Prezident İlham Əliyev döyüş bölgəsində
10:38 07-08-2014
İQTİSADİYYAT
Prezident İlham Əliyev döyüş bölgəsində
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı "N" saylı hərbi hissəyə gəldi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verdi.
Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim etdi.
Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirildi. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.Prezidentə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Qəsəbəyə Ağdam rayonunun "Dörd yol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb.
Sonra İlham Əliyev qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub.
Dövlət başçısı məktəbin ərazisində nümayiş etdirilən "Çövkan" oyununa tamaşa edib.
Azərbaycan prezidenti məktəbin foyesində qəsəbənin baş planına baxıb, kompyuter otağında yaradılan şəraitlə maraqlanıb. Sonra dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Qəsəbə sakinləri - ikinci qrup Qarabağ müharibəsi əlili, "Azərbaycan Bayrağı" ordenli Baxşeyiş Hətəmli və şəhid anası Məryəm Cəfərova göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə məcburi köçkünlər adından minnətdarlıqlarını bildiriblər.
"Ermənistan Respublikası kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu məqsədyönlü dezinformasiya xarakteri daşıyır".
Bu barədə isə açıqlama verən Müdafiə Nazirliyi bildirir ki, ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır.
"Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək. Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verərdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcək".
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53