"Gürcüstanın Azərbaycana münasibətdə yürütdüyü siyasət riyakar siyasətdir"
11:23 21-10-2014
SİYASƏT
"Gürcüstanın Azərbaycana münasibətdə yürütdüyü siyasət riyakar siyasətdir"
Qüdrət Həsənquliyev: "Belə davam edəcəyi təqdirdə biz Avropa Parlamenti ilə münasibətlərimizə yenidən baxa bilərik"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev
AVRONEST PA-nın iclasında iştirak etməsi ilə bağlı açıqlama verərək bildirib ki, orda müzakirə olunan əsas məsələ AVRONEST Parlament Assambleyasının növbəti sessiyasının keçirilməsi ilə bağlı idi. Onu da deyim ki, bu sessiyanın Ermənistanda keçirilməsi nəzərdə tutulur.
Bununla bağlı çıxışımda qeyd etdim ki, Azərbaycan nümayəndə heyəti AVRONEST PA-nın PA-nın Ermənistanda keçirilən sessiyasının işinə qatılmayacaq. Ona görə ki, Ukraynanın Donesk və Luqansk vilayətlərində baş verən hadisələrlə bağlı, eləcə də Krımın ilhaqından sonra biz Qərbin hansı mövqeni nümayiş etdirdiyinin şahidi olduq. Bu reaksiyanın da bizim üçün yetərli olmadığını diqqətə çatdırdım və qeyd etdim ki, Ukraynanın ərazi bütövlüyünə qarant duran dövlətlərin vaxtında və daha sərt reaksiya verəcəklərini gözləyirdik. Baş verən hadisələr müstəvində növbəti dəfə özünü çox qabarıq şəkildə büruzə verən ikili standartların şahidi olduq. Biz Ukraynada baş verən hadisələrlə bağlı Qərbin reaksiyanı yetərli saymasaq da, ancaq konkret tədbirlərin, Rusiyaya qarşı sanksiyaların tətbiqinin şahidi olduq. Belə olduğu təqdirdə, sual olunur - hansı səbəbdən Azərbaycan torpaqlarının 20 faizini işğal edən və bu ərazilərdə etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı sanksiyalar tətbiq olunmur? Halbiki ruslar Krımda etnik təmizləmə aparmayıblar. Ermənilər isə nəinki Azərbaycan torpaqlarını işğal ediblər, hətta bu ərazilərdə kütləvi qırğınlar törədiblər. Buna görə də Azərbaycan xalqı haqlı olaraq Azərbaycan hökumətindən və siyasi partiyalardan tələb edir ki, beynəlxalq təşkilatlarda ölkənin maraqları daha sərt və daha kəskin şəkildə qorunsun. Bu səbəbdən Ukrayna hadisələrindən sonra Azərbaycandakı vəziyyət tamamilə dəyişib. Azərbaycanı təmsil edən şəxslər, qurumlar xalqın tələbini nəzərə alıb bu problemləri lazım olan səviyyədə qaldıran kimi siz də müxtəlif məsələləri bəhanə gətirib ölkəmizə qarşı təzyiq kampaniyasına başlayırsınız. Bu isə Azərbaycan üçün qəbulolunmazdır. Sizin ikili standartlar siyasətiniz məcbur edəcək ki, Azərbaycan özünün Avropa Parlamenti ilə əməkdaşlıq məsələlərinə yenidən baxsın. Ermənistan nümayəndə heyətini göstərərək bildirdim ki, siz bunlara sanksiya tətbiq etmək əvəzinə, əksinə Ermənistanda AVRONEST PA-nın plenar iclasını keçirmək istəyirsiniz. Mən Qarabağın işğalından danışanda Tarasyuk məsələni belə qoymuşdu və həm də bizi qınamışdı ki, Azərbaycan tərəfi AVRONEST PA-nın plenar iclasının ölkəmizdə keçirilməsinə razılıq verəndə, həm də gələcəkdə belə bir sessiyanın Ermənistanda keçirilməsinə də razılıq verib. Onların diqqətinə çatdırdım ki, mən öz çıxışımın əvvəlində burada bu tipli bəyanatların veriləcəyini bilirdim. Ona görə də Ukrayna torpaqlarının işğalından sonra Azərbaycanda şəraitin dəyişdiyini xüsusi olaraq vurğuladım. Məhz bu səbəbdəb biz bu gün Qərbdən tələb edirik ki, ikili standartlar siyasətinə son qoysunlar, Ermənistana işğalçı dövlət kimi sanksiyalar tətbiq etsinlər. Biz bunu tələb edirik, siz isə deyirsiniz gedək Ermənistanda AVRONEST PA-nın plenar iclasını keçirək... Bu ölkə bizim ərazilərimizi işğal edib, başqa bir dövlətin ərazi bütövlüyünün əleyhinə səs verib, Avropa Birliyi ilə assosiativ sazişlə bağlı uzunmüddətli danışıqlar apararaq onları aldadıb, sonradan gedib Avrasiya İqtisadi İttifaqına qoşulub. Bütün bunlarda isə Ermənistanın yeganə məqsədi bölgədə status-kvonu qoruyub saxlamaq və işğalçı siyasətə dəstək qazanmaqdır. Avropa Parlamentinin Azərbaycana olan təzyiqləinə gəldikdə isə mən onları kəskin şəkildə qınadım. Dedim ki, nə zaman biz Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edirik, siz dərhal Azərbaycana qarşı təzyiq kampaniyasına başlayırsınız. İndi Avropa Parlamenti qərar qəbul edib ki. əgər Azərbaycanda həbsdə olan 5-6 nəfər azadlığa buraxılmasa Avropa İttifaqı ölkəmizə yardımlarını dayandırsın. Yəni, Azərbaycana qarşı tətbiq olunsun. Sual etdim ki, 5-6 adamı həbsdə saxlamaq - hətta onlar bəzilərinin iddia etdiyi kimi
qanunsuz həbs olunsalar da belə - ağır cinayətdi, yoxsa bir milyon insanı ev-eşiyindən didərgin salmaq? Avropa Parlamentindən olan heç bir büro üzvü nə müsbət, nə də mənfi mənada səsləndırdiyim iradlara reaksiya vermədi. Amma Tarasyukdan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini açıqlamağı tələb edəndən sonra, o, bildirdi ki, Ukrayna Qarabağın işğal olunmasını vaxtilə bəyan edib və onlar indi də bu mövqedədirlər. Amma Ermənistanın hərəkətlərinin pislənilməsi barədə qərarın qəbulu, yaxud plenar iclasın Ermənistanda keçirilməsindən imtina olunması barədə hə hansı bir fikir bildirmədi. Ən çox narahatlıq doğuran Gürcüstan nümayəndələrinin mövqeydir. Gürcü təmsilçilər hər zaman kluarlarda bizə tamamilə başqa sözlər deyirlər, əminəm ki, ermənilərlə görüşəndə də tamamilə başqa fikirlər səsləndidirlər. Yeri gələndə, imkan yarananda da Ermənistanı müdafiə edirlər. Bu ölkənin Azərbaycana münasibətdə yürütdüyü siyasət qeyri-səmimi və riyakar siyasətdir. Baxmayaraq ki, Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır, amma mən hər zaman demişəm və bu gün də deyirəm ki, Ermənistan nümayəndə heyəti ilə görüşlərdə Gürcüstan təmsilçiləri onlara elə "pişiklənirlər" ki, sanki mövcudluqları Azərbaycandan yox, Ermənistandan asılıdır.
Fuad
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53