Şahin Mustafayev nə danışdı?
11:34 13-06-2014
CƏMİYYƏT
Şahin Mustafayev nə danışdı?
Azərbaycanla BMT əməkdaşlıq üzrə prioritet sahələrini müəyyənləşdirir
Dünən Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə "BMT ilə Azərbaycan arasında Tərəfdaşlıq Çərçivəsi 2016-2020 Birgə Strateji Priotitetləşdirmə" konfransı keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycan və BMT arasında əməkdaşlıq üzrə prioritet sahələrinin müəyyənləşdirilməsidir. Konfransda rəsmi şəxslərlə yanaşı, inkişaf tərəfdaşları, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verir. Bu cür səmərəli əməkdaşlığa nümunə kimi BMT-nin İnkişaf Proqramı (UNDP), Sənaye İnkişafı Təşkilatı (UNİDO), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Mərkəzi Asiya Ölkələri İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə həyata keçirilən birgə layihə və tədbirləri aid etmək olar.
2010-cu ildə Azərbaycan Hökuməti və BMT tərəfindən "2011-2015-ci illər üçün Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım üzrə Çərçivə Sənədi" imzalanıb və bu sənəd "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda əks olunan milli inkişaf məqsədlərinə uyğunlaşdırılıb. Hazırda həmin məqsədlərin başlıca komponentləri, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, ətraf mühitə təsirin azaldılması, əhalinin keyfiyyətli səhiyyə, təhsil və sosial müdafiə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması və digər istiqamətlər üzrə tədbirlər uğurla davam etdirilir.
"Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının məqsəd və əsas hədəflərini diqqətə çatdıran nazir, onun həyata keçirilməsində dövlət orqanlarının, təşkilatlarının və müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə Milli Fəaliyyət Qrupunun yaradıldığını vurğulayıb. O, qeyd edib ki, 2016-2020-ci illəri əhatə edən növbəti UNDAF sənədinin hazırlanması prosesinə artıq başlanılıb.
Azərbaycanda 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə milli məsləhətləşmələrin nəticəsində müəyyən edilmiş prioritetlər "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında öz əksini tapıb. Hər iki sənədin 2020-ci ilə qədər olan dövrü əhatə etdiyi nəzərə alınaraq, gələcəkdə monitorinq, qiymətləndirmə və digər istiqamətlərdə birgə işin aparılması üçün əlverişli şəraitin olduğu vurğulanmış, UNDAF çərçivəsində 2020-ci ilə qədər nəzərdə tutulan əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanın hazırkı inkişaf səviyyəsi, əldə edilən nailiyyətlər ölkəmizin növbəti mərhələdə BMT-nin müvafiq qurumları ilə əməkdaşlığa yeni müstəvidə baxılmasını zəruri edir. 2016-2020-ci illər üçün hazırlanacaq yeni tərəfdaşlıq sənədi artıq Azərbaycanın BMT-nin qurumları ilə Strateji Əməkdaşlıq Sənədi olacaq.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bugünkü tədbirin növbəti əməkdaşlıq çərçivə sənədinin əsas prioritetlərinin, eləcə də strateji nəticələrin müəyyənləşdirilməsinə töhfə verəcəyini bildirib, iştirakçıları bu prosesdə fəal iştiraka dəvət edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri Nurəli Yusifbəyli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanın əsas inkişaf məsələlərinə, BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini xanım Nato Alhazişvili isə Azərbaycanda BMT sisteminin üstünlüyünə dair təqdimatlarla çıxış ediblər.
Tədbir UNDAF sənədinin prioritetlərinə, potensial nəticələrinə, Monitorinq və Qiymətləndirmə üzrə əsas tələblər və çərçivə formalaşdırılmasına dair qrup müzakirələri ilə davam edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, Azərbaycanın BMT ilə əməkdaşlığının yeni səviyyəyə çatdığını və konfrans çərçivəsində yeni əməkdaşlıq üzrə prioritet istiqamətlər barədə müzakirələrin aparıldığını qeyd edib.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00