Həbsdəki "Nida"çılar prezidentdən əfv istədilər
09:43 01-10-2014
İQTİSADİYYAT
Həbsdəki "Nida"çılar prezidentdən əfv istədilər
Müxalifətçi gənclər AXCP və Müsavatdan imtina etdilər
Məlum olduğu kimi, Azərbaycanda aranı qarışdıraraq təlatümlü vəziyyət yaradan və xarici qüvvələrə işləyən radikal müxalifət nümayəndələri zaman-zaman törətdikləri əməllərə görə cəzalanıblar. Amma qısa müddətdə öz səhvlərini anlayaraq, yanlış yolda olduqlarını etiraf edib, ölkə başçısından əfv diləyiblər.
Belə demək mümkündürsə, prezidentdən əfv istəmək kampaniyası davam edir. Dünən Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər -Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər.
Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: "Hörmətli cənab Prezident! Biz həbsdəki "Nida"çılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik. Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı. Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi verəcəksiniz. Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq.
Hörmətli cənab Prezident! Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik. İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz".
Müraciətə Rəşadət Axundov, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Məmməd Əzizov, İlkin Rüstəmzadə imza atıblar.
Göründüyü kimi, radikal müxalifətin təsirinə düşən bu gənclər nəhayət yanlış yolda olduqlarını anlayıblar. Bunu prezidentə ünvanladıqları müraciətdə özləri də etiraf edirlər. Artıq cəmiyyətdə böyük əksəriyyət Əli Kərimli və İsa Qəmbər kimi radikal müxalifət liderlərinin milli maraqlara xidmət etmədiklərini, yalnız şəxsi mənafelərini güddüyünü bilirlər. Xüsusən də gəncləri aldadaraq öz ətrafında birləşdirməyə çalışan AXCP sədrinin siyasətdə nə qədər sədaqətli olduğu hər kəsə bəllidir. Bu adam nəinki müttəfiqlərinə, hətta öz liderinə xəyatən etmiş adamdır. Sadəcə olaraq, onun, eləcə də İsa Qəmbərin gəncləri özünə cəlb etməklə bağlı fitri istedadı var. Bu baxımdan da, NİDA və bu kimi təşkilatlardakı gəncləri yollarından sapındıraraq, öz tərəflərinə çəkməyi bacarıblar. Onlar da Əli Kərimli və İsa Qəmbər kimi siyasi mafiozların oyunlarına gediblər və özlərini dəmir barmaqlıqlar arxasında görəndə yanlış yolda olduqlarını anlayırlar.
Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər -Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət etməklə Əli Kərimli ilə İsa Qəmbərin fitvasına getdiklərinə görə peşman olduqlarını etiraf ediblər. Bu müraciət bir daha göstərdi ki, Əli Kərimli ilə İsa Qəmbər cütlüyü bu ölkənin gələcəyinə necə zərbə vururlar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53