Azad Rəhimova xəyanətdə ittiham edilən baş direktor
10:05 02-09-2014
CƏMİYYƏT
Azad Rəhimova xəyanətdə ittiham edilən baş direktor
Akif İsmayılov barəsində səslənən iddialar haqqında nə deyir?
Tofiq Bəhramov adın Respublika stadionunun təbii ot örtüyünün sıradan çıxması ilə bağlı mətbuatda müzakirələr səngimək bilmir.
Hətta mətbuatda təbii qazonun məhv edilməsində stadionun direktoru Akif İsmayılov günahlandırılıb. Belə ki, sport7.az saytında dərc olunan yazıda A.İsmayılovun təbii ot örtüyünü qəsdən sıradan çıxartdığı iddia olunub.
İddialara görə, direktor stadionun təbii ot örtüyünün süniləşdirilməsinə çalışır. Onun süni örtük mafiyası ilə əlaqədə olduğu da bildirilir.
Hətta direktorun gənclər və idman naziri Azad Rəhimova qarşı çıxdığı da bildirilir. Hələ stadion təmir olunarkən Akif İsmayılovun təxribata yol verdiyi iddia olunur. Düzü, belə bir iddia ilə razılaşmaq çox çətindir. Kifayət qədər önəmli matçla bağlı bilərəkdən hansısa səhlənkarlığa yol verilməsi bir o qədər də ağlabatan deyil. Amma hər halda belə iddia günlərdir müzakirə olunmaqda, müxtəlif fikirlərin ortaya çıxmasına yol açmaqdadır.
Məsələyə aydınlıq gətirmək üçün Respublika stadionunun rəhbəri Akif İsmayılovla əlaqə saxlayan publika.az saytı ondan bəzi suallara cavab ala bilib. İsmayılov deyilənləri təkzib edib: "Əslində, mən bu iddialara cavab vermək istəmirəm. Amma deyim ki, bunlar hamısı boş söhbətlərdir. Akif İsmayılov kimdir ki, ot örtüyünü məhv etdirsin, süni qazon saldırsın. Bu, birinci məsələ...
İkincisi də, Tofiq Bəhramov adına stadionun ot örtüyü heç vaxt süni ola bilməz. Bunu etmək istəsəydik, o dövrdə edərdik. Düşünürəm ki, belə boş-boş söhbətlərə fikir vermək lazım deyil".
Xatırladaq ki, on gün əvvəl keçirilən Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" matçında hər kəs ot örtüyündən şikayətlənib. Ortüyün pis vəziyyətdə olması hamını narahat edib.
Daha sonra məlum olub ki, stadionun rəhbəri Akif İsmayılov ot örtüyü ilə əlaqədar mütəxəssis Borislav Kolyevi işdən uzaqlaşdırıb. Səbəb isə stadionun ot örtüyünün pis vəziyyətə düşməsidir.
Verilən məlumata görə, Kolyev ot örtüyünə hansısa dərmanlar töküb, bu da örtüyü korlayıb. Buna əsəbiləşən rəhbərlik onu işdən qovub. Ot mütəxəssisinin bunu qəsdən, ya bilməyərəkdən etdiyi barədə məlumat yoxdur.
Ötən həftə mərkəzi arenanın direktoru Akif İsmayılov bu haqda danışarkən xəbərin doğru olduğunu bildirmişdi: "Mərkəzi arenanın ot örtüyü artıq İngiltərədən gələn mütəxəssislərin əlindədir. Həmin mütəxəssislər "Bakcell Arena" və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarına da qulluq edir. "Qarabağ" - "Tvente" oyununda gənclər və idman naziri Azad Rəhimov mənə həmin ingilis mütəxəssislərlə müqavilə bağlamağımızı tapşırdı. Bundan sonra nazirlik lazımi vəsaiti ayıracaq".
Göründüyü kimi, ortada hələ bir çox qaranlıq məqamlar, öz cavabını gözləyən maraqlı suallar var. Hələlik verilən açıqlamaların həmin qaranlıq məqamlara aydınlıq gətirə, ortadakı maraqlı suallara konkret cavab xarakteri daşıdığını demək olmaz. Odur ki, qarşıdakı günlərdə bu məsələ ilə bağlı tam təfərrüatların məlum olacağına ümid edək.
Yeri gəlmişkən, dünən yayılan başqa bir iddiaya görə, mərkəzi arenanın ot örtüyünün dəyişdirilməsi ən qısa vaxtda başa çatmalıdır. Söhbət "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ilk ev oyununu keçirəcəyi tarixdən gedir.
İddia olunur ki, əgər həmin tarixədək ot örtüyünün dəyişdirilməsi uğurla başa çatmasa Akif İsmayılovun vəzifədən kənarlaşdırılmasının gündəmə gəlməsi istisna edilməməlidir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50