Müxalifət Rusiyanın imperalizminə qarşı susqunluq siyasəti yürüdür
13:43 11-04-2014
CƏMİYYƏT
Müxalifət Rusiyanın imperalizminə qarşı susqunluq siyasəti yürüdür
Bir vaxtlar Rusiyanın imperialist siyasətinə qarşı meydanlarda mübarizə aparan siyasilər bu gün nədənsə Kremlin yeni işğalçılıq, imperialist siyasətini susqunluqla qarşılayırlar. Xüsusən də, AXC şinelindən çıxan Müsavat, AXCP və digər partiyalardan ortaya konkret mövqe qoymurlar.
Maraqlıdır görəsən, bunun başlıca səbəbi nədir? Keçmiş hərəkatçılardan olan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev dünən verdiyi müsahibədə bu məsələyə toxunub və müxalifəti qınayıb: "Ümumiyyətlə, iki cür adamlar var. Bəziləri mahiyyətcə qorxaq olurlar, bir qismi isə qorxmağa bəhanə axtarırlar. Ancaq mən əminliklə bildirirəm ki, Rusiyanın cilovu çəkiləcək. Çünki bütün dünya artıq bunun üzərində dayanıb. Qorxmağa heç bir ehtiyac yoxdur. Bir ovuc çeçen mücahidin qarşısında Rusiya tir-tir əsirdi. Əgər Rusiya imperialist siyasəti yürütmək istəyirsə və torpaqlarımıza göz dikirsə bu yolverilməzdir. Savaşmaq, bu əhval-ruhiyyəni cəmiyyətə təbliğ etmək lazımdır. Eyni zamanda bunu Rusiyaya göstərmək lazımdır ki, ölkəmə ayaq basarsansa ayaqlarını qıraram. Bu savaş sənin daxilindən tutmuş hər yerdə davam edər. Kuzey Azərbaycandan olan 1 milyonluq gənc belə Rusiyanı çökdürə bilər. Bəziləri mənim bu fikirlərimi qəbul etməyəcək. Ancaq düşmən qarşısında geri çəkilmək barədə danışmaq lazım deyil. Bildirmək lazımdır ki, biz sənin qarşında geri çəkilməyəcəyik. Əgər kimsə torpağının verilməsi, başqa bir ölkənin Azərbaycanı işğal etməsinin qarşılığında hakimiyyətə gələcəyi barədə düşünürsə və bununla bağlı susqunluq, hətta düşmənin yanında olmaq kimi mövqe nümayiş etdirirsə bu vətənə xəyanət kimi bir şeydir. Biz açıq şəkildə mövqe ortaya qoymalıyıq və Rusiya da yerini bilməlidir".
Bu barədə "Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı MDHP sədri ilə eyni fikirdə olduğunu deyib: "Bü gün çox təəssüf ki, Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak etmiş şəxslər və partiya sədrləri Rusiyanın bütün dünyaya imperalist siyasət yürütməsi ilə bağlı susmaq siyasətinə üstünlük veriblər. Görünür, bu şəxslər fikirləşir ki, Rusiya yenidən bu siyasi qüvvələrdən hansısa bir məqamda istifadə edə bilər. Necə ki, 2013-cü il prezident seçkilərində Rusiya "Milli Şura" layihəsi ilə İlham Əliyev hakmiyyətinə təzyiq edirdi. Rüstəm İbrahimbəyovun çətiri altına toplayıb əzələ nümayiş etdirdi. Bu adamlar fikirləşir ki, susmaqla özlərini Rusiya siyasi dairələrinə "göstərmiş" olarlar. Digər tərəfdən isə unudurlar ki, bunların bu mövqeyini digər tərəf Qərb və Avropa Birliyi də görmüş olurlar. 20 ildən artıq müddət idi ki, bunlar özlərini Qərbpərəst siyasi qüvvə adlandırdılar. Bəs indi niyə susurlar? Görmürlər ki, Qərb Ukraynada hansı siyasət yürüdür? İsa Qəmbər Ukraynadakı Maydan hərəkatına dəstək vermək üçün Ukraynaya getməmişdi? İndi niyə susur? Bir daha bu faktor onu göstərdi ki, bunlar susmaqla özlərini kənar saxlayıb hansı tərəfin qalib gəlməsini gözləyirlər".
BAXCP yetkilisi müxalifət liderlərinə də mesaj ünvanlayıb: "Kim qalib gəlsə, Əli Kərimli dərhal bəyanat verəcək ki, "biz də sizinlə birlikdə idik. Biz sizi dəstəkləyirik". Əsas susmaqlarının səbəbi budur. Siz təsəvvür edin, rəhmətlik Əbülfəz Elçibəy sağ olsa idi, indiyə qədər Rusiyanın yürütdüyü siyasətə susardı? Qətiyyən! Hələ bir bunlar utanmadan özlərini "Əbülfəz Elçibəyin davamçıları, yolçuları" adlandırırlar. Əli Kərimlinin Əbülfəz Elçibəyin davamçısı adlandırılması günahdır. Həqiqətən həm də ayıbdır. Bu adamlar bilməlidir ki, Rusiyanın yenidən başqa xalqları müstəmləkə altına alması heç bir halda qəbul edilə bilməz. Və bu bütün dunyanı narahat etdiyi kimi, Azərbaycanı da narahat etməlidir! Bu cür siyasətin nəticəsidir ki, 20 ildən artıqdır hakmiyyətə gələ bilmirlər və Azərbaycan xalqından dəstək qazana bilmirlər. Bu adamların nə vaxtsa müharibə bəyanatını eşidən olumbu? Nə vaxt bunlar bəyanat verib dedi ki, "Biz Qarabağda müharibə edəcəyik"? Müharibə sözünü belə dillərinə gətirməyə cəsarət etmirlər. Bilirlər ki , bu fikir həm Qərbin, həm də Rusiyanın xoşuna gəlmir. İndi də özlərini "yaxşı oğlan" kimi göstərmək istəyirlər".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31