Cəmil Həsənli ilə Əli Kərimlidən erməni şəbəkəsinə dəstək
12:03 09-10-2014
İQTİSADİYYAT
Cəmil Həsənli ilə Əli Kərimlidən erməni şəbəkəsinə dəstək
AXCP mitinqdə iştirak edənlərə pul verəcəyini artıq bəyan edib
Prezident seçkilərindən sonra tam iflic halına düşən Milli Şura yenidən hərəkətə gəlməyə çalışmaqdadır. Rusiyanın projesi olan Milli Şuranı Müsavat tərk edəndən sonra demək olar ki, bu qurumda AXCP və Cəmil Həsənlidən başqa kimsə qalmadı. Görünür bu səbəbdəndir ki, Milli Şuranın oktyabrın 12-ə təyin etdiyi mitinqə başqa partiyalar qatılmayacaq.
Belə ki, Milli Şuranın yaranmasında aktiv iştirak edən "EL" hərəkatının Təşkilat Komitəsinin sədri Eldar Namazov mitinqdə iştirak etməyəcəklərini deyib: "Biz digər siyasi qurumların işlərinə uğurlar arzulayırıq. Mitinq barədə də başqa qurumlar qərar verib. Ona görə də biz onların işlərinə uğurlar arzulayırıq. Özümüz isə yalnız qərarların qəbulundə iştirak etdiyimiz tədbirlərə qatılırıq". E.Namazov Milli Şuranı "başqa təşkilat" adlandırmasına aydınlıq gətirib: "EL-in bəzi üzvləri fərdi qaydada Milli Şurada qalıb. Nə Milli Şuranı yaradan da, nə də oradan çıxanda kollektiv qərar qəbul etmişik. Ona görə də bəzi üzvlərimiz fərdi qaydada orada qalır".KXCP Məclis sədri Bəybala Əbil deyib ki, MŞ üzvü olsalar da, mitinqə bağlı yığıncaqda iştirak etməyiblər. Müsavat partiyasının da bu aksiyaya qatılmayacağı artıq məlumdur. Maraqlıdır, Milli Şuranın təyin etdiyi mitinqə nədən heç bir partiya Milli Şuranın aksiyasında iştirak etmir? . Ekspertlərin də fikrinə görə partiyaların Milli Şuranın mitinqinə qatılmamasının başlıca bir neçə səbəbi var. İlk növbədə bunu qeyd edək ki, Milli Şuranın siyasi proseslərə təsir etmək imkanları yoxdur və faktiki olaraq bu qurum AXCP-in istifadə etdiyi bir dərnəyə çevrilib və bu səbəbdən heç bir partiya Milli Şuraya ciddi yanaşmır. Digər tərəfdən zamanında bu təşkilatın Rusiya tərəfindən yaradılmasına görə Avropadakı beyin mərkəzlərinin onlardan imtina etməsi reallığıda var və siyasi partiyalar bu səbəbdən Milli Şuraya bulaşmaq niyyətində deyillər. Nəhayət əsas məqam Milli Şuranın nəyə görə mitinq keçirtməsidir. Qeyd edək ki, mitinqin keçirilməsində əsas məqsəd Leyla Yunusu müdafiə etməkdir. Leyla Yunusun isə erməni şəbəkəsinə xidmət etdiyi, bir sıra jurnalisti və hüquq müdafiəçisini bu şəbəkəyə cəlb etdiyi tam aydınlaşıb. Və ortaya çıxan reallıq budur ki, hazırda Milli Şura, daha dəqiqliyi ilə desək Cəmil Həsənli və Əli Kərimli Avropadakı erməni lobbisinin sifarişini həyata keçirir. "Unikal"a daxil olan məlumata görə hətta AXCP mitinq iştirakçıları üçün maliyyə də ayırıb. Hər zaman maddi çətinlikdən şikayət edən AXCP rəhbərliyinin gözlənilmədən pul əldə etməsi də təsadüf deyil. Siyasi partiyalar isə bunu görür və bu səbəbdən də erməni şəbəkəsinin siyasi sifarişində iştirak etmək niyyətində deyillər. Bunu da qeyd edək ki, Leyla Yunusu hazırda istər ABŞ-da , istərsədə Avropada müdafiə edən qüvvələrin əksəriyyəti erməni lobbisinin təsir dairəsindədirlər. Onlarla Azərbaycandakı qüvvələri əlaqələndirən də jurnalist Xədicə İsmayıldır. Sonda bunu da yada salaq ki, bir neçə gün öncə Polşada toplantıların birində Azərbaycan nümayəndə heyətinin üzvü Dağlıq Qarabağla , Ermənistanın işğalçı siyasəti ilə bağlı çıxış edərkən Xədicə İsmayılda başda olmaqla bir neçə erməni etiraz əlaməti olaraq arxalarını çıxışçıya tərəf çevirmişdilər. Müşahidəçilərin fikrincə yaxın iki il ərzində erməni lobbisi Azərbaycanda nəzarətində olan qüvvələri maksimum dərəcədə aktivləşdirməyə çalışacaq, ölkədə siyasi gərginliyin yaranması üçün ciddi maliyyə ayıracaqlar. Hazırda Cəmil Həsənli ilə Əli Kərimli bu istiqamətdə ilk addımlarını atırlar.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53