Əli Kərimli meydanda tək qalır
16:27 26-09-2014
CƏMİYYƏT
Əli Kərimli meydanda tək qalır
Mətbuatdakı tərəfdarları da partiyadan istefa verərək AXCP sədrindən uzaqlaşmağa başlayıb
Artıq neçə müddətdir ki, radikal müxalifət düşərgəsində yarpaq tökümü sürətələnib. Xüsusən də AXCP ilə Müsavatdan istefa verənlərin sayı günü-gündən artmaqdadır.
"Unikal"ın məlumatına görə, indi də AXCP sədri Əli Kərimlinin mətbuatdakı tərəfdarları ondan uzaqlaşmağa başlayıblar. Elə son bir neçə gündə iki jurnalist AXCP-dən istefa verərək Əli Kərimlidən kənar durmaq qərarı veriblər. Belə ki, dünən Carçı.az saytının rəhbəri Orxan Carçı təmsil olunduğu partiyadan istefa verdiyini açıqlayıb. O.Carçı AXCP-dən istefasını partiyada müstəqil ola bilmədiyi ilə əlaqələndirib: "Mən bir neçə ildir ki, AXCP-nin üzvüyəm. Partiyanın tarixinə hörmətim var. Bu gün heç kimi təhqir və tənqid etmədən AXCP-dən ayrılıram. Çünki partiya daxilində sərbəst ola bilmirəm. Bundan sonra, heç bir partiyaya üzv olmaq barədə fikirləşmirəm. Lakin partiyadan istefama görə təhqir və tənqid olunsam, buna 3 qat cavab verəcəm. Yəni susmayacam. Cəbhəçilər mənim istefamı normal qəbul etməlidirlər. Keçmiş partiyama da uğurlar arzulayıram".
Jurnalistin açıqlamasından da göründüyü kimi, AXCP-də siyasi mədəniyyət yoxdur. Belə ki, kim Əli Kərimlinin qurduğu axmaq düzənə qarşı etiraz edib partiyadan gedəndə onun arxasınca şər-böhtan kampaniyası aparmağa başlayırlar. Ona görə də Orxan Carçı barəsində söylənəcək təhqirlərə qarşı susmayacağını bəyan etmək məcburiyyətində qalıb.
Məlumat üçün onu da bildirək ki, AXCP Ali Məclisinin üzvü, jurnalist Elçin Rüstəmli də bir neçə gün öncə partiyadan istefa verib. Bu haqda Elçin Rüstəmlinin özü məlumat verib: "Mən uzun müddət AXCP Ali Məclisinin üzvü olsam da, siyasi fəaliyyətlə məşğul olmaq imkanlarım olmayıb. Bundan sonra da siyasi fəaliyyət göstərmək, partiya üzvü olmaq niyyətim yoxdur. Bu səbəbdən AXCP üzvlüyündən istefa verdiyimi bildirirəm"-deyə o, qeyd edib. Elçin Rüstəmli "Bizim yol" qəzetinin redaktorudur.
Əslində, illərlə birgə gəldikləri yola hörmət əlaməti olaraq, istefa verənlər partiya daxilində baş verənləri açıqlamırlar. Amma Orxan Carçı real vəziyyəti yaxşı bildiyindən əvvəlcədən xəbərdarlıq edir. Əgər cəbhəçilər haqsızlıq edərək isrtefa verənlərin əleyhinə kampaniya aparsalar, Əli Kərimli ilə bağlı şok məlumatlar mətbuata ötürüləcək.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Əli Kərimlinin ətrafının tamamilə boşalacağını deyib. Onun sözlərinə görə, hələ bu Əli Kərimlinin yaxşı günləridir: "Bu adam xəyanətkardır, ona görə də heç kim onun yanında qalmaq istəmir. Bu adam öz liderinə xəyanət edən, axırda da zəhər verib öldürən adamdır. Ən yaxın ətrafı da onun xəyanətlərindən bezib. Görün işin harasıdır ki, illərlə ona sədaqətli olan adamlar başlarını götürüb qaçırlar. Mən bunlarla bir komanda da olmuşan və hansı xislətdə olduqlarını yaxşı bilirəm".
H.Hacıyev onu da bildirib ki, Əli Kərimli indi Milli Şuranı əlində saxlamağa çalışır. Onun sözlərinə görə, AXCP sədri bəzilərini şantaj edərək Milli Şurada qalmalarına nail olub: "Hamı onun əsl simasını görəndən sonra ondan uzaqlaşmaq istəyir. Bəziləri Milli Şuraya gəldilər, bir qədər sonra Əli Kərimlinin maskası düşdü və əsl siması göründü. Ona görə də canlarını qurtarmaq üçün istefa verməyə çalışdılar. Amma gördüyünüz kimi, onun bir qrup böhtançı dəstəsi var ki, sosial şəbəkələrdə, qəzetlərdə kampaniya aparırlar. Həmin komandanın hədəfinə çevrilməmək üçün bəziləri Əli Kərimlinin şantajına boyun əyməli olur. Yoxsa onun yan-yörəsində bir nəfər də qalmazdı".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00