Tərtərin icra başçısı camaatı kütləvi etiraza qaldırır
09:57 02-09-2014
İQTİSADİYYAT
Tərtərin icra başçısı camaatı kütləvi etiraza qaldırır
Müstəqim Məmmədovun təyinatından sonra rayonda milyonlarla dövlət vəsaiti talanıb
Tərtərin yeni icra başçısı Müstəqim Məmmədov bir il əvvəl rayonun abadlaşdırılması üçün külli-miqdarda dövlət vəsaiti sərf olunan yerləri viran qoyaraq, yenidən "abadlıq" işlərinə başlayıb.
"Unikal"ın məlumatına görə, hazırda sökülən və yenidən qurulan yerlərdə göründüyü kimi abadlıq işlərinin aparılması üçün heç bir zərurət yox idi. Bir il əvvəl abalaşdırılan və hazırda sökülən ərazilərin yenidən abalaşdırlmasının isə ancaq bir açıqlaması ola bilər; Dövlətin milyonlarla vəsaitini bir heç edərək ayrılan vəsaitin bir hissəsinin mənimsənilməsini təmin etmək.
Əslində bu, dövlət vəsaitlərinin talan edilməsindən başqa bir şey deyil. Bu gün Tərtərin abadlaşmaya və sosial problemlərinin həll olunmasına ehtiyacı olan çoxlu kəndləri var. Vəsaitlərin həmin kəndlərə və abadlaşdırılmasına ehtiyacı olan yerlərə sərf olunması daha məntiqlidir. Amma icra başçısı heç bir məntiqə sığmayan hərəkətlər edərək eyni yerləri bir neçə dəfə abdalaşdırır. Ortada isə çölə atılan dövlət vəsaitləri olur. Söhbət mənimsəməkdən gedirsə, icra başçısı yeni ərazilərin abadlaşdırılması zamanı da yeni mənimsəmə hallarını həyata keçirə bilər. Amma heç bir məntiqə sığmadığı halda icra başçısı dövlətin vəsaitlərini insafsızcasına havaya sovurur. Halbuki, həmin vəsaitlərə rayonda istehsal sahələri yaratmaqla Azərbaycan iqtisadiyyatının inkişafına və insanların sosial problemlərinin həllinə, rifahının yüksəlməsinə ciddi töhvələr verə bilər. Amma təəssüflər olsun ki, həmin vəsait səmərəsiz yerə xərclənir.
Tərtərdən daxil olan başqa bir məlumatda isə bildirilir ki, Müstəqim Məmmədov rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarından bələdiyyələrdən və icra nümayəndələrindən pay istəyib. Belə ki, daxil olan məlumatda göstərilir ki, icra başçısı bələdiyyə sədrləri və icra nümayəndələrinin boynuna "hesab" qoyub.
Məlumatlı mənbə bildirir ki, icra başçısının icra nümayəndələrinə və bələdiyyə sədrlərinin hər birinə 5 min manat "hesab" qoyması narazılıqla qarşılanıb. Bəzi bələdiyyə sədrləri, icra nümayəndələri bildirib ki, onların bu vəsaiti verməyə gücü çatmır. Bələdiyyə sədrlərinin narazılğına isə icra başçısı "payızda, seçkilərdə görüşəcəyik" mesajı ilə cavab verib.
Bildirilir ki, həqiqətən də kənd bələdiyyə sədrləri, icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə etməyə nail olublar. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq göstərişi verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, M.Məmmədov müxtəlif yollarla yerli sakinlərin pay torpaqlarını da əllərindən almağa başlayıb. Onu da bildirək ki, yerli sahibkarlar da başçının sıxışdırma məngənəsində boğulur. Bu səbəbdən də rayonda ciddi narazılıq var. Hər an yerli sakinlər ayağa qalxa bilər.
Qeyd edək ki, Müstəqim Məmmədov ay yarım əvvəl Tərtər rayonuna icra başçısı təyinatı alıb. O daha öncə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini,şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53