Müxalifətin bəhanəsi əlindən alınır
11:38 10-04-2014
CƏMİYYƏT
Müxalifətin bəhanəsi əlindən alınır
Bundan sonra Əli Kərimlini də, İsa Qəmbəri də İTV-nin efirində görmək mümkün olacaq
Bütün dövrlərdə məğlubiyyətlərinə və səriştəsizliklərinə bəhanə tapan müxalifətin daha bir bəhanəsi əlindən alınır.
Belə ki, illərdir televiziya ekranlarına buraxılmadıqlarını əsas gətirərək hakimiyyəti ittiham edən müxalifət liderləri bundan sonra bu variantdan istifadə edə bilməyəcəklər. Çünki artıq müxalifət liderlərinin televizya ekranlarına çıxması problem olmayacaq. Xüsusən də İctimai Televiziyada belə bir imkanın yaranması müxalifətə narazılıq salmağa əsas verməyəcək.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli müxalifət nümayəndələrinin İTV-nin efirində görünməməsi yönündə səslənən iradlara münasibət bildirərkən deyib ki, yaxın gələcəkdə Əli Kərimlini də, İsa Qəmbəri də İTV-nin efirində görmək mümkün olacaq.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49