Azərbaycanlı müğənni: "Kənddə qardaşıma deyirdilər ki, hamı qolu dirsəkdən paltar geyinir, sənin bacıların..."
10:37 07-08-2014
ŞOU
Azərbaycanlı müğənni: "Kənddə qardaşıma deyirdilər ki, hamı qolu dirsəkdən paltar geyinir, sənin bacıların..."
Əməkdar artist Gülyaz Məmmədova qafqazinfo-ya müsahibə verib.
Müsahibəni təqdim edir.
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Gülyanaqla çoxlu yeni mahnılar yazdırmışıq. Klip çəkdirmək lazımdır. O barədə tənbəlik. Gülyanaq yeni klip çəkdirib. Bacım xarici mahnıları oxumağı sevir. Milli muğam oxuyanlar özlərini reklam etməyi sevmirlər. Gülyanaq yeni klipini təqdim etmək istəyirdi, əsgərlərimiz şəhid olduğu üçün təxirə saldı. Təki sağlıq olsun, heç bir anaya övlad itkisi arzulamıram. May ayından İncəsənət Universitetində imtahanlar başlayır, başımız onlara qarışır. Sentyabrda yeni sezon, efirlər başlayacaq. Müğənni göz önündə olmalıdır. Bəzən deyirlər ki, sizi efirlərdə gec-gec görürük. Bu mənim xətrimə dəyir. Biz hər zaman proqramlara çıxırıq. İnsanların başı internetə qarışıb, televiziyaya çox az adam baxır.
- Konsert vermək haqda düşünmürsünüz?
- Yaz aylarında konsert vermək istəyirdik, sonra Gülyanaq təxirə saldı. İnşallah, payızda konsert verəcəyik. Hər şey öz istəyimizlədir. Rayonlarda, xarici ölkələrdə canlı konsertlər vermişik. Diskdən oxuyanda adam utanır, xəcalət çəkir.
- İncəsənətə gələn gənclərin sayı günbəgün artır. Gənc ifaçılar sizi qane edirmir?
- İndi çox gözəl səsi olan gənclər var. Mənim Kamilə Nəbiyeva, Nigar Rəhimova, Sərxan Bünyadzadə, Sərxan Mehdiyev kimi tələbələrim var. Gözəl səslər var, lakin təhsil aldıqdan sonra başqa istiqamətə gedirlər. Elə uşaqlar var ki, gözəl oxuyurlar, amma test imtahanından keçə bilmirlər. Gənclərimizə demək istəyirəm ki, oxusunlar, savadlı olsunlar. Tar məktəbini bitirdikdən sonra oğlum İqtisadiyyat Universitetinə hazırlaşırdı. Sonra fikrini dəyişdi ki, estrada müğənnisi olacam. Gənclərin düşüncələri fərqlidir, qərarlarını tez-tez dəyişirlər.
- Dediniz oğlunuz estrada müğənnisi olacaq. Ona hansı məsləhətləri verirsiniz?
- Mən sırf muğam ifa edirəm. Gülyanaq isə hər janrda mahnı ifa edir. Həmişə deyirəm bacım yırtıcı oxuyandır. Kömək edə biləndə əlbəttə edirəm. Amma müasir mahnıları bəstəkar öyrədir.
- Xanəndə olaraq, istəyirdinizmi oğlunuz estrada müğənnisi olsun?
- Özüm rəqqasə olmaq istəmişəm. Sonra fikrimi dəyişdim ki, muğam ifaçısı olacam. Düşünürəm ki, incəsənətdə muğam ən yüksək zirvədə dayanır. Heç vaxt estrada müğənnisi olmaq istəməmişəm. Onlar qalmaqalla tanınır. Estrada müğənnilərinə qulaq asıram, sevirəm. Amma o sahədə olmaq istəmirəm. Oğlumun seçiminə isə hörmətlə yanaşıram.
- Hansı müğənniləri dinləyirsiniz?
- Hər kəsi dinləyirəm. Ən zəif ifaçılara da qulaq asıram. Bəzən zəif ifaçıda elə bir şey olur ki, o özü də bilmir. Həm də qarşındakının biliyini, savadını, oxu tərzini bilmək lazımdır.
- Sizi də qalmaqala salmaq istəyirlər?
- Bizimlə qalmaqal etmək istəyirlər, amma biz fikir vermirik. Hamı bilir kim kimdir. Elə bilirlər ki, qalmaqal olanda insan daha da məşhurlaşır. Biz qalmaqal etsək, xalqın gözündən düşərik. Deyərlər bunlar da bu yola düşdü, bizi lənətləyərlər. Bizə deyirlər ki, siz örnəksiniz.
- Geyimlərinizi seçərkən nələrə diqqət edirsiniz?
- Mən qoluaçıq da geyinmişəm. Hansı dövrdə yaşayırıq? Kənddə qardaşıma deyirdilər ki, hamı qolu dirsəkdən paltar geyinir, sənin bacıların qoluaçıq paltarda gəzir. Qardaşım deyirdi, ətdir, görünsün. Heç nə olmaz.
- Oğlunuz necə, geyimlərinizə qarışırmı?
- Qısa paltarlar geyinəndə qarışır. Deyir, get güzgüyə bax. Mən də paltarımı dəyişirəm. Geyim hər kəsin evindən gəlir. Kiminin atası, kiminin qardaşı, kiminin isə əri geyimlərinə qarışır. Mən rəngli geyimləri sevirəm, qara rəngimi boğur. Vaxt var idi, yas mərasiminə geyinməyə qara paltar tapmırdım. Axır vaxtlar kökəldim, qara geyimlər geyinməyə başladım.
- Sənətçilərin çoxu müxtəlif əməliyyatlar keçirirlər. Siz bu haqda düşünmürsünüz?
- 60 yaşımda düşünəcəm. Üzüm çox qırışırdı, mezalardan istifadə etmişəm. Yanağımı şişirtsəm, üz gözəlliyim itər. Demirəm ki, gözələm. Amma insan cizgilərini itirir. Əməliyyat etdirənlərə pis baxmıram. Lazım olsa, botoks da etdirərəm. Amma dodağımı şişirtmərəm. İstəmirəm, nazik dodaq qəşəngdir.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38