Cəmil Həsənlinin qızının cinayəti üzə çıxdı
12:10 03-10-2014
İQTİSADİYYAT
Cəmil Həsənlinin qızının cinayəti üzə çıxdı
Günel Həsənli cinayətini həkimlərdən və poislərdən gizlədib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov verib. E.Zahidov bizimlə söhbətində qeyd etdi ki, polisə 10 gün əvvəl baş vermiş hadisə ilə bağlı əməliyyat məlumatı daxil olub:
"Məlumatda bildirilib ki, bu il sentyabrın 19-da saat 14:30 radələrində yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Polis araşdırması zamanı məlum olub ki, bu qəza hüquq - mühafizə orqanlarından sürüücü və piyada tərəfindən gizlədilib. Qəza törədən sürücü piyadını həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar".
E.Zahidov onu da qeyd etdi ki, həmişə obyektivlikdən danışan insanların indi bu hadisəni nədən gizlətməsini başa düşmür:
"Axı burada nə var ki, hadisə baş verib. Bu cür hər gün onlarla hadisə baş verir. İnsanlar da qanunla müəyyən edilmiş cəzalarını alırlar. İndi təhqiqat aparılır və yəqin ki, araşdırmanın rəsmi nəticəsi yaxın günlərdə elan ediləcək".
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17