Məmur övladlarının bahalı "oyuncaqları" Bakıya gətirildi
11:04 15-10-2014
İQTİSADİYYAT
Məmur övladlarının bahalı "oyuncaqları" Bakıya gətirildi
2015-ci ilin 210 min dollarlıq "Porşe"lərinin potensial alıcıları bəllidir
Azərbaycanda bahalı və lüks avtomobillərə həvəsi olan məmur övladları üçün təzə xəbər var. Belə ki, Bakıda artıq 2015-ci ilin "Porşe" modelləri satışa çıxarılıb.
"Porşe" Bakı Mərkəzindən verilən məlumata görə, oktyabrın 1-dən etibarən müştərilərə 2015-ci ilin "Porşe Cayenne Turbo" və "Porşe Cayenne S" modelləri təqdim olunur.
Şirkətin satış meneceri Azad Quliyev bildirib ki, ilkin olaraq hər iki maşından 3 ədəd gətirilib. Bakıda yeni "Porşe Cayenne Turbo" 158-165 min manata, "Porşe Cayenne S" isə 105-110 min manata satılır.
Satış meneceri bildirib ki, "Porşe Cayenne Turbo 2015" əvvəlki modeldən təzə opisiyaları ilə fərqlənir: "Arxa oturacaqlarda soyutma sistemi quraşdırılıb. Qapılar daha da sakit örtülür". Bundan başqa, avtomobil 360 dərəcəlik görüntü verən 4 kamera ilə təhciz olunub: "Baqaj hissə içəridən də bağlana bilir. Sükan yenilənib. Oturacaqlar daha yumşaqdır". Artıq "Porşe Cayenne Turbo" ağ mirvari, gümüşü və qızılı rənglərdə də satışa çıxarılır. Yeni modellərin salonu isə boz və şabalıdı rəngdə təqdim olunur.
Azad Quliyev bildirib ki, bu avtomobillərdə sürət həddinin yüksək olsa da, ölkədə avtomobili həmin sürətlə idarə etmək üçün yolların olmadığını bildirib. Amma menecerin sözlərinə müştəriləri sürətlə yanaşı avtomobilin təhlükəsizliyi də maraqlandırır: "Sürətdən əlavə əsas məsələ avtomobilin kefiyyətli və təhlükəsiz olmasıdır. Alıcılar sürət amilindən daha çox bunları nəzərə alır".
A.Quliyev artıq noyabr ayında "Porşe Cayman Cities", gələn il isə "911 Cities" modellərinin Bakıya gətiriləyəciyini bildirib. Əvvəlki "Porşe Cayenne" modellərində qiymətin 2015-ci ilin iyun ayına qədər dəyişməyəcəyini deyən satış meneceri bunu yeni "Porşe Cayenne"-nin həmin dövrdə satışa çıxarılacağı ilə əlaqələndirib.
Satılan avtomobillər sığortalanır. A.Quliyev bununla bağlı "Atəşgah", "Meqa sığorta", "Qarant sığorta", "AXA MBASK" sığorta şirkətləri ilə əməkdaşlıq etdiklərini deyib. Satış qiymətlərini nəzərə alanda, bu avtomobillərin illik kasko sığorta haqqı 3150-4950 manat arasında dəyişir.
Müşahidələr göstərir ki, Azərbaycanda ən son istehsal olan və qiyməti bir neçə yüz min dollarla ölçülən avtomobilə adətən müəyyən məmurların və imkanlı şəxslərin övladları maraq göstərir. Onların belə bahalı "oyuncaqlara" aludəçiliyi mətbuatdan da hamımıza bəllidir. Bəzi məmur övladları sadə vətəndaşlar üçün əlçatmaz olan qiymətlərə aldıqları həmin lüks avtomobilləri hətta sosial şəbəkələrdə nümayiş etdirməkdən də çəkinmirlər.
Baxmayaraq ki, bu, əksəriyyəti yoxsulluq həddində yaşapyan ölkə əhalisində haqlı etiraz və suallar yaradır. Məsələn, hər hansı vəzifəli şəxs ən yaxşı halda 1000-2000 manat maaş aldığı halda onun övladının 200 min dollar və daha yüksək məbləğə alınmış avtomobillərdə necə şütüdüyü çoxlarını düşündürür.
Amma bütün bu narazılıqlara və suallara rəğmən məmur övladlarının bahalı avtomobillərə marağı, onları öz sosial şəbəkə ünvanlarından hər kəsə sərgiləməsi, sanki sadə vətəndaşlara yanmışlıq verməsi azalmır ki, artır. Elə yəqin çox keçməyəcək, belə vəzifəli şəxslərin uşaqlarının Bakıya gətirilən yeni və bahalı "Porşe"lərlə şəkillərini də görə biləcəyik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53