Avropa azərbaycanlıları çağırış edir
11:24 07-08-2014
CƏMİYYƏT
Avropa azərbaycanlıları çağırış edir
Finlandiya Azərbaycan Assosiasiyası və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Avropanın yerli və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin Almaniya Federativ Respublikasının Parlamenti – Bundestaqa ünvanlanmış müraciətində son günlər cəbhə xəttində yaranmış gərgin vəziyyət nəticəsində 13 azərbaycanlı hərbçinin ermənilər tərəfindən qətlə yetirildiyi bildirilib, beynəlxalq ictimaiyyətin məsələyə biganə yanaşmamasının zəruriliyi qeyd edilib.
Finlandiya Azərbaycan Assosiasiyasının nümayəndələri Finlandiya Parlamentinin bir qrup deputatı ilə görüş keçirib.Görüş zamanı diaspor nümayəndələri son günlər Ermənistan ordusunun bölmələrinin qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi və düşmən ölkənin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd etməsi deputatların diqqətinə çatdırıb.
Finlandiya Azərbaycan Assosiasiyasının üzvləri baş vermiş hadisələrə beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin biganə qalmasından təəssüf hissi keçirdiklərini bildiriblər. Diaspor təşkilatının nümayəndələri Finlandiya kimi humanist bir dövlətin baş vermiş hadisələrə biganə qalmayacağını və insan tələfatına səbəb olan bu təxribatlara obyektiv qiymət verəcəyinə inandıqlarını bildiriblər.
Digər Xəbərlər
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04
