Azərbaycanda milyonlarla manatın gizlədilməsinin müdhiş sirri
12:16 01-07-2014
İQTİSADİYYAT
Azərbaycanda milyonlarla manatın gizlədilməsinin müdhiş sirri
Bu işin arxasında da bəzi məmur maraqları dayana bilər
Son illər parapsixoloqlar, ekstrasenslər, falçılar və cindarlar dəbə miniblər. Xəstəliyə tutulan, ailəsi dağılan, ev yıxmaq istəyənlər, evdə qalmış qızını ərə vermək arzusu ilə yaşayan və sairə problemi olanlar onlara üz tuturlar, dərdlərinin dərmanını onlarda görürlər. Təbii ki, özlərini seçilmiş, vergili insanlar kimi cəmiyyətdə tanıtdıranlar pulsuz xidmət göstərmirlər.
Bəs vergililər dövlət büdcəsinə vergi ödəyirlərmi? Bu mövzunu araşdıran ans-press-in məlumatına görə, özlərini ekstrasens, parapsixoloq və cindar kimi cəmiyyətə qəbul etdirənlərin göstərdikləri xidmətin müqabilində tələb etdikləri qiymətlər xeyli təəccüb doğurur. Günü-gündən daha da çox məşhurlaşanlar bu peşənin sahiblərinin xidmət haqları populyarlıq dərəcəsinə görə dəyişir.
Belə ki, 10-500 manat vəsait ancaq qəbul və fal açmaq üçün ödənilir. Müştərinin "probleminin həlli" istiqamətində aparılan işlərə isə əlavə pullar tələb edilir. Ağır və yüngüllüyündən asılı olaraq xüsusi ritualların qiyməti isə 100 AZN-dən 1500 AZN-dəkdir.
Sözügedən peşə sahiblərinin yenə də populyarlığına və insanlar arasında qazandıqları nüfuzlarına görə qəbul etdikləri müştərilərinin sayı da fərqlidir. Kiminin qəbuluna düşmək üçün günlərlə növbəyə durur, kimi isə gün ərzində bir neçə müştəri qəbul edir. Amma fərq etməz, bu insanların ay ərzində müəyyən miqdarda qazanc əldə etmələri faktlığında qalır. Baxıcılıq xidmətlərini təklif edənlərlə bağlı ən maraqlı məsələ isə başqadır. Bu qədər pul qazanan falçılar dövlət vergisini ödəyirlərmi?
Bu vergili insanların dövlətə vergi ödəyib-ödəmədiklərini soruşduqda cavablar gözlənilən olub, belə ki, onlar arasında vergi ödəyən falçıya rast gəlinməyib.
Digər məsləkdaşlarından fərqli olaraq falın, cadunun günah olduğunu deyən və insanları dinə-imana çağıran Cindar Həsən kimi tanınan Həsən Həsrətin cavabı da fərqli olub: "Şəxsən mən 500 manata baxıram. Özüm bu qiyməti deyirəm ki, hər kəs gəlib evimin qarşısını kəsdirməsin. Kimə sərf edir gəlsin, qiymət dəyişilməz olaraq qalır. Artıq Azərbaycandakı fəaliyyətimi dondurmuşam. Hazırda Bakıda heç kimi qəbul etmirəm. Əvvəllər qəbul edəndə fərdi sahibkar kimi VÖEN açdırıb vergi ödəyirdim. Ancaq xarici ölkələrdə - Türkiyə, Moskva və Kiyevdə qəbul edirəm. Düşünürəm ki, həqiqətən də bu işlə məşğul olan insanlar dövlətə vergi ödəməlidirlər, amma inanmıram ki, hər kəs buna əməl edirlər".
Məsələ ilə əlaqədar olaraq açıqlama verən Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov isə falçıların vergi ödəyicisi olmadığını bildirib: "Falçılıq fəaliyyəti növü olmadığından onlar vergi ödəyicisi deyillər. Yəni belə bir vəzifə olmadığına görə vergi tələb oluna bilməz. Amma qanunvericiliyə əsasən iş görüb pul qazanan hər bir fiziki şəxs qazandığından dövlətə vergi ödəməlidir".
İqtisadtçı-ekspert Zahid Məmmədov isə pul məsələsi olan yerdə verginin qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, əgər sahibkarlıq fəaliyyəti varsa, pul qazanılırsa demək vergi ödənilməlidir. "Vətəndaş falçıya gedəndə ondan soruşsun ki, vergi ödəyirsən? Ümumiyyətlə dünyada belə bir şey var ki, baxıcıların qapısının ağzında vergi lövhəsi olur. Müştəri xidmətindən yararlandığı şəxsin ödədiyi pul və bu barədə hərtərəfli məlumat oxuya bilər. Vətəndaş onun yanına gələndə lövhəyə baxır görür ki, bu insan qazancından müəyyən faizini dövlətə verir, ya yox".
Vergilər Nazirliyi, ekspert və cəmiyyətdə bu fikirlə razıdır ki, falçılar və cindarlar hər kəs kimi qazandıqları vəsaitdən dövlət büdcəsinə vergi ödəməlidir. Lakin burada hər zaman olduğu kimi bir "amma" var. Heç kim çıxış yolu göstərmir. Hökumət başbilənləri artıq bu haqda düşünməlidirlər. Çünki falçıların sayı kimi onlara üz tutanların sayı günü gündən çoxalır və bu da milyonlarla vəsaitin dövriyyəsi deməkdir.
Xarici ölkələrə nəzər yetirsək Azərbaycanın bu sferadan nə qədər pul itirdiyini görmək olar. Biz sadəcə məsələnin nə dərəcədə ciddi olduğunu və dövlət büdcəsinin itirdiyi pulların heç də kiçik məbləğ olmadığını aidiyyatı qurumlara çatdırmaq istədik.
"Unikal" olaraq onu da əlavə edək ki, Azərbaycanda ekstrasenslərin, falçıların daimi müştəriləri arasında çoxsaylı məmurların, müəyyən vəzifəli şəxslərin olması istisna deyil. Hətta bu barədə zaman-zaman müxtəlif KİV-lərdə də yazılır. İstisna deyil ki, belə məmurlar müştərisi olduqları falçıları hər mənada qoruyurlar, elə qazandıqlarından vergi ödəməkdən də!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17