Əli Kərimli ilə İsa Qəmbər arasında müharibə başladı
12:12 03-10-2014
İQTİSADİYYAT
Əli Kərimli ilə İsa Qəmbər arasında müharibə başladı
AXCP sədri Müsavatı ittiham etdi, qarşı tərəfdən cavab verildi
Bir müddət öncəyə qədər atəşkəs elan olunan AXCP-Müsavat davası yenidən alovlanıb. Bütün dönəmlərdə qarşılıqlı ittihamlara səbəb tapmaqda çətinlik çəkməyən iki partiya arasında gərginlik yenidən artıb.
"Unikal"ın məlumatına görə, dünən Əli Kərimli qurultaya dəvət edilmədiyinə görə, Müsavat rəhbərliyinə sitəm etmişdi. Hətta o, bunu Müsavat rəhbərliyinin onlara qarşı qərəzi kimi qiymətləndirmişdi. Artıq qarşı tərəf moratoriumu pozmaq və Əli Kərimliyə cavab vermək qərarına gəlib.
Belə ki, Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı AXCP sədri Əli Kərimlinin ittihamlarına cavab verib. G.Aslanlı bildirib ki, Müsavatı real müxalifət olmamaqla bağlı ittiham etmək yolverilməzdir: "Yer məsələsinə görə uman yerdən küsərlər anlayışını əsas götürərək Əli Kərimli ilə razılaşmaq olar. Biz yer azlığına görə heç bir partiyanı dəvət etməmişik. Funksional əməkdaşlıq etdiyimiz partiyalardan da heç kimi dəvət etmədik. Qonaqlar məsələsi müzakirə olunarkən qərara alındı ki, AXCP-ni dəvət etsək, gərək digərlərini də çağıraq. Buna görə də yerin və vaxtın az olduğunu, qonaqlara vaxt ayıra bilməyəcəyimizi nəzərə alaraq heç kimi çağırmadıq. Təsəvvür edin, qonaq çağırırıq, amma ona çıxış üçün yer vermirik. Buna görə Müsavat Partiyasını ittiham etmık yolverilməzdir. "Bizi çağırsaydılar, yer ayırsaydılar pis olmazdı" kimi açıqlamalar olsaydı, bunu həll etmək olardı. Amma bizi dəvət etməyiblər və real müxalifət deyillər kimi ittihamlar özünü real müxalifət adlandıran partiyanın rəhbərinə uyğun gəlmir. Çünki Müsavat Partiyasının real müxalifət olduğunu danmaq Azərbaycanda reallığı bilən siyasətçi təsiri bağışlamır. Bizim yetkililər heç zaman heç yerdə "AXCP real müxalifət deyil" deyə ifadə işlətməyib".
Başqan müavini qeyd edib ki, AXCP ilə müttəfiqliyə hazırdırlar: "Biz AXCP-yə vaxtilə müttəfiqlik sazişi təklif etdik. Yeni başqan Arif Hacılı da yenə də AXCP-yə müttəfiqlik sazişi ilə müraciət etməyə hazır olduğunu bildirib. AXCP-ni real müxalifət qüvvəsi hesab edirik. Onların bizim haqqımızda söylədiklərinin yanlış və qərəzli olduğunu düşünürük".
"Unikal"ın əməkdaşı ilə söhbətləşən AXCP funksionerlərindən biri deyib ki, AXCP Müsavatla bütün bağlantıları kəsmək istəyir. Onun sözlərinə görə, Arif Hacılının başqan seçilməsi Əli Kərimlini daha da narazı salıb: "Bilirsiniz ki, Əli Kərimli AXCP ilə Müsavatın birləşməsi və özünün birləşmiş partiyaya rəhbər gəlməsinə çalışırdı. Amma Müsavatda, xüsusən də Arif Hacılı buna qarşı çıxırdı. Amma İsa Qəmbər Əli Kərimli ilə gizli danışıqlarda bu məsələyə dəstək verəcəyini söz vermişdi. Amma sonradan İsa Qəmbər bu vədinə xilaf çıxdı. Əslində, Əli Kərimli ilə İsa Qəmbərin münasibətlərinin pozulması da bundan başladı. Arif Hacılı Müsavat başqanı gələndən sonra Əli Kərimli İsa Qəmbərə qarşı daha aqressiv olub. Ona görə də qarşıdakı günlərdə bu müstəvidəki münasibətlər daha da pisləşəck".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53