Ziya Məmmədovun "metro biznesi"nə də son qoyulur
12:23 02-08-2014
İQTİSADİYYAT
Ziya Məmmədovun "metro biznesi"nə də son qoyulur
Nəqliyyat Nazirliyinə məxsus keçidlərdəki ticarət obyektləri niyə sökülür?
Xəbər verildiyi kimi, Bakının "20 yanvar" metrostansiyasının keçidindəki ticarət obyektlərinin sökülməsinə başlanılıb. Söküntü işlərinə srağagündən başlanılıb.
Obyekt sahibləri deyirlər ki, hələlik tunelin bəzi yerlərindəki obyektlər sökülüb. Bəzi satıcılar söküntü barədə xəbərdarlıq edildiyini deyiblər.
Obyektləri sökülməyən satıcılar isə fəaliyyətlərinin qanuni olduğu üçün onlara toxunan olmadığını qeyd ediblər. "Burada qanuni obyektlər fəaliyyət göstərir. Ona görə də, bu obyektləri sökməyiblər. Sökülmə barədə də heç bir söz deyilməyib. Söküntü yalnız qanunsuz işləyənlərə aiddir", - deyə satıcılar bildiriblər.
Qeyd edək ki, obyektlərin sökülməsindən təşvişə düşən satıcıların çoxu malların qiymətini aşağı salıblar. Adi günlərə nisbətən keçiddə alıcıların da fəallığı müşahidə olunurdu.
Bu arada Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, əslində "20 yanvar" stansiyasındakı keçidin onlara heç bir aidiyyatı yoxdur: "Sahibkarların dediyi kimi metroda ticarətlə məşğul olan sahibkarların metropolitenlə heç bir müqaviləsi də yoxdur. Sadəcə metronun giriş-çıxışlarındakı ticarət obyektləri ləğv olunur. Lakin digər obyektlərin sökülməsilə bağlı hələlik heç bir məlumat yoxdur".
Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, həmin keçidə Nəqliyyat Nazirliyi nəzarət edir. Bu səbəbdən də, orada ticarət məsələləri də onların ixtiyarındadır. Nəqliyyat Nazirliyindən isə məsələ ilə bağlı heç bir məlumat verilməyib.
Onu da deyək ki, Nəqliyyat Nazirliyinə məxsus keçidlərdəki ticarət obyektlərinin sökülməsi son zamanlar Ziya Məmmədova qarşı artan hücumlar fonunda baş verir. Bu isə həmin söküntünün heç də təsadüf olmadığını və dolayı yolla da olsa nəqliyyat nazirinin ticari maraqlarına yönəldiyini deməyə əsas yaradır.
O da maraqlıdır ki, Bakı Metropoliteninin digər stansiyalarındakı ticarət obyektləri sökülərkən bu prosesin "20 yanvar" metrostansiyasının keçidlərindəki ticarət köşklərinə aid edilməyəcəyi bildirilmişdi. Amma bu qərarın qəfil dəyişməsi şübhələrə yol açır və nəqliyyat nazirinin özü və biznesi ətrafında müəmmalı proseslərin cərəyan etdiyi dövrə təsadüf etməsi belə şübhələri daha da dərinləşdirir.
Çünki meriyadan verilən rəsmi açıqlamada da deyildiyi kimi, keçidə Nəqliyyat Nazirliyi nəzarət edir. Bu səbəbdən də, orada ticarət məsələləri də onların (dolayısı ilə nazir Ziya Məmmədovun!) ixtiyarındadır. Deməli, sözügedən köşklərin sökülməsini həm də nəqliyyat nazirinə son vaxtlar artan hücumlarla əlaqələndirmək mümkündür.
Elə onun nazirliyinin baş verənlərə münasibət açıqlamaqdan yayınması da belə bir ehtimalı qüvvətləndirir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17