Ukraynada terrorçular irimiqyaslı döyüşləyə hazırdır
07:54 03-07-2014
İQTİSADİYYAT
Ukraynada terrorçular irimiqyaslı döyüşləyə hazırdır
Putin isə rəsmi Kiyevi və NATO-nu hədələdi
Ukraynanın Luqansk şəhərində zirehli texnika karvanı ilə bağlı görüntülər yayılıb. Ölkənin TSN telekanalı hərbi texnika karvanının terrorçulara məxsus olduğunu bildirib.
Ukrayna tərəfi hərbi texnikanın terrorçulara Rusiyanın verdiyi iddia etsə də, Rusiya iddiaları təkzib edir. Terrorçuların özləri isə onları Ukrayna ordusundan qənimət olaraq ələ keçirdiyini bildirir.
Başqa bir məlumata görə, terrorçular Ukrayna ordusuna məxsus bombardmançı "Su-24" təyyarəsini vurub. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sözcüsü Aleksey Dmitraşkovski bildirib.
Təyyarənin daşınabilən PZRK zenit raket kompleksi ilə vurulduğu xəbər verilir. "Raketlərdən biri təyyarəyə dəyib və mühərrik yanıb. Pilot mühərrikləri söndürməyi bacarıb. O, həmçinin təyyarəyə atəş açan zenit raket kompleksini məhv edə bilib. Hadisə nəticəsində zərər çəkən olmayıb", - Dmitraşkovski deyib.
A.Dmitraşkovski pilotun bir mühərriklə 300 kilometr uça bildiyini qeyd edib.
Ukraynada bir gün ərzində 1000-dən çox terrorçu məhv edilib. Bunu isə ölkənin daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak bəyan edib.
O bildirib ki, atəşkəs müddəti bitdikdən sonra Ukrayna ordusu Donbas regionunda genişmiqyaslı əməliyyata başlayıb və uğur əldə edib. Z.Şkiryakın sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində strateji nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən edən bir neçə şəhər və "Doljanski" sərhəd-keçid məntəqəsi terrorçulardan azad olunub. "Separatçılar təslim olmağa hazırdırlar. Onlar Rusiyaya getmək üçün dəhlizin yaradılması yaxud da əfv təminatı ilə bağlı razılıq əldə etməyə çalışırlar", - deyə o vurğulayıb.
Rusiyaya Ukraynadan gələn qaçqınların sayı 18 min nəfərə çatıb. İTAR-TASS-ın verdiyi məlumata görə, ukraynalı qaçqın Rusiya ərazisindəki müvəqqəti sığınacaqlarda məskunlaşıblar.
Rusiya FHN-nin sözçüsü Aleksandr Drobışevski bildirib ki, Ukrayna vətəndaşları üçün yaradılan sığınacaqların sayı 252-yə çatıb. Onun sözlərinə görə, bu məntəqələrdə həkim və psixoloqlardan ibarət briqadalar fəaliyyət göstərir.
Bu arada Rusiya prezidenti Vladimir Putin yerli media qarşısındakı çıxışında NATO-nun federasiyanın sərhədlərinədək yaxınlaşdığını bildirib.
Putin qeyd edib ki, Rusiya NATO-nun Krımı Ukraynaya birləşdirmək səylərinə icazə verməyəcək: "Biz Ukraynada sülh layihələrini dəstəklədik. Lakin Ukrayna prezidenti atəşkəs rejimini ləğv etdi və hərbi əməliyyatların yenidən başlaması qərarını verdi. Ukraynada baş verənlər onun daxili məsələləridir. Lakin orada insanların öldürülməsi təəssüf hissi doğurur. Ukraynada baş verənlər İraq və Suriya proseslərinə oxşayır. Rusiya xaricdəki vətəndaşlarını və rusdilli insanları dəstəkləyir. Biz mövcud vasitələrlə onları qoruyacağıq. Bunun üçün siyasi və iqtisadi vasitələrdən istifadə edəcəyik. Ukrayna prezidenti bu ölkədə hərbi əməliyyatların davam etdirilməsində məsuliyyət daşıyır".
"Dünya səhnəsində ABŞ-ın hegemonluğu başa çatdı. Hazırda "soyuq müharibə"nin nəticələrinə görə danışıqlar stoluna otururaraq yeni oyun qaydaları barədə razılaşmaq lazımdır". Bu sözləri isə Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov deyib.
Onun sözlərinə görə, ABŞ başa çatan dünya hegomonluğu gerçəyi ilə razılaşmaq istəmir. Y.Lukyanov qeyd edib ki, qlobal konqres yaradılmalı və buraya əsas oyunçular toplanmalıdır. "Hazırda dünya səhnəsində yeni güc mərkəzləri çıxıb. Bunlardan biri BRİKS təşkilatına daxil olan ölkələrdir. Rusiyanın özü də ayaq üstə qalxa bilb", - Lukyanov dilə gətirib.
Başqa bir xəbərə görə, Moskvanın Basman rayon məhkəməsi Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyskini qiyabi həbs edib. Bu barədə məhkəmə zalında olan "RİA-Novosti" xəbər agentliyinin əməkdaşı bildirib.
Dnepropetrovsk vilayətinin qubernatoru "qətllər təşkil etməkdə" və "qeyri-qanuni yollarla müharibə aparmaqda" ittiham olunub. Rusiya İstintaq Komitəsi həmçinin Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakova qarşı da çinayət işi açıb. Ona qarşı da eyni ittihamlar irəli sürülüb. İstintaq komitəsinin A.Avakov barəsində də qiyabi həbs hokum çıxarılması üçün məhkəməyə xahiş edəcəyi deyilir.
Qeyd edək ki, yəhudi əsilli məşhur biznesmen İ.Kolomoyski Ukraynanın ən zəngin ikinci adamıdır. O, ölkənin ağır vaxtında özü könüllü olaraq doğulduğu Dnepropetrovsk vilayətinə rəhbərlik etmək istəyib və onun bu istəyi prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov tərəfindən təmin edilib. Kolomoyski dövlətdən maaş almayacağını və ölkədə qayda-qanun yarandıqdan sonra vəzifədən gedəcəyini bildirib. "Forbes" jurnalı İ.Kolomoyskinin varidatını 1,8 milyard dollar olaraq qiymətləndirib.
Rusiya onun Ukraynanın cənubi-şərqdə xüsusi əməliyyatda iştirak edən bir sıra hərbi qruplaşmaları maliyyələşdirdiyini iddia edir.
Moskvanın Basman rayon məhkəməsi bundan əvvəl Ukraynanın "Sağ sektor" radikal millətçi təşkilatının lideri Dmitri Yaroşun qiyabi həbsinə qərar verib. D.Yaroş terrorçu və ekstremist fəaliyyət göstərməkdə ittiham olunur.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53