Azərbaycanda dəhşətli bəla
11:41 22-10-2014
İQTİSADİYYAT
Azərbaycanda dəhşətli bəla
Zorlama, intihar və günün reallığı
" Şabranda görünməmiş hadisə baş verib. 21 yaşlı gəlin ailəli kişiyə qoşularaq qaçıb. Biabırçı hadisə Uzunboyad kəndində qeydə alınıb. Bu kənddə yaşayan, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşuluqda yaşayan Rəşad Məmmədovun 21 yaşlı həyat yoldaşı Gülər Məmmədovanı qaçırıb.Kənd sakinləri bu biabırçı hadisədən şoka düşdüklərini bildiriblər. Uzunboyad kənd sakinlərinin sözlərinə görə, evli olan, bir-birinə qoşulub qaçan İlham Atayevlə Gülər Məmmədova əslən bu kənddən deyillər. Sumqayıt sakini İlham Atayev bir müddət əvvəl, bu kənddən evlənib. Siyəzəndən olan Gülər isə Uzunboyad kəndinə - Məmmədovlar ailəsinə gəlin köçüb. Məlumat üçün bildirək ki, qoşulub qaçan cütlüyün hərəsinin 2 uşağı var.
İlham Atayevin qaçırdığı xanımdan təxminən 10-15 yaş böyük olduğu bildirilir". Son günlərin ən çoc dartışılan mövzusuda məhz budur. Yəqin ki, dartışılmağınada ehtiyac var. Amma bununla paralel olaraq demək olar ki, hər həftə zorlama, intihar və maşın qəzalarının sayı günbə-gün artır. Bütün bunları cəmləşdirərək, gəlin Azərbaycan cəmiyyətinin bu günkü psixoloji durumunu təhlil edək.
Azərbaycan toplumu hansı insan tipinə keçid edir?
Bu gün cəmiyyətdə baş verən bu tip xoşagəlməz olaylar sözsüz ki, ilk növbədə psixoloji pozuntularla, sarsıntılarla bir başa bağlıdır. Bu bağlılığın ilk işartısı isə insanlarda kütləvi şəkildə şəxsiyyətikiləşməsinin baş verməsi ilə müşahidə olunur. Reallıqla barışa bilməyən özü ilə və xəyalında yaratdığı başqa bir özü arasında savaş dərinləşir və nəticədə xəyalında yaratdığı özü qalib hesab edilir. Götürək elə Şabranda ailəli bir qadının başqa birinə qoşularaq qaçması faktına. Bu nədən baş verə bilərdi?
1. Həyat yoldaşı onun fizoloji tələbatına cavab verə bilmir və evdə daima müşahidə olunan bir gərginlik mövcuddur
2. Qadın xəyalında daha xoş bir həyata haqq etdiyini düşünür və bu xoşbəxtliyi qonşu kişi ilə yaşamaqda görür
3. Xəyalında yaratdığı özünü tapmaq üçün panik gərginlik atmosferində belə bir addım atır və burda şizoidlik elementləri daha çox hiss olunur.
Məhz bu səbəblər bu qadını belə addım atmağa təhrik edib. Bunu da qeyd edək ki, qısa müddətdən sonra həmən qadın qoşulub qaçdığı kişidən imntina edərək ata evinə qayıdır. Bu isə sübut edir ki, qadın məhz üçüncü səbəbə görə ailəsinə xəyanət edib. Çünki bir və ikinci səbəb olardısa bütün qınaqlara baxmayaraq yoluna davam edərdi.
İnformasiya bolluğu
Qeyd edək ki, üçüncü səbəb yəni panik gərginlik atmosferində və şizoidik elementlərlə zəngin addımın atılmasının ilk şərtləri, informasiya bolluğu və bu informasiyaları həzm etməyə şüur gücünün çatmamasıdır. Bu gün intihar və zorlama hallarının həddindən artıq çox artmasınında başlıca səbəblərindən biri məhz budur. Gəlin elementar misalllara baxaq. Bir müddət öncə bir Qarabağ əlili özünü yandıraraq intihar etdi. Bu intihardan sonra 6-dan çox şəxsdə məhz özünü yandırmaqla intihara cəhd etdi. Burada aydın olur ki, panik gərginlik bəzi məqamlarda şüurlu şəkildə artırılır və panik ataq hıəddinə çatdırılaraq intiharla sonunclanır. Burada həm də aydın şəkildə görünür ki, toplu informasiya bolluğuna eyni reaksiya verir və kütlə psixologiyası tam hökümranlıq edir. Bütün bunlar isə sübut edir ki, bu gün Azərbaycan cəmiyyətində insanlar melonxolik insan tipinə kütləvi keçid ediblər və atılan addımların əksəriyyəti sadəcə olaraq müvəqqəti barışmamazlıqdır. Məsələn, Şabrandakı qadın qonşu kişiyə qoşularaq ailəsini tərk edir. Həmən an qadında bir inam və yeni mühit xəyalı üstünlük təşkil edir. Amma iki gündən sonra heç nəyin dəyişməyəcəyi, əslində daha çox bataqlığa düşmə hissi güclənir. Hