Azərbaycanda icbari tibbi sığortanın tətbiqi niyə gecikir?
13:56 11-04-2014
CƏMİYYƏT
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi niyə gecikir?
Bu qanunun tətbiqi üçün hər il büdcədən təxminən 30 milyon AZN pul ayrılır
Uzun müddətdir ölkəmizdə icbari tibbi sığortanın tətbiqi gecikir. Düz 15 ildir ki, qanun qəbul olunub. Hər il büdcədən təxminən 30 milyon AZN pul ayrılır.
Amma istifadə edilmədiyindən ilin sonunda vəsait büdcəyə geri qayıdır. Qanunun tətbiqində maraqlı olmayan kimlərdir. Doğurdanmı həm tibb işçilərinin, həm də sadə vətandaşın xeyrinə olacaq tibbi sığorta haqqında qanunun tətbiqi kimlərinsə marağına xidmət etmir?
Hazırda Vüqar Feyzullanın səhhətində ciddi problem yaranıb. Həkimlər 4 il yarım bundan əvvəl onda çox nadir hallarda rast gəlinən “vecener vaskulit” aşkarlayıblar. Lakin Vüqar Feyzulla xəstəliyindən yalnız 24 yaşında xəbər tutub. Xəstəliyin fəsad və ağırlığı həmin gündən onu həyatda tutmaq üçün dostlarını səfərbər edir. Müalicəsini aparmaq üçün elan vasitəsilə yığılan 10 minlərlə AZN isə hələlik ona yalnız ayıqda qalmağa kömək edir.
Vüqarın dostu Məhəmməd Muradov bildirir ki, əgər tibbi sığorta sistemi işləsəyədi, Vüqarın yaxşılaşması ayağa qalxması və sağlam vəziyyətə gətiriməsi üçün yerli tibbi sığorta sistemindən yararlana bilərdik, həmin yığıdığımız puları isə xaricdə müalicəyə sərf edərdik.
Xəstəlik gözləməsə də Vüqar kimi yüzlərlə insan hələ də 14 ildir adını eşitdiyi icbari tibbi sığortanın tətbiq olunacağı günü gözləyir. 2008-ci ildə icbari sığortanını yoxluğunu balanslaşdırmaq üçün hökumətin dövlət müalicə müəssisələrində aparılan müalicələri pulsuz etməsi də yaranı sağaltmadı. İcbari tibbi sığorta sisteminin işə salınması üçün Dövlət Agentliyinin yaradılması haqqında sərəncam verilsə də, bu günə qədər onun adınını kağız üzrənidə qalması səbəbindən, illərdir dövlət büdcəsindən bu iş üçün ayrılan milyonlarla vəsait istifadə olunmadan geri qaytarılır.
Həkim-ekspert Lena Hacıyeva deyir ki, sağlamlığın sığortalanması həm tibbi işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün, həm də vətəndaşların müainə və müalicəsi üçün çox faydalıdır.
Bunların müqabilində isə ölkəmizdə sığortanın bu növü üzrə kifayət qədər təcrübə var. Ən azından ölkəmizdəki bir sıra tanınmış yerli şirkətlərin əməkdaşları könüllü tibbi sığortadan çox rahat yaralanırlar. Bəs dövlət müəssisələrinin buna qoşulmasında çətinlik nədədir?
Sığorta üzrə ekspert Mustafa Abbasbəylinin sözlərinə görə, Səhiyyə Nazirliyinin də mövqeyi dəyişməlidir ki, həkimlər hər hansı bir formada motivasiya olunsunlar ki, xəstənini hansı formada müraciət etməsindən asılı olmayaraq onunu aylıq məvacibində öz əksini tapsın. Dövlət Səhiyyə Nazirliyi səhiyyə müəssisəlir və sığortaçılar arasında şəffaf bir bağlantı olmaldır.
İcbari tibbi sığorta məsələsi zaman-zaman Milli Məclisdə müzakirə mövzusuna çevrilib. Parlamentin sonuncu iclasında aparılan müzakirələr isə bir daha göstərdi ki, millət vəkillərinin belə, bu qanuna münasibəti birmənalı deyil.
Millət vəkili Aytən Mustafayeva qeyd etdi ki, bu paradoksdur, biz hamımız nə isə etməliyik. Biz indi oturub mövcud olmayan qanundan danışırıq. İcbari sığorta olmayan yerdə biz pasientlərin hüququndan danışa bilmərik.
Millət vəkili Hadı Rəcəbli isə bu qanunu bu günə qədər də işləmədiyini dedi. Nə qədər parodoksal olsa da, bu düzəlişləri məhz bu qaydaların üzərində etmişik.
MM-in vitse-spikeri Bahar Muradovaya isə elə gəlir ki, onların artıq əsas olan işi görüblər: “Biz qanunu qəbul etmişik. O ki, qalır onunu icrasına, əlbəttə ki, dəyişikliklər olmalıdır. Bunu mən təbbi sayıram. Təəcüblü heç nə görmürəm”.
Əlbəttə bu çıxışdan sonra Səhiyyə Nazirliyinin 2012-2015 çi ilər üzrə fəaliyyət planında içbari tibbi sığorta ilə bağlı heç bir müddəanın yer almamasına təəcüblənməyə belə dəyməz. Vətəndaşa dəyən zərər onsuz da ona dəyir.
Aliyə
Digər Xəbərlər
2024-12-25 17:34:23
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00