Cahangir Əsgərovla bağlı qalmaqal
07:41 21-08-2014
İQTİSADİYYAT
Cahangir Əsgərovla bağlı qalmaqal
"AZAL"ın adı sakinlərin torpaqlarının mənimsənilməsi məsələsinə qarışdı
Zaqatalanın Muxax kəndinin bir qrup sakini kəndə yaxın ərazidə yerləşən hava limanı tərəfindən onlara məxsus pay torpaqlarının əhalidən qanunsuz şəkildə alınmasından şikayət edir.
Sakinlər bildirir ki, 8 il əvvəl onlara məxsus 7 hektar pay torpaqları Cahangir Əsgərovun prezidenti olduğu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) - "AZAL"ın Zaqatala rayonununda fəaliyyət göstərən təyyarə meydançasının genişlənməsi məqsədilə onlardan alınıb. Həmin torpaq sahələri dövlət aktları əsasında onların şəxsi mülkiyyəti olmasına baxmayaraq hava limanı tərəfindən onlardan alınan torpaqlar üçün dəfələrlə vəd verilməsinə baxmayaraq, heç bir kompensasiya ödənilməyib.
Sakinlər bildirir ki, kəndin 40 nəfər sakininə məxsus əvvəlcə 7, sonradan isə 40 hektar fındıq bağları yerləşən ərazilər onlardan alınıb. Ancaq bu gün onlara cəmi 7 hektar əraziyə görə kompensasiya ödəniləcəyi barədə məlumat verilib ki, onlar da bununla razılaşmırlar.
"Azərbaycan Hava Yolları" QSC-nin Zaqatala rayonunda fəaliyyət göstərən təyyarə meydançasından isə rəisin məzuniyyətdə olduğunu əsas gətirərək sakinlərin şikayətinə münasibət bildirilməyib. Zaqatala Rayon İcra Hakimiyyətindən isə dedilər ki, hazırda bu məsələ ilə bağlı sənədləşmə işləri aparılır. İcra hakimiyyətindən onu da bildirdilər ki, strateji obyekt olan hava limanının genişlənməsilə bağlı əhalidən alınan torpaqların dövlət aktları olsa da alqı-satqı üçün qeydiyyat sənədləri hazır olmayıb. Ona görə də kompensasiyaların verilməsində ləngimələr baş verib.
Bir neçə günə isə "Azərbaycan Hava Yolları" QSC-nin rəsmiləri də bu məsələ ilə bağlı rayonda sakinlərlə görüşəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53