Siyasi maarifləndirmə və insanafobiya
12:50 17-10-2014
SİYASƏT
Siyasi maarifləndirmə və insanafobiya
Toplumun genetikası çox önəm daşıyır
Ötən buraxılışlarımızda bildirmişdik ki, insan haqlarının qorunması, hüquqların tanıdılması olmasa normal cəmiyyətdən danışmaq olmaz. Bunu da göstərmişdik ki, siyasi maarifləndirmə bir toplumun ətraf mühitə adaptasiyasına bir başa təsir edən amildir. Nümunə olaraq isə Ermənistanı misal çəkərək bu ölkədə normal cəmiyyətin olmamasını bununla əlaqələndirmişdik.
Amma indi bizi bir sual düşündürür siyasi maarifləndirməsi, insan haqlarının mahiyyətini bilməyən və başqa ölkədə yaşayan toplumda hansı proseslər baş verir? Bu səbəbdən də araşdırmamızı Türkiyədə yaşayan ermənilərin üzərində qurmuşduq və ötən sayımızda bunun tarixi keçmişini aydınlaşdırmışdıq. İndi isə Türkiyədə ermənilərin aqressivləşməməsinin(əslində bu gizlədilir) səbəbinə baxaq.
Əslində diqqətlə yanaşsaq Türkiyədəki aqressiv erməni təbəqəsinin aktivləşməsinə heç ehtiyac da yox idi. Çünki erməni "soyqırımı" problemi yaradılmış, Türkiyəyə ərazi iddiası rəsmi Ermənistan tərəfindən ortaya qoyulmuşdu. Burda incə bir məqam da budur ki, aqressiv erməni təbəqəsinin ortaya qoyacağı iddianı Ermənistan rəsmən bəyan edirdi və bir növ artıq onları dövlətin özü əvəzləyirdi. Bunu da qeyd edək ki, yaşanan bu proseslər nəticəsində Türkiyə ermənilərində xalqçılıq prinsipi daha qabarıq görünür. Amma Türkiyədə erməni jurnalist Qrand Dinkin ölümündən sonra on minlərlə erməninin meydanlara axışaraq "Həpimiz erməniyiz" deməsi faktı da var və buna əsaslanaraq demək olar ki, Türkiyə ermənilərinin hazırkı psixoloji sistemini tam izahlamaq çətindir. Amma müəyyən keyfiyyətləri nəzərə alsaq görərik ki, Ermənistan ermənilərindən fərqli olaraq Türkiyə erməniləri daha çox Fleqmatik insanlar tipinə aid oluna bilərlər. Bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara "yerəbaxan" deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Həmçinin bu insanları tez tanımaq mümkün deyil. Beləliklə çıxaracağımız nəticə budur
- Türkiyə erməniləri (müəyyən qruplaşmaları çıxmaq şərti ilə) xalqçılığa daha çox meyillidirlər
- Erməni "soyqırımı", torpaq iddiaları kimi gərəksiz iddiaları, gündəlik yaşam şərtlərindən aşağıda görürlər
- Sivil cəmiyyət şərtlərinə uyğun olaraq fərd prinsiplərini kütlə psixologiyasından üstün tuturlar
Amma bir nüans da var ki, mövcud psixoloji formaya baxanda hesab etmək olar ki, Türkiyədə nə zamansa PKK problemi ortadan qaldırılarsa süni şəkildə erməni problemi yenidən ortaya çıxarılacaq və bu kifayət qədər gərgin mühit yaradacaq. Nəyə görə? Gəlin çox maraqlı bir detala baxaq; türk-erməni gərginliyinin, erməni toplumunda türklüyə məxsusi nifərtin kökündə nə dayanır? İddia olunacaq ki, erməni "soyqırım"ı. Amma bir məsələ var, hətta iddia olunan düzdürsə onda hansı səbəbdən soyqırım olmalıydıkı? Və bu suala cavab vermək sadəcə mümkün deyil. Çünki ermənilər Osmanlı zamanında kifayət qədər nüfuz sahibi olublar və imperiyanın sakinləri arasında hər hansı fərq olmayıb. Türkiyənin yaranmasının ilk anlarında da hər hansı bir məhdudiyyətin şahidi olmuruq. Belə olan halda əsas səbəb kimi aşağıdakını göstərmək olar. Erməni toplumu zaman-zaman yaşayış məkanlarını dəyişdiklərindən, yerli mühitə adabtasiyada problemlər yaşadıqlarından psixoloji durumlarında sabitlik olmayıb. Bu sabitliyin olmamasından isə Osmanlı zamanında iki qüvvə ciddi şəkildə yararlanmağa müvəffəq oldu.
1. İstanbulun fəthindən sonra dini inancının qaynağı Roma-yunan kilsəsi olan yunanlar , onlara kifayət qədər doğma olan erməni kilsəsinin vasitəsi ilə İstanbul intiqamını daha güclü şəkildə almağa çalışdılar. Bunun üçün isə bir tərəfdən stabil psixoloji halda olmayan və Osmanlı ərazisində yaşayan ermənilərdən istifadəyə qalxdılar və nəticə göz qabağındadır. Bunu da qeyd edək ki, erməni toplumu yuxarıda göstərdiyimiz səbəbdən kilsəni özlərinə daha çox dayaq hesab ediblər və bu günkü istifadə göz önündədir.
