Hesablama Palatası Qərib Məmmədovun komitəsində səhv tutdu
11:50 02-10-2014
İQTİSADİYYAT
Hesablama Palatası Qərib Məmmədovun komitəsində səhv tutdu
Torpaq balansı hesabatlarında məlumatlar dürüst və tam əks olunmurmuş
Hesablama Palatası yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair nəzarət tədbirləri həyata keçirib. Keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, Torpaq Məcəlləsi və torpaq icarəsi haqqında qanunvericilik aktlarında dövlət mülkiyyətində olan torpaqların mövcudluğu və istifadəyə (icarəyə) verilməsi barədə müvafiq səlahiyyətləri həyata keçirən sərəncamçı dövlət orqanları arasında aidiyyəti məlumatların qarşılıqlı olaraq müntəzəm qaydada təqdim edilməsi normaları müəyyən edilməyib.
Buna görə rayonların ərazisi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları ilə yerli icra hakimiyyəti orqanları və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələri arasında onların sərəncamında olan, habelə istifadəyə və icarəyə verilən dövlət torpaqları barədə mütəmadi məlumat mübadiləsi aparılmır, aidiyyəti torpaqların kateqoriyalar üzrə mövcudluğu, istifadəyə və icarəyə verilmiş sahələri haqqında rayonlar üzrə tərtib olunan Torpaq balansı hesabatlarında məlumatlar dürüst və tam əks olunmur.
Nəticədə həmin torpaqlar üzrə tam əhatəli uçotun aparılması, eyni zamanda onların istifadə üçün ayrılması və üzərində tikinti işlərinin aparılmasına dair icazələrin verilməsinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsində qeyri-müəyyənlik halları yaranır.
Palata bununla bağlı Nazirlər Kabinetinə bir neçə təklif verib. Qeyd olunanları nəzərə alaraq, dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinin dəqiq uçotunun koordinasiya edilməsi məqsədi ilə Torpaq Məcəlləsi və torpaq icarəsi haqqında qanunvericilik aktlarında dövlət mülkiyyətində olan torpaqların mövcudluğu və istifadəyə (icarəyə) verilməsi barədə müvafiq səlahiyyətləri həyata keçirən sərəncamçı dövlət orqanları arasında aidiyyəti məlumatların qarşılıqlı olaraq mütəmadi qaydada təqdim edilməsi normalarının daxil edilməsi məqsədəuyğun hesab edilib.
Aparılan təhlillər göstərib ki, müvafiq prosedurlar çoxlu sayda ilkin sənədlərin toplanması və təqdim edilməsini tələb etdiyindən və təqdim edilmədiyi təqdirdə hər hansı bir inzibati tədbirin görülməsi nəzərdə tutulmadığı üçün torpaq icarəçiləri, o cümlədən dövlət mülkiyyətində olan torpaqların icarəçiləri tərəfindən əksər hallarda bu normaya riayət olunmur. Nəticədə torpaqların icarəyə verilməsi barədə rayon (şəhər) icra hakimiyyəti orqanlarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatları arasında fərqlər müşahidə olunur. Bu da bir sıra torpaq icarəsi müqavilələrinin uçotda əks olunmamasına, müvafiq müqavilələr üzrə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqının dövlət büdcəsinə tam daxil olmaması hallarına gətirib çıxarır.
Hesablama Palatası bağlanmış torpaq icarəsi müqaviləsi barədə icərəyə verən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrinə məlumat və müvafiq müqavilənin surəti təqdim edilməsini təklif edir.
Palata hökumətə təklif edib ki, dövlət mülkiyyətində olan əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların təyinatı üzrə və səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədi ilə, həmin torpaqların istifadəyə və icarəyə verilməsi, habelə onun istifadə edilməsi üzrə ayrıca normativ hüquqi sənədin (qaydaların) hazırlanaraq təsdiq edilsin.
Hesablama Palatasından açıqlanan məlumata burada adıçəkilən qurumların, xüsusilə də Qərib Məmmədovun sədri olduğu Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin münasibəti maraqlı olardı. Amma hələlik komitədən bu məlumatla bağlı susqunluq nümayiş etdirilir. Maraqlıdır, görəsən niyə?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53