Amerikadan Putin haqqında yeni və sərt ittihamlar
Zbiqnev Bjezinski: "Onun "fanatik
şovinizm"i yalnız Qərb dövlətlərini deyil, həm də Rusiyanın özünü hədələyir "
"Qərbə Ukrayna üçün vuruşmaq lazım olmayacaq, çünki müharibə olmayacaq". Bu sözləri ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi və məşhur politoloq Sbiqnev Bjezinski deyib.
"Gözləməyin ki, Qərb sizin üçün mübarizə aparacaq. Siz bunu anlamalısınız", - deyə Bjezinski bildirib. Amerikalı politoloq qeyd edib ki, Ukrayna Avropa ölkəsi olmaq haqqını sübut etməlidir.
Ekspert hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin "fanatik şovinizm"i yalnız Qərb dövlətlərini deyil, həm də Rusiyanın özünü hədələyir.
Amerikalı diplomat: "Putin qarşıdakı iki ildə postsovet məkanını
almaq cəhdlərini gücləndirəcək"
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanı "zəif lider" kimi qiymətləndirir və artıq öz maraqları üçün ondan dəfələrlə istifadə edib. ABŞ-ın "The Hill" nəşrinin verdiyi məlumata görə, bu barədə ABŞ-ın BMT-dəki keçmiş səfəri Con Bolton bildirib.
"Mən çox narahatam ki, ABŞ prezidenti Obama hələ iki il prezident postunda qalacaq. Bu müddətdə Vladimir Putin Ukrayna və digər keçmiş postsovet respublikaları Obamadan almaq cəhdlərini ikiqat artıracaq", - deyə C.Bolton "Nyu-York" radiostansiyasının "The Cats Roundtable-ı 970 AM" proqramına müsahibəsində vurğulayıb.
ABŞ-ın BMT-dəki keçmiş səfiri hesab edir ki, Obamanın qarşıdakı iki illik prezidentliyi dövründə də Avropa təhlükəli dövrü yaşamağa məcbur olacaq. Onun sözlərinə görə, ABŞ prezidenti Avropaya diqqət yetirməkdən artıq imtina edib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın B.Obama ilə sıx münasibətlərini də tənqid edib: "Türkiyə uzun illər ikili oyun oynayıb. Ərdoğanın hökuməti radikallara Suriyaya sızmağa icazə verdi. Ağ Ev isə Türkiyə prezidenti Ərdoğanı xarici liderlər arasında Obamanın ən yaxın dostu adlandırdı. Bu bizə yaxşı heç nə gətirməyəcək".
Lavrovdan "soyuq müharibə" şərhi
"Moskva və Vaşinqton arasındakı hazırkı münasibətlərin yeni "soyuq müharibə" hesab edilməsinin tərəfdarı deyiləm". RİA xəbər agentliyinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov "Vətəndaş universiteti" layihəsi çərçivəsində çıxışında deyib.
"Bu, əlbəttə, "soyuq müharibə deyil", - deyə Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.
ABŞ və Rusiya arasındakı münasibətlərin hansı formada adlandırılmasına gəlincə, S.Lavrov qeyd edib ki, bu işi tarixçilərin öhdəsinə buraxmaq lazımdır: "Yəqin ki, dərsliklər nə vaxtsa bu dövrü hansısa parlaq bir terminlə xarakterizə edəcək".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50