"Dünyada az ölkə var ki, öz təbii sərvətinə bu dərəcədə sahib çıxa bilsin və müstəqil siyasət yeridə bilsin"
07:17 14-07-2014
CƏMİYYƏT
"Dünyada az ölkə var ki, öz təbii sərvətinə bu dərəcədə sahib çıxa bilsin və müstəqil siyasət yeridə bilsin"
"Dünən cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı və ayrı-ayrı məsələlərə verdiyi qiymət cəmiyyətin əsas müzakirə mövzusudur".
Bunu iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizəyə dair fikirlərini şərh edərkən millət vəkili Aydın Mirzəzadə deyib.
"Hər kəs dövlət başçısının dediyi fikirlərlə tamamilə razıdır. Aparılan düzgün siyasət bu gün Azərbaycanın inkişaf etməsinə, ölkəmizdə siyasi stabilliyə, iqtisadi inkişafa gətirib çıxarıb. Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli hökumətin diqqət mərkəzindədir və bu istiqamətdə böyük nəticələr əldə edilib", - o əlavə edib.
Millət vəkilinin sözlərinə görə, dünyada az ölkə var ki, öz təbii sərvətinə bu dərəcədə sahib çıxa bilsin və müstəqil siyasət yeridə bilsin. Azərbaycan ümummilli lider Heydər Əliyevin başlatdığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində buna nail ola bilib.
"Cənab Prezident strategiyanın düzgün qurulduğunu, ayrı-ayrı məsələlərin dövlətin diqqətinə alınaraq düzgün nəticələr əldə edildiyini bir daha vurğuladı. Onların içərisində sahibkarlığın inkişafı, iqtisadi inkişafın əldə edilməsi, ordu quruculuğunun prioritet məsələ kimi götürülməsi, bu gün aparılan islahatlar nəticəsində hərbi intizama nail olunması ordunun qarısına qoyulan vəzifələrin yerinə yetirilməsinin mümkünlüyünü göstərdi. Xarici siyasətdə Azərbaycan arzuolunan bir tərəfdaş vəziyyətinə gəlib çatıb. Daha çox beynəlxalq tədbirlər Azərbaycanda keçirilməyə, Azərbaycan onlara ev sahibliyi etməyə başlayıb. Gələn il keçiriləcək birinci Avropa oyunları da bunların içində mühüm yer tutur. Ümumən götürdükdə birmənalı şəkildə Azərbaycanın qarşısına real vəzifələr qoyulduğunu, həmin vəzifələrə nail ola bildiyini birmənalı şəkildə bildirmək olar", - A.Mirzəzadə vurğulayıb.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22