Keçmiş nazir müavinindən rəqiblərinə göz dağı
11:41 11-10-2014
İQTİSADİYYAT
Keçmiş nazir müavinindən rəqiblərinə göz dağı
Misir Mərdanovun sabiq rəqibi mövqelərini gücləndirir?
Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbi (BANM) magistratura proqramına başlayacaq. Magistraturaya qəbul planı, qəbul aparılacaq ixtisaslar üzrə yaxın zamanda məlumat veriləcək. Bunu BANM-nin rektoru Elmar Qasımov deyib.
Onun sözlərinə görə, növbəti tədris ilində həm də ali məktəbin kampusunun açılışı olacaq. Rektor işlərin əsas hissəsinin başa çatdığını bildirib: "Artıq tikinti və təmirlə bağlı əsas işlər yekunlaşıb. Növbəti tədris ilində açılış
gözlənilir. Kampus Bibiheybət məscidi yaxınlığında tikilib. Kampusda tələbə və müəllimlər üçün ödənişsiz yataqxana istifadəyə veriləcək. Həmçinin şəhərcik ərazisində uşaq bağçası da fəaliyyət göstərəcək. Bu da azyaşlı övladı olan müəllimlərin işini asanlaşdırmış olacaq. Kampus təxminən 30 ha ərazini əhatə edir. Kampus yaxınlığında neft buruqlarının yerləşməsi tələbələrin daha rahat təcrübə keçmək imkanı verəcək"
Kampus ərazisində inzibatı bina, hazırlıq proqramında oxuyanlar və sonrakı kurslar üçün ayrıca tədris korpusları tikilib. Həmçinin idman meydançası da hazırdır. Min nəfərlik konfrans zalı olacaq. Bu zal yalnız daxili tədbirlərə deyil, beynəlxalq tədbirlərə də ev sahibliyi etmək imkanına malik olacaq. Ərazi 5 min nəfərlik tələbənin təhsil alması nəzərdə tutulub.
Göründüyü kimi, Elmar Qasımovun rəhbərlik etdiyi ali təhsil müəssisəsi öz fəaliyyətini görünməmiş miqyasda genişləndirir. Xatırladaq ki, Qasımov vaxtilə təhsil nazirinin müavini olub və onun bu postdan "vurulması" sabiq təhsil naziri Misir Mərdanovla gizli ixtilafda olması ilə izah edilirdi. Bildirilirdi ki, BANM-nin direktoru Mərdanovun postuna iddia edir.
Elə bu səbəbdən də keçmiş təhsil nazirinin gözlənilməz şəkildə Elmar Qasımovun vəzifədən atılmasına nail olduğu vurğulanırdı.
BANM direktoru ARDNŞ prezidenti Rövnəq Abdullayevin himayəsinə sığındıqdan bir müddət sonra o, Ali Neft Məktəbinə direktor təyin edildi.
Bundan sonra Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayevlə də Elmar Qasımov arasında "soyuq küləklərin əsməyə" başladığına dair dövri mətbuatda çoxsaylı yazılar dərc edilməyə başlandı. Bildirilirdi ki, onların arasında narazılığına Azərbaycanda ali təhsilli neft-qaz kadrlarının yetişdirilməsi ilə məşğul olan ADNA mövcud olduğu halda eyni təmayüllü yeni ali məktəbin - BANM-nin yaradılması səbəb olub.
Ümumiyyətlə, Elmar Qasımovun gənc yaşda nazir müavini təyin edilməsindən sonra ona iqtidar daxilindəki bəzi dairələrdə mənfi münasibət formalaşıb. Qasımov nazir müavini postundan uzaqlaşdırılarkən onun bir daha hər hansı vəzifə tutacağı istisna edilirdi. Amma çox keçmədən keçmiş nazir müavini ARDNŞ-də post aldı, bir müddət sonra isə o, Rövnəq Abdullayevin yaratdığı ali məktəbin rəhbəri təyin edildi. BANM-nin ADNA-nı "kölgə"də buüraxmağa başlaması isə Elmar Qasımova qarşı neqativ münasibəti yenidən gücləndirdi.
Hazırda isə keçmiş nazir müavininin rəhbərlik etdiyi ali məktəbin imkanlarını get-gedə artırması onun həm də öz rəqiblərinə meydan oxuması kimi dəyərləndirilə bilər. Xüsusilə Mərdanovun vəzifə karyerasındakı geriləmə fonunda onun sabiq müavininin fəaliyyətini artan xətt üzrə davam etdirməsi Elmar Qasımovun sabiq təhsil nazirinə, eyni zamanda ixtilafda olduğu digər iqtidardaxili dairələrə gözdağı kimi qəbul oluna bilər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53