YAP-çı deputat Vəzirovu "top"a tutdu
11:18 15-07-2014
CƏMİYYƏT
YAP-çı deputat Vəzirovu "top"a tutdu
Aydın Mirzəzadə keçmiş katibə Azərbaycanda hakimiyyəti zamanı yol verdiyi nöqsanları faktlarla xatırladıb
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun siyasi fəaliyyəti ilə bağlı qələmə aldığı xatirələr kitabına ciddi iradlar tutub.
"Unikal"ın məlumatına görə, deputat Ə.Vəzirova Azərbaycanda hakimiyyəti zamanı yol verdiyi nöqsanları xatırladıb, kitabla bağlı etirazlarını bildirib: "Bu günlərdə 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş (Azərbaycan KP MK-nın birinci katibi - 1988-1990) 84 yaşlı Əbdürrəhman Vəzirov öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı "Mənim diplomatik xidmətim" adlı xatirələr kitabı nəşr olunub. Mətbuatda gedən məlumatlara görə ,orada bir çox məsələlərdən bəhs edib, əsasən də özünü saf, zəhmətkeş, bacarıqlı bir insan kimi təsvir edib".
YAP-çı deputat qeyd edib ki, Vəzirov nədən yazsa da, nə Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsinin katibi işləyərkən, nə də SSRİ Xarici İşlər Nazirliyi sistemində çalışarkən Azərbaycan üçün yaddaqalan bir iş görməməyindən, Moskvada komsomol fəaliyyətini başa vurduqdan sonra SSRİ rəhbərliyinin onu mərkəzdə saxlamaq istəməməyindən heç nə yazmayıb: "Bundan əlavə, onun barəsində ancaq Heydər Əliyevin düşünərək Azərbaycanda onu yüksək vəzifəyə təyin etməyindən, Kirovabadın rəhbəri işlədiyi dövrdə orada işləri yarıtmaz vəziyyətə salmağından, əsas işini unudaraq rəqs meydançalarında vaxtını keçirməyindən, nüfuzdan düşərək Heydər Əliyevdən onu başqa işə dəyişməyi xahiş etməyindən heç bir qeyd aparmayıb. Bununla yanaşı, o, Mərkəzi Komitənin şöbə müdiri işlədiyi dövrdə işinin öhdəsindən gələ bilməməsindən, rəhbərlik etdiyi sahənin nümayəndələrinin onun fəaliyyətindən narazı qalmalarından, Azərbaycanda özünə yer tapa bilmədiyinə görə Heydər Əliyevin xahişi ilə SSRİ Xarici İşlər Nazirliyinə işə götürülməyindən və Nepala məhz Heydər Əliyevin xahişi ilə səfir göndərilməyindən, Heydər Əliyev Moskvada işləyərkən vaxtaşırı onun yanına gedərək özündən cəmi 7 yaş böyük olan Heydər Əliyevə dönə-dönə " Siz mənim ağsaqqalımsınız " deməyindən, Azərbaycana Birinci katib gələndən sonra Heydər Əliyevin yaxşlıqlarını unudaraq onun əleyhinə böyük kampaniya aparmağından, Heydər Əliyevlə işləmiş, onu xalqımızın dəyərli oğlu hesab edən şəxslərin siyahısını tutduraraq, onları vəzifələrdən uzaqlaşdırmağından, ona təhsil və şöhrət vermiş azərbaycan xalqının dilini, tarixini və mədəniyyətini bilməməsindən , öyrənmək istəməməsindən və bu səbəbdən dəfələrlə gülünc vəziyyətə düşməyindən, Ermənistan və xaricdən gələn erməni hərbi dəstələri Azərbaycanın dağlıq Qarabağ bölgəsində möhkəmlənərkən, cəmiyyətin diqqətini bu məsələlərdən yayındırmaq üçün süni "kəndlərdə hamam tikdirmək", " hər yerdə qoz ağacı əkdirmək" şüarlarını ortaya atmağından, Ermənistandan 300 min azərbaycanlının öz dədə-baba torpaqlarından qovulmasının qarşısını almaq üçün heç bir iş görməməyindən və bərbad kadr siyasətindən qeydlər yoxdur".
A.Mirzəzadə qeyd edib ki, Vəzirov onun bacarıqsız rəhbərliyi nəticəsində həmin dövrdə Azərbaycanda vəziyyətin pisləşməyindən, Mixail Qorbaçovun məkirli siyasətinin Azərbaycanda cani-dillə həyata keçirməyindən, məhz onun yarıtmaz siyasəti nəticəsində Dağlıq Qarabağ probelminin ağırlaşmağından, 20 yanvar faciəsinin baş verməsində şəxsi məsuliyyətindən, 20 yanvar faciəsi baş verdikdən sonra respublikanı başlı-başına buraxaraq hərbi təyyarə ilə qaçmağından yazmayıb. Onun fikrincə, əsl Əbdürrəhman Vəzirov isə bu yazmadıqlarındadır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22