Ermənistanda xalq ayaqlandı
14:02 11-04-2014
CƏMİYYƏT
Ermənistanda xalq ayaqlandı
İrəvanda müddətsiz oturaq etiraz aksiyası başladı
İrəvanda yeni pensiya sistemi haqqında qanundan- icbari ödənişə aid tələbin ləğv edilməsinə qarşı mübarizə aparan vətəndaş fəalları hökumət binası yanında yolu bağlayıb, nəqliyyatın hərəkətini iki saat müddətinə dayandırıblar.
"Mən əleyhinəyəm!" (ermənicə "Demem!") vətəndaş hərəkatının yüzlərlə fəalı Maliyyə Nazirliyi qarşısında etiraz aksiyasını keçirib.
Onların maliyyə naziri David Sərkisyana yazılı surətdə tələblərini təqdim etmək cəhdi baş tutmadıqda izdiham Respublika Meydanına birləşən yolu kəsib fasiləsiz oturaq tətil elan edib.
Təxminən üç saat ötəndən sonra fəallarla ötən həftə istefa vermiş və artıq sabiq baş nazir Tiqran Sərkisyan görüşüb.
Sərkisyan fəalları dialoqa dəvət edib və qanunun təkmilləşdirilməsi üçün yaradılmış işçi qrupa qatılmağa çağırıb. Lakin o, fit səslərinin müşayiəti ilə geri dönməyə məcbur olub.
Ötən həftə baş nazir vəzifəsindən istefa vermiş Tiqran Sərkisyan fəalları pensiya qanununun təkmilləşdirulməsi ilə məşğul olan işçi qrupa qatılmağı təklif edib.
"Mən əleyhinəyəm!" hərəkatının fəalları deyir ki, ictimaiyyətin başlıca tələbi Konstitusiya Məhkəməsinin qərarının ayrı-ayrı müddəalarının deyil, bütövlüklə qərarın yerinə yetirilməsidir.
Konstitusiya Məhkəməsi aprelin 2-də qəbul etdiyi qərarla mübahisəli pensiya qanununu ölkə konstitusiyasına uyğun olmayan tanıyıb. Eyni zamanda qanunda dəyişiklər etmək üçün hökumətə və parlamentə cari ilin sentyabr ayınadək vaxt verib.
Bu hal hakimiyyətə qanunun daha 6 ay qüvvədə qalmasını və vətəndaşların əmək haqqının 5 faizinin tutulmasına imkan verdiyini iddia etməyə əsas verir. Dövlət vergi orqanına təqdim olunan elektron hesabat vərəqələrindən bu icbari şərt çıxarılmayıb.
"Biz tələb edirik ki, Dövlət Gəlirlər Komitəsi icbari pensiya ödənişlərin avtomat şəkildə hesablanan qrafasını elektron hesabat proqramından çıxarsın. Vətəndaşlar pensiya fonduna könüllü ödəniş etmək hüququna malik olmalıdır" - "Mən əleyhinəyəm!" hərəkat fəalı David Manukyan BBC-yə deyib.
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı ətrafında heç bir dialoq ola bilməz. "Bu, geniş ictimai təzyiqin başlanğıcıdır. Bugünkü aksiya öz məqsədinə xidmət edib. Lakin konstitusiya üzrə bizə verilən hüquqlarımız sayəsində mübarizəmizi davam etdirəcəyik" - o deyib.
Gənclər, yaxın günlərdə hökumət onların tələbləri yerinə yetirməsə, aprelin 12-də geniş mitinq keçirməyə hazırlaşırlar.
Parlamentin 4 müxalif fraksiyası - Erməni Milli Konqresi, Daşnaksütyun, İrs və Firavan Ermənistan - fəalların etiraz aksiyalarını dəstəkləyir və mitinqə qatılacaqlarını bildirib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 20:08:42
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58