Ukraynada yenidən qanlı döyüşlər başladı
13:11 04-10-2014
İQTİSADİYYAT
Ukraynada yenidən qanlı döyüşlər başladı
Putindən Yanukoviçə "vətəndaşlıq hədiyyəsi"
Ukraynada silahlar yenidən işə düşüb. Belə ki, Donetsk aeroportuna hücum edən separatçılar dəstəsi darmadağın edilib, yüzlərlə döyüşçü öldürülüb. Bu barədə Rusiya forumundan çıxarılmış hesabatlardan birində deyilir.
Məlumatlara görə, Donetsk aeroportuna hücumu zamanı RF döyüşçüləri ağır itkilər verərək geri çəkiliblər. Bir neçə tank isə məhv edilib.
Hesabatda deyilir ki, aeroporta hücum 2 oktyabr tarixində, yerli vaxtla səhər saat 5-də başlayıb. Aeroporta hücum zamanı 400-dən çox Rusiya xüsusi təyinatlıları, 8 tank, 3 bmp və bir neçə zirehli maşın cəlb edilmişdi. Döyüşlər zamanı Rusiya xüsusi təyinatlıları darmadağın edilib.
"Ukraynada çox qəribə "atəşkəs" hökm sürür"
"Ukraynada çox qəribə "atəşkəs" hökm sürür. Tərəflər Minskdə razılaşmışdılar ki, hər iki tərəf ağır artilleriyanı 15 kilometr geri çəkəcək". Bunu Ukraynada səfərdə olan politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, razılaşmanın əldə olunmasına baxmayaraq tərəflər Donetsk hava limanının taleyini müəyyənləşdirmədilər: "Məsələ burasındadır ki, Ukrayna ordusu Donetskə nəzarət etməsə də, şəhərin hava limanını əlində saxlayır. Separatçılar isə atəşkəsə baxmayaraq hava limanını ələ keçirmək üçün bombardmanı davam etdirirlər. Ukrayna ordusu da hava limanında mühasirədə olan hərbçilərini qorumaq üçün başqa ərazilərdən separatçıların mövqelərinə zərbələr endirir. İndi bu nə atəşkəs oldu?"
Sabiq kəşfiyyat şefi: "Putin Donetsk
aeroportunda hərbi baza yaratmaq istəyir"
Rusiya prezidenti Vladimir Putin Donetsk aeroportunda hərbi baza yaratmaq istəyir. Bu barədə isə Ukrayna xarici kəşfiyyatının xidmətinin sabiq rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib.
"Ukrayna Donetsk aeroportunu vermək istəmir. Ona görə ki Putin Donetsk aeroportunda hərbi baza yaratmaq istəyir. Aeroportun digər ərazilərlə mübadiləsi haqqında məsələ var. Amma biz bu mübadiləyə qarşıyıq. Ukraynanın özü burada güclü hərbi baza yarada bilər", - deyə o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 5-də atəşkəs barədə razılaşmanın imzalanmasına baxmayaraq, Donetsk şəhər aeroportu uğrunda son günlər şiddətli döyüşlər gedir. Separatçılar Donetsk aeroportunda mühasirədə qalan Ukrayna hərbçilərini daim atəş altında saxlayır. Sentyabrın 29-da tank atəşi nəticəsində Ukraynanın 7 hərbçisi həlak olub. Dünən isə separatçılar aeroporta növbəti hücumunun həyata keçirib və 7 döyüşçünü itirib.
Donetsk vilayəti dövlət administrasiyasının sədri Sergey Taruta isə iki gün əvvəl aeroportun digər ərazilərlə mübadiləsi barədə danışıqların getdiyini bildirib. "Donetskə bitişik ərazilərin Donetsk şəhər aeroportu ilə mübadiləsi barədə danışıqlar həqiqətən aparılır. Böyük ərazilərdən söhbət gedir. Təəssüf ki, bu danışıqlarda Novoazovskın mübadiləsi müzakirə edilmir. Şəhər hələ ki işğal altında qalacaq", - deyə Donetsk vilayət dövlət administrasiyasının sədri vurğulayıb.
Bundan əvvəl isə informasiyalar yayılmışdı ki, Ukrayna ordusu Donetsk aeroportunu 25 avqustda işğal edilmiş Novoazovsk şəhəri ilə mübadiləni etmək istəyir.
Putin Yanukoviçə
Rusiya
vətəndaşlığı verdi
Vladimir Putin əsl xidmət üçün Yanukoviç, Pşonke və Azarova gizli şəkildə Rusiya vətəndaşlığı verib. unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko "Facebook" səhifəsində yazıb.
Xatırladaq ki, keçmiş prezident Viktor Yanukoviç, Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Klyuyev, keçmiş baş prokuror Viktor Pşonke, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, sabiq baş nazir Nikolay Azarov və keçmiş gəlir və mənfəət naziri Aleksandr Klimenko ilə bağlı cinayət işi fevralın 25-də qaldırılıb. Keçmiş prezidentə və digərlərinə qəsdən adam öldürmək ittihamı irəli sürülüb. Onlar 2013-cü ilin noyabrından 2014-cü ilin fevralın 20-dək Kiyevdəki Azadlıq meydanında keçirilən etiraz aksiyalarının dağıdılmasına cəhd zamanı güc tətbiqində ittiham olunurlar.
İki gün əvvəl isə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko V.Yanukoviç, N.Azarov və A.Klimenkoya qarşı qaldırılan cinayət işlərində sübutedici bazanın toplandığını bildirib.
"Məsuliyyətlə deyirəm ki, adıçəkilən şəxslər barəsində sübutedici baza toplanılıb. Onların Ukraynaya qaytarılması və məhkəmə qarşısına çıxarılması üçün qanunvericiliyimizə uyğun olaraq birinci mərhələni keçdik", - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri deyib.
Ukrayna 2019-cu ildə AB-yə üzv ola bilər
Rumıniya Ukrayna və Moldovanı 2019-cu ildə Avropa Birliyinin üzvü kimi görmək istəyir. Bu sözləri Rumıniya baş naziri Viktor Ponto Ukrayna baş naziri Arseniy Yasenyuk və Moldova baş naziri Yuri Lyankeylə Kiyevdə keçirdiyi birgə brifinqdə deyib.
"Rumınıya 2019-cu ildə Avropa Birliyinə sədrlik edəcək. Çox istərdik ki, masanın arxasında bizimlə birlikdə Moldova və Ukrayna nümayəndələri də əyləşsin. Kiçik sərhəd hərəkəti haqqında razılaşma bu istiqamətdə ilk addım olmalıdır. Hər iki tərəfdən təxminən 2 milyon vətəndaş bu razılaşmadan istifadə edəcəklər. Buraya Ukraynadakı rumın və Rumıniyada Ukrayna azlığı daxildir", - deyə V.Pont bildirib.
Xatırladaq, Ukrayna Prezidenti Pyotr Poroşenko ölkəsinin Ukrayna 2020-ci ilə qədər Avropa Birliyinə üzv olmaq üçün sifarişi verəcəyini bəyan edib.
Dünən isə Ukrayna və Rumıniya yerli sərhəd hərəkəti haqqında razılaşmanı imzalayıb. Razılaşma iki ölkədəki rumun və ukraynalı azlıqların qarşı tərəfi sərbəst keçidini nəzərdə tutur.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53