Soyuq müharibə başladı
11:44 10-04-2014
CƏMİYYƏT
Soyuq müharibə başladı
Azərbaycan bu prosesdə hansı mövqeni tutmalıdır?
Artıq növbəti soyuq müharibədən qaçmaq mümkünsüzləşir. Belə ki, ABŞ və Avropa Rusiya ilə açıq müstəvidə üz-üzə gəlməyə məcburdur. Krımın qısa müddətdə Rusiya tərəfindən ələ keçirilməsi bu münasibətləri daha da sərtləşdirib və artıq qarşıdurma nəzarətdən çıxmaq üzrədir. Belə ki, AŞPA-da Rusiyanın səsvermə hüququndan mərhum edilməsi vəziyyəti daha da gərginləşdirdi.
Bu arada aydın oldu ki, Avropa İttifaqının maliyyə sanksiyası tətbiq edə biləcəyi Rusiya vətəndaşlarının genişləndirilmiş siyahısında 107 nəfərin adı var. Rusiyanın bütün siyasi rəhbərliyi, eləcə də tanınmış jurnalistlər də siyahıya daxil ediliblər. Məlumatda qeyd edilir ki, Avropa İttifaqı sanksiyanı Rusiya Ukraynanın şərqinə hərbi qüvvə yerləşdirəcəyi təqdirdə tətbiq olunacaq. Genişləndirilmiş siyahıda prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov var. Bütün bunlara cavab olaraq Rusiya ATƏT-in Forumunda və Daimi Şurasının iclasında iştirakdan imtina edib.Rəsmi Moskva hesab edir ki, Ukrayna ilə sərhəddəki vəziyyətə görə ATƏT Forumunun və Daimi Şurasının iclasının keçirilməsi məqsədəuyğun deyil."Bu şərtlər altında Rusiya tərəfi ABŞ və Ukrayna nümayəndə heyətlərinə güzəştə getməyin mənasını görmür və ATƏT-in Forumunda və Daimi Şurasının birgə iclasında iştirakdan imtina edir. Qərb ölkələri Ukraynadakı vəziyyəti yaxşılaşdırmaq üçün ATƏT-dən istifadə etmir. Əksinə, daha da gərginliyi artırırlar. ABŞ və digər ölkələri ATƏT tribunasından Ukraynadakı vəziyyəti gərginləşdirmək üçün istifadə etməyi dayandırmağa çağırırıq", - deyə Rusiya XİN-in bəyanatında bildirilir.Qeyd edək ki, ATƏT-in Forumu və Daimi Şurasının iclası aprelin 7-də ABŞ və Ukraynanın tələbi ilə çağırılıb. Vaşinqton və Kiyev Rusiya qoşunlarının Ukrayna ilə sərhəd rayonlarındakı fəallığından narahat olduqlarını bildiriblər.Ekspertlər hesab edir ki, vəziyyətin bu şəkildə gərginləşməsi çox ciddi fəsadlar yaradacaq. Çünki aydın şəkildə görünür ki, qərb və ABŞ Ukraynanı Rusiyaya güzəştə getmək niyyətində deyillər və buna görə addımlar get-gedə sərtləşdirilir. "Unikal"a açıqlama verən Qabil Hüseynli hesab edir ki, hazırda baş verənlər hələ ki, ilkin gedişlərdir:-"Mən hesab edirəm ki, Rusiyaya qarşı təzyiqlər daha da artırılacaq. Hətta hesab edirəm ki, Rusiya BMT-in Təhlükəsizlik Şurasının üzvülüyündən də xaric ediləcək. Çünki sülh və demokratiya aşılamalı olan bir ölkə işğalçılıq siyasəti həyata keçirə bilməz. Qərb bunu gözəl alnayır və tədricən Rusiyanı bütün beynəlxalq təşkilatlardan kənarlaşdırır. Bunlar hələ ki, Rusiyaya bir xəbərdarlıqdır. Amma Rusiya nəticə çıxartmazsa siyasi və iqtisadi blokadanı ciddiləşdirəcəklər. Rusiya isə bunların qarşısında duruş gətirə bilməyəcək". Ekspertlər bunu da bildirirlər ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar ciddiləşdirilərsə bir il müddətində Rusiya iqtisadiyyatı tam çökəcək. Düzdür bu sanksiyalardan Avropanın özüdə ziyan çəkəcək. Elə buna görə də ABŞ artıq alternativ variantlar axtarışına başlayıb. Qərbin əsasən enerji məsələlərinə görə Rusiyadan aslı durumda olduğunu bilən ABŞ buna görə Səüdiyyə ərəbistanı ilə danışıqlara başlayıb. Çünki qərb Rusiyadan qaz və neft alışını dayandırarsa Rusiya çox qısa zaman ərzində çıxılmaz duruma düşə bilər. Amma bunun üçün ilk növbədə Səüdiyyə Ərəbistanı ilə razılıq əldə etmək lazımdır. Bununla yanaşı Rusiyada əks addlımlar atmaqdadır. Belə ki, Ukrayna ilə yanaşı artıq Moldava ilə də münasibətləri gərginləşdirməsi və yaxın gələcəkdə Latviya ilə də hesablaşmağa hazırlaşması göstərir ki, küncə sıxışdırılan Rusiya açıq şəkildə sovetlər birliyini bərpa etməklə bir tərəfə çevrilməyə çalışır. Ekspertlər
hesab edir ki, belə həssas məqamda Azərbaycanda Rusiya üçün hədəfə çevrilə bilər. Çünki bu gün Azərbaycan qisməndə olsa qərbin enerji təhlükəsizliyini təmin edir ki, bu da Rusiyanın maraqlarına cavab vermir. Bu səbəbdən Rusiya bütün gücünü səfərbər edərək Azərbaycanı Gömrük İttifaqına daxil etməklə qərbin enerji təhlükəsizliyini tam şəkildə nəzarətinə götürəcək. "Unikal"a açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirdi ki, belə həssas məqamda Azərbaycanın tutduğu mövqe daha doğru mövqedir:-"Azərbaycan gördüyünüz kimi proseslərdə müşahidəçi qismində çıxış edir. Çünki bu savaş bizim savaş deyil. Ortada sadəcə olaraq ABŞ-Rusiya qarşıdurması var və heç bir şəkildə bu qarşıdurmaya daxil olmaq lazım deyil. Bu baxımdan prezident İlham Əliyevin tutduğu mövqeni ən doğru mövqe hesab edirəm".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49