YAP üzvü Əbülfəs Qarayevin rayon şöbəsi müdirindən niyə narazıdır?
12:05 09-10-2014
İQTİSADİYYAT
YAP üzvü Əbülfəs Qarayevin rayon şöbəsi müdirindən niyə narazıdır?
Mədəniyyət və Turizm Nazirliyi şikayətçiyə rəsmi cavab verdi
Göygöl rayon Üçtəpə kənd sakini, YAP üzvü, Mədəniyyət və Turizm Nazirliyi Göygöl rayon şöbəsinin sabiq işçisi Şahin Məmmədov şikayət məktubu ilə müraciət edib. Şikayətçi adıçəkilən qurumda baş verən korrupsiya hallarına göz yummadığı üçün işdən kənarlaşdırıldığını, bu da azmış kimi üstəlik məhkəməyə də verildiyini vurğulayıb (virtualaz.org).
Rüşvətxorluğa, dövlət büdcəsinin talanmasına qarşı çıxdığını deyən Ş.Məmmədov Göygöl rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın əməllərindən söhbət açıb.
Ş.Məmmədov 1984-cü ildə Göygöl rayonunda doğulduğunu, hazırda həmin rayonun Üçtəpə kəndində yaşadığını, ali məktəbi fərqlənmə diplomu ilə başa vurduğunu, hərbi xidmətdə zabit kimi qulluq etdiyini göstərib: "Göygöl rayon mədəniyyət və turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə öncə 5 avqust, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Müraciətimə əhəmiyyət verilmədi. Baş Prokurorluğa ünvanladığım müraciətlərlə bağlı belə cavab gəldi ki, baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi aparatına göndərilir, baxılıb cavab veriləcək.
Üç aydan artıq vaxt keçməsinə baxmayaraq Mədəniyyət və Turizm Nazirliyindən hələ də cavab gəlməyib. Əvəzində korrupsiya faktları barədə müraciətlər etdiyimə, dövlət büdcəsindən ayrılan vəsaitlərin bədxərcliklə xərcləyəndiyini bildirdiyimə görə Şərqiyyə Hümbətovanın heç bir qanuna əsaslanmayan, şər-böhtanla dolu təqdimatı əsasında 17 iyul, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə dövlət qulluğuma xitam verildi. Haqsız olaraq işdən çıxarıldığımı bildirmək üçün müxtəlif instansiyalara müraciət etdim".
Ş.Məmmədovun sözlərinə görə, barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət işi qaldırılıb: "Şərqiyyə Hümbətova məni birdəfəlik susdurmaq üçün məhkəmədə iddia qaldırıb. Hətta I qrup əlil olan atamı da eyni maddələrlə ittiham edir. Atamın ölkə başçısına etdiyi müraciət necə olubsa bu xanıma çatıb. Necə olur ki, Prezident Adminstrasiyasına göndərilən məktub Şərqiyyə Hümbətovanın əlinə keçir və həmin məktub əsasında məhkəmədə iddia qaldırır? Bunun bir cavabı var. Həmin məktub baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərilir, nazirlik isə baxıb ərizəçiyə cavab vermək əvəzinə məktubun surətini Şərqiyyə Hümbətovaya göndərir.
Şərqiyyə Hümbətova iddiasını bir şərtlə geri götürə biləcəyini deyir. Gərək mən onun barəsində etdiyim çıxışlarla bağlı təkzib verəm və işə bərpa olunmağımla bağlı verdiyim məhkəmə iddiasını geri götürəm. Yəni qaraya ağ deyim. Mən Göygöl rayon mədəniyyət və turizm şöbəsində olan korrupsiya faktları barədə müxtəlif dövlət orqanlarına müraciət edərkən dövlətimin bu müraciətlərə baxacağını, Şərqiyyə Hümbətovanın dövlət büdcəsinə vurduğu maddi ziyana görə cəzalandırılacağını düşünmüşəm. Şərqiyyə xanıma "gözünün üstə qaşın var" deyən olmadı. Dövlət mənafeyini müdafiə etdiyimə görə mən məsuliyyətə cəlb olunmaqla üz-üzə qaldım, başım ağrıdı.
Sanki bu xanımın xüsusi toxunulmazlıq hüququ var. Çox sadə, açıq-aydın şəkildə bildirirəm. 1 aprel 2013-cü il, 26 aprel 2013-cü il və 03 iyul 2013-cü il tarixli aktlarda büdcə vəsaitləri artıqlaması ilə bədxərcliklə istifadə olunub. Bu isə "Dövlət satınalamları haqqında" qanunun tələblərinə tamamilə ziddir. Həmin qanunun giriş hissəsində yazılır ki, dövlət büdcəsindən ayrılan vəsaitdən qənaətlə istifadə edilməlidir. Ayrılan vəsaitlərin bədxərcliklə xərclənməsi isə birbaşa korrupsiya hüquqpozmasıdır".
Səslənən bu ittihamlarla bağlı Göygöl rayon mədəniyyət və turizm şöbəsi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə Ş.Məmmədovun dediklərini iftira adlandırıb: "Şahin Məmmədov mütəmadi olaraq mətbuata şər və böhtan xarakterli məlumatlar ünvanlayır. Göygöl rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova isə barəsində yalan və əsassız məlumatlar yaydığına görə xüsusi ittiham qaydasında artıq məhkəməyə müraciət edib".
Aliyə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53