2. Regionda türklərin hər zaman domenantlıq etməsi , mühitə adabtasiya ola bilməyən xırda toplumlarda daxili bir kompleks yaradıb və bu kompleksli toplumdan dünyanın hər bir yerində nəhəng güclər istifadə etməyə çalışıb. O cümlədən Osmanılıda da. Və bu gün həmən problem yaşanır.
Amma bunu da qeyd edək ki, hazırkı mərhələdə Türkiyə erməniləri ilə, Ermənistan ermənilərinin dinə, daha doğrusu kilsəyə yanaşmalarında böyük fərq var. Kütlə psixologiyası ilə idarə olunan Ermənistan erməniləri üçün əsas KİLSƏdir, Türkiyə erməniləri üçün isə əsas DİNdir. Məhz Ermənistan erməniləri kilsəni dindən öndə tutduqları üçün mifologiyaya meyillənir və reallıq hisslərini itirirlər.Bu mövzunun yekunu ilə bağlı bunu da qeyd edək ki, Ermənistan erməniləri, Türkiyə ermənilərinə sovetlər birliyi zamanı türk tapdağında qalan bir təbəqə kimi yanaşırdılarsa, hazırda Türkiyə erməniləri onlar üçün daha münbit şəraitdə yaşayan təbəqəyə çevrilib. Nəticədə nə baş verir. İçində süni şəkildə formalaşan nifrəti arxa plana keçirtməklə Türkiyəyə köç edirlər. Təxmini statistik rəqəmlərə görə hazırda Türkiyədə qeyri-qanuni şəkildə 30 mindən çox erməni yaşayır. Bunu da qeyd edək ki, Türkiyə ermənilərinin Ermənistan və digər bölgələrdə yaşayan ermənilərdən fərqlənməsinin başqa psixoloji məqamıda var. Belə ki, Türkiyə ermənilərinə türk psixologiyası köklü təsir edib,digər tərəfdən isə türk psixologiyasını daha dərindən mənimsədikləri üçün lazımi anda lazımi addımı ata bilirlər. Məsələn, türkün ətraf mühitə bir etibarı və onların assimlyasiya olmasına maraqlı görünməmələri kimi psixoloji durumları var. Bu isə nəticədə bir tərəfdən türklərin digər toplumlarla qaynayıb-qarışmasına səbəb olur, digər tərəfdən isə xoş rəftar görən toplu özünü cəmiyyətin tərkib hissəsi olmaqla yanaşı, həmdə aktiv təbəqəsi hesab edir. Amma türk toplumu ilə bərabər yaşayan toplumlara kənar təsirlər də varsa bu həmin təbəqədə ikiləşmə problemini ortaya çıxarır. Məsələn, Türkiyədə yaşayan Armen və ya Arsen cəmiyyətdə nüfuz sahibidir, qarşısında heç bir maneə görmür və özü ilə Osman arasında hər hansı fərqi yaşamır. Belə olan halda Arsenin Türkiyəni sevməsində, türkə birgə yaşadığı millət kimi baxmasında heç bir psixoloji gərginlik yaşanmır. Amma Arsen üzərində kilsə, erməni lobbisi və Ermənistan təsiri də var.Bu isə o deməkdir ki, Arsen erməni "soyqırımı"nı inkar edə bilməz, böyük Ermənistanı özünün strateji vəzifəsi kimi qəbul etməlidir. Hətta qəbul etməsə belə, bu mövzuda passivliyi ilə seçilməlidir. Nəticədə nə baş verir? Arsen özlüyündə Arsen-1 və Arsen-2 şəxsiyyətini yaşadır. Bu isə o deməkdir ki, Arsen tam ətraf mühitin diqtəsi ilə hərəkət etməyə məhkumdur və basqı hansı tərəfdən çox olarsa o istiqamətə meyillənməyə meyilli olacaq. Deməli artıq Arsen özlüyündə şəxsiyyət kompleksi yaşamalıdır. Həmçinin şəxsiyyətin sosiallaşması kifayət qədər mürəkkəbləşir ki, buna görə asanlıqla özünə hədəf seçməyə çalışır. Və təsəvvür edin ki, Arsen bu halı uşaqlıqdan yaşayır və deməli onda Bodreline şəxsiyyət tipi formalaşır. Bu isə o deməkdir ki, Arsen yeniyetməlikdə başlayan şəxslərarası əlaqələrdə,mənlik imicində itirmə qorxusu yaşayır.Belə olan halda tamam başqa bir nüansa da toxunaq. Yuxarıda bildirmişdik ki, müxtəlif səbəblərdən xarakterində ziddiyətlər olan Türkiyə ermənilərində həm xalqçılıq var, həm də ikiləşmə. Başqa bir nüans isə onların yaşam tərzi ilə bağlıdır. Adi hallarda Türkiyə erməniləri cəmiyyətin tərkib hissəsi, aktiv zümrəsi kimi görünməyə həvəslidirlər və buna bəzən naildə olurlar.Beləliklə çıxarılan nəticə budur ki, bir toplumun üzvlərinin harada yaşaması önəmli deyil. Əsas məsələ bu toplumun genetikasında insan haqlarına və hüquqlarına olan yanaşma və bundan irəli gələn siyasi maarifləndirmədir. Gördüyünüz kimi erməni toplumunun nümayəndələrinin də istər ABŞ-da, İstər Avropada, istərsə də Türkiyədə yaşamasının heç bir önəmi yoxdur. Çünki bu toplu insan faktoruna yanaşmada qıcıqlıq nümayiş etdirir və insanafobiya həddindən artıq inkişaf edib.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35