Ermənilərin öldürdüyü Həsən Həsənovun şəkili yayıldı
11:41 26-07-2014
İQTİSADİYYAT
Ermənilərin öldürdüyü Həsən Həsənovun şəkili yayıldı
Şəkildə müammalı nüanslar var
Kəlbəcərdə öldürülən və girov götürülən iki azərbaycanlı ilə bağlı müəammalar get-gedə aydınlaşır. Artıq öldürüldüyü bildirilən Həsən Həsənovun şəkili yayımlanıb. Şəkildə diqqəti cəlb edən məqamlardan biri də onun yanında avtomat silahının olmasıdır. Artıq bəzi ekspertlər hesab edir ki, bu avtomat ermənilər tərəfindən məqsədli şəkildə qoyulub və bununla göstərmək istəyirlər ki, bu şəxslər həqiqətəndə divversant olublar.
Çünki mülki şəxs olan Həsən Həsənovun yanında avtomatın olması mümkünsüzdür. Bundan başqa ilk məqamlarda ermənilər öldürülən Həsən Həsənovun yanından tapıldığını iddia etdikləri silahları nümayiş etdirəndə orda bu silah olmayıb. Hazırda əsirlikdə olan digər iki azərbaycanlının harada saxlanılması da qaranlıq olaraq qalır. "Komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır"
Bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova deyib: "Saxlanan şəxslərə baş çəkmək Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatında var. Hazırda komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır".
Girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanmasına gəlincə, İlahə Hüseynova deyib: "Müəyyən məlumatlar var ki, adətən biz onu ictimailəşdirmirik. Bu məlumat da onlardan biridir".
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13