Rektorlar Mikayıl Cabbarova qarşı
10:50 28-08-2014
İQTİSADİYYAT
Rektorlar Mikayıl Cabbarova qarşı
Təhsil nazirinin addımı bəzi universitet rəhbərlərini narazı saldı
Xəbər verildiyi kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında" 2007-ci il 12 mart tarixli qərarında dəyişiklik edib. Belə ki, Təhsil Nazirliyinin Kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri təhsil naziri Mikayıl Cabbarov, Kollegiyanın üzvləri təhsil nazirinin müavinləri Ceyhun Bayramov, Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayevdir.
Nazirlər Kabinetinin qərarında Təhsil Nazirliyinin Kollegiyasının üzvlərindən 2-nin adı yer almayıb. Gələcəkdə Təhsil Nazirliyinin təklifi ilə iki nəfərin də adı Kollegiyanın üzvləri sırasına daxil edilə bilər.
Bundan əvvəl Təhsil Nazirliyinin Kollegiyasının tərkibi 13 nəfərdən ibarət olub. Bura təhsil naziri, təhsil nazirinin 4 müavini, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyinin strateci təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin müdiri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları, Azərbaycan Təhsil Problemləri Institutunun direktoru daxil olub.
Bu qərarla bağlı ikili rəy yaranıb. Bəzi ekspertlər sözügedən addımı təqdir edirlər. Məsələn, təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, rektorların kollegiyadan çıxarılması müsbət addımdır: "Kollegiya təhsilin bütün pillələrində bu və ya digər formada ortaya çıxan problemlərin həlli ilə bağlı kollegial qərar qəbul edən qurumdur. Lakin rektorların bəzisi kollegiya iclaslarına qatılmırdı. Digər tərəfdən onlar rəhbərlik etdikləri ali məktəblərlə bağlı hər hansı mənfi qərarın qəbul olunmasına maneçilik törədə bilirdilər"
Ekspert ehtimal etdiyini bildirib ki, gələcəkdə ali məktəblərin yoxlanılması və akkreditasiyasının həyata keçirilməsində kollegiyanın bu tərkibi nüfuzlu sayılan rektorların təsiri altına düşməyəcək. "Rektorların kollegiyadan çıxarılması və bütövlükdə təhsil nazirliyinin rəhbər işçilərinin təmsil olunması müəyyən ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edəcək. Çünki Azərbaycanda ali məktəblərin yalnız dördünün rektoru köhnə kollegiyanın üzvü idilər", - deyə Etibar Əliyev bildirib.
Bəzi ekspertlər isə bu addımı doğru saymırlar. Onlar bunu təhsil naziri Mikayıl Cabbarovun istəyinə uyğun qəbul edilmiş qərar adlandırır və hesab edirlər ki, bununla o, vəzifəyə təyin edildikdən sonra rektorlara qarşı tutduğu mövqeni davam etdirir. Belə ekspertlər deyirlər: «Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən sonra bir çox universitet rəhbərləri dəyişdirildi. Bir çoxlarının isə bundan sonra dəyişdiriləcəyinə dair fikirlər var. Hesab etmək olar ki, rektorlar kollegiya üzvlüyündən kənarda saxlanılması Cabbarovun ölkədəki ali məktəblərin əksəriyyətinin dəyişdirilməsi istiqamətində planının bir hissəsidir".
Əldə etdiyimiz məlumata görə, bəzi rektorlar da belə qərarın qəbul edilməsindən narazı qalıblar. Onlar Təhsil Nazirliyi Kollegiyasının tərkibində universitet rəhbərlərinin təmsil edilməsinin daha doğru olduğunu düşünürlər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53