsində hər hansı şübhə və korrupsiya iddiası olmayan şəxs seçilməlidir: "Əvvəlcə muxtariyyətə, sonra Quzey Kürdüstana açıq qapı buraxandan prezident olmaz. Cəmiyyəti qütblərə və 36 yerə ayırandan prezident olmaz. "Twitter"i əngəlləyən, "YouTube"u bağlayan, fərdi hüquqları məhdudlaşdırandan prezident olmaz. Rüşvətçilərə, oğrulara qol-qanad gərəndən prezident olmaz. Villalara dollarlar toplayan, orduya tələ qurandan prezident olmaz. Millətçiliyi ayaqlar altına alandan prezident olmaz. İki yanlışdan bir doğru çıxmaq. Təkədən süd çıxmaz, suda od yanmaz, Rəcəb Tayyib Ərdoğandan da prezident olmaz". Xatırladaq ki, bu il avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Prezidenti ilk dəfə olaraq xalq seçəcək.
Murad İbrahimli
Digər Xəbərlər
2025-02-26 11:55:00

2025-02-26 11:48:29

2025-02-26 11:36:11

2025-02-26 11:30:04

2025-02-26 11:18:53

2025-02-26 11:12:00

2025-02-26 11:09:21

2025-02-26 11:02:13

2025-02-26 11:00:00

2025-02-26 10:58:38

2025-02-26 10:57:00

2025-02-26 10:56:23
.jpg)
2025-02-26 10:54:05

2025-02-26 10:40:44

2025-02-26 10:39:41

2025-02-26 10:38:24

2025-02-26 10:33:16

2025-02-26 10:33:00
