"Hafka"nın 3 milyonluq villası boşaldılır
11:39 02-10-2014
İQTİSADİYYAT
"Hafka"nın 3 milyonluq villası boşaldılır
Tanınmış iş adamının polisə və məhkəmə icraçılarına dirəniş göstərdiyi bildirilir
"Baghlan Group" şirkətinin və "Bakı" futbol klubunun prezidenti, "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına dünən yenidən məhkəmə icraçıları və polis gəlib.
Xatırladaq ki, sentyabrın 30-da villanı mühafizə edən silahlı qoruyucular məhkəmə icraçılarını binaya buraxmaqdan imtina ediblər. Məsələ ilə bağlı H. Məmmədov məlumatlandırılıb və o probelmin həll etmək üçün çalışdığını deyib. Amma görünən odur ki, məsələ həll olunmayıb.
Belə ki, modern.az saytının məlumatına görə, dünən evi boşaltmağı vəd etmiş "Hafka" fikrini dəyişib. Nərimanov rayon Məhkəməsinin icraçıları polis əməkdaşlarının köməyi ilə villaya keçməyə cəhd ediblər. Villanın içində kifayət qədər böyük sayda mühafizəçilər cəmləşib və qapını açmaqdan imtina edirlər. Mməhkəmə icraçılarıisə malikanənin boşaldılmasını tələb ediblər.
Xatırladaq ki, dünəndən başlanan bu qalmaqalla bağlı H. Məmmədov məlumatlandırılıb və o, oktyabrın 1-dək vaxt istəyib və bu gün borcu ödəyəcəyini vəd edib. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınmışdı ki, evin boşaldılması oktyabrın 1-nə saat 12-yə qədər təxirə salınsın.
Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Ziya Məmmədovun villasının qonşuluğunda yerləşən villa barədə qərar çıxarılıb. Məhkəmə 300 min manat borcu qaytara bilmədiyinə görə onun əmlakının boşaldılması barədə qərar verib. Bildirilir ki, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub. Hafiz Məmmədov nə bankın borcunu ödəyib, nə də bankın pulun bağlayıb.
Hadisə yerindən aldığımız son məlumata görə, "Hafka"nın evini qoruyan mühafizəçilərlə polis arasında əlbəyaxa dava-dalaş olub. Mühafiçilər icraçıları və polisi villaya burxmadan qəti imtina edirlər. Hazırda Hafiz Məmmədovun binada olan təmsilçisi onlara vaxt verilməsini istəyir. H.Məmmədovun özünün isə olaya heç bir reraksiyası yoxdur.
Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun son dövrlər təsir imkanlarının azalması Hafiz Məmmədovun üzərinə gedildiməsini daha da sürətləndirib. Çünki hazırda əvvəlki qədər güclü olmadığına görə, Ziya Məmmədov biznes ortağı "Hafka"nı qoruya bilmir. Rəqibləri bundan məharətlə istifadə edib onu tamamilə sıradan çıxarmaq istəyirlər. Yəqin ki, "Hafka"nın polisə və məhkəmə icraçılarına dirənişi də uzun sürməyəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20