Müxalifətin mitinq istəyinə ironik cavab
13:02 13-08-2014
CƏMİYYƏT
Müxalifətin mitinq istəyinə ironik cavab
BAXCP funksioneri: "İsa Qəmbər mitinq keçirtməkdənsə, uzun illərdir gecikmiş qurultayını keçirtsə, daha yaxşı olar"
Uzun müddətdir ki, müxalifət düşərgəsində hər hansı bir hərəkətlilik yoxdur. Buna səbəb isə 2013-cü il prezident seçkilərindəki ağır məğlubiyyətdir.
Belə ki, seçkilərdə uduzan müxalifət bir müddət daxili mübarizəyə başladı, bir-birlərini söydülər və nəhayət yorularaq hərə öz küncünə çəkildi. Amma deyəsən, radikallar yenidən aktivləşmək istəyirlər. Çunki Müsavat Partiyasının başqanı İsa Qəmbər mitinqlərin keçirilməsini təklif edib. İki gün öncə KXCP-nin qərargahında keçirilən toplantıda İ.Qəmbər vurğulayıb ki, artıq yay fəsli başa çatdığından aksiyalara ciddi hazırlaşmaq lazımdır. Müsavat başqanı deyib ki, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə birlikdə siyasi partiyaları fəallaşdırmaq istəyirlər. O əlavə edib ki, partiyalar həbs edilən şəxsləri müdafiə etməlidir. İ.Qəmbər təklif edib ki, müdafiə komitəsi yaradılsın.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Müsavat başqanının bu təklifini ironiya ilə qarşılayıb: "İsa Qəmbər mitinq keçirtməkdənsə, uzun illərdir gecikmiş qurultayını keçirtsə, daha yaxşı olar. Bu gün partiyasında hamı bundan danışır ki, niyə başqanlıqdan getmək istəmir? Müxtəlif bəhanələrlə özünü 4 ildir ki, başqan kimi saxlayıb. Yəqin, İsa Qəmbər başqanlıqda qalmaq bəhanəsini indi də mitinq təəssüratı yaratmaqda görür. Kimdir, bu yayın istisində onun mitinqinə gələn? Odur ki, bunu başqa cür şərh etmək olmur. Boş-boş danışırlar da, fikir vermək lazım deyil".
Maraqlıdır, ümumiyyətlə, hazırda müxalifətin mitinq keçirmək gücü varmı? Əməkdaşımızın bu sualını cavablandıran N.Orduxanlı deyib ki, hazırda özlərini demokratik müxalifət adlandıran radikallar heç adi piket keçirmək imkanında deyillər: "Radikal müxalifət çox zəifdir. Bu, bir faktdır. Azərbaycan cəmiyyəti mitinqə dəstək vermir. Xüsusən də radikal siyasi düşərgənin təşkil elədiyi mitinqlərə gələn yoxdur. Keçən il bütün radikal müxalifət Rüstəm İbrahimbəyovun çətiri altında birləşib mitinq keçirdirdi. Nəticə də maksimimum 3-4 min adam iştirak etdi. Bu da öz partiya üzvüləri idi. Yəni, xalq kütləvi şəkildə dəstək vermədi. Əsas səbəb aparılan siyasətdir. Bu siyasət birbaşa radikallığa söykənir. İnqilabi dəyişikliklərlə həyata keçirilməsindən bəhs edir. Xalq yaxşı bilir ki, istənilən inqilab xalqa ziyan gətirə bilər və burda ən çox ziyan çəkən də xalq olur. İnanmıram ki, bu səfər də ciddi dəstək qazansınlar. Yenə də öz partiya üzvüləri gələ bilər. Məcburiyyət qarşısında qalan 5-10 nəfər".
Onu da nəzərə çatdıraq ki, müxalifətin KXCP-nin qərargahında keçirilən tədbirində istiqlalçı deputat Hacıbaba Əzimov çıxış edib. O, yaradılan birliklərin dağıdılmasına etiraz edib: "Özümüz birlik yaradıb özümüz də dağıdırıq. Nə qədər ki yaratdığımız birlikləri özümüz dağıdacağıq nə isə əldə edə bilməyəcəyik. İstiqlalçı deputat Məryəm Həsənovanın dərman almağa pulu yoxdur. Biz fərdləri deyil, hüququ müdafiə etməliyik. Mən bu cür tədbirin keçirilməsi təşəbbüsünü dəstəkləyirəm".
H.Əzimovun fikirlərinə münasibət dildirən BAXCP sədrinin müavini onun haqlı olduğunu deyib: "Radikal müxalifət hal-hazırda pərakəndə vəziyyətindədir. Münasibətləri çox pisdir. Bunun əsas səbəbi İsa Qəmbərlə Əli Kərimlinin bir-birinə patoloji nifrətidir. Ona görə də hər dəfə biri oyun oynayaraq birlikləri dağıdır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22