Rusiyadakı dalğa Azərbaycan Mc Donalds-larını da vura bilər
10:56 28-08-2014
İQTİSADİYYAT
Rusiyadakı dalğa Azərbaycan Mc Donalds-larını da vura bilər
Məşhur restoranlar şəbəkəsinin qonşu ölkədə
filiallarının bağlanması bizim üçün nə vəd edir?
Ötən həftə məlumat yayıldı ki, Rusiyada açılan ilk Mc Donalds restoranının yerləşdiyi Puşkin Meydanında toplanan kiçik bir qrup, ABŞ əleyhinə şüarlar səsləndirərək bu restoranlar şəbəkəsini protesto ediblər. Rusiya hökuməti bu etirazlardan sonra ölkədəki bütün Mc Donalds restoranlarının bağlamağa qərar verib.
Rusiya İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) ilk olaraq Mc Donalds-ın Moskovadakı 4 filialını müvəqqəti olaraq bağlayıb. Bu filiallarda aparılan yoxlamalarda qidalardakı enerji dəyərinin bəyan edilənlə eyni olmadığı üzə çıxıb. Paytaxt Moskvadakı 111 Mc Donalds restoranında yoxlamalar aparacaq. Ortaya çıxan bu təsbitdən sonra Rusiyadakı bütün McDonalds restoranlarının bağlanmasına qərar verildi.
Hökumətin bu qərarını dəstəkləyən rus xalqı dünən paytaxt Moskvada nümayişlərə çıxıblar.
Rusiyanın Mc Donalds restoranlar şəbəkəsi ilə müharibəsini Ukrayna böhranına görə Qərb və Rusiya arasında yaranan gərginliklə əlaqələndirirlər. Mc Donalds-ın itkiləri Rusiyada 20 milyard rubl dəyərində hesablanıb.
Dünən isə bu istiqamətdə yeni məlumat yayıldı. Həmin məlumata görə, Rusiya Mc Donalds-ın Moskvadakı daha 4 restoranını gigiyena standartlarına uyğun gəlməməsi səbəbindən bağlayib. Rusiyanın istehlakçı təhlükəsizliyini yoxlama agentliyi Mc Donalds-ın qida standartlarına əməl etmədiyini bəyan edib.
Bu şərhdən sonra amerikalı fast food nəhəngi müştəri şikayətlərini diqqətə aldıqlarını bildirsə də, ruslar Mc Donalds-ın digər restoranlarında da araşdırmalar aparmaqla şəbəkəni ölkədən qovmaqda israr nümayiş etdirirlər.
Qeyd edək ki, Rusiya ərazisində 435 Mc Donalds restoranı fəaliyyət göstərir. Onlardan 115-i paytaxt Moskvadadır. Bu restoranlarda 12 min nəfər çalışır.
Onu da deyək ki, son vaxtlar Azərbaycanda da Mc Donalds-larla bağlı şikayətlərin artdığı müşahidə olunur. Məsələn, bu ilin aprelində paytaxt Rolan Məmmədov Mc Donalds restoranlar şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, adıçəkilən Bakı sakini Nizami küçəsində daimi müştərisiolduğu "McDonalds"dan sifariş etdiyi "Sezar" salatının içindən ilbiz çıxdığını iddia etmişdi.
Həmin vaxt KİV bildirirdi ki, bu, adıçəkilən restoranlar şəbəkəsinə qarşı ölkə vətəndaşları arasında yeni president də yarada bilər. Söhbət bu restoranlarda istehlakçı haqları pozulan hər kəsin məhkəməyə üz tutmaq perspektivindən gedir. Nəzərə alsaq ki, Azərbaycanda Mc Donalds restoranları ilə bağlı narazılıq çoxdur, o zaman bu şəbəkənin artıq tez-tez məhkəmələrə çəkilmək ehtimalının da yüksək olduğu deyilirdi.
Keçən həftə isə mətbuat yazdı ki, Bakı sakini yemək üçün məşhur fast-food restoranı olan Mc Donalds-a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı "Bif rolu" yeyərkən lavaşın kifləndiyini görüb. Qidanın şəkillərini çəkərək "milli.az"a ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib.
Məsələyə Mc Donalds-ın Bakı filialından aydınlıq gətirilib. Restoranın mətbuat xidmətinin rəhbəri Anar Bayramov bildirdi ki, bu məsələ ilə bağlı onlara heç bir şikayət daxil olmayıb. Onun sözlərinə görə, Mc Donalds bütün mallarını, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlayaraq müştərilərə təqdim edir. Anar Bayramov onu da əlavə edib ki, bir neçə saat bundan əvvəl həmin məlumat saytlarda yayılan kimi bütün heyətlə anbarlar və restoranlarda gigiyenik cəhətdən yoxlanış keçirilib. Həmin lavaşarası yeməklərdə heç bir xarab olma halına rast gəlinməyib. O, çalışıb müştərilərə ən yaxşı məhsullarını təklif etdiklərini deyib: «Əgər belə bir problemlə hər hansı bir müştəri rastlaşsaydı, o zaman ilk olaraq bizə məlumat verərdilər".
Onu da deyək ki, Rusiyadan əvvəl Avropanın bir çox ölkəsində Mc Donalds restoranlarının fəaliyyəti yasaqlanıb. Bu adıçəkilən şəbəkənin yeməklərinin keyfiyyəti ilə izah olunur.
İndi Azərbaycanda da bu restoranlar şəbəkəsindən şikayətlərin artmasının Mc Donalds-ın ölkuəmizdə fəaliyyət göstərə bilmə perspektivlərinə ciddi mənfi təsir etmək ehtimalı qətiyyən istisna olunmur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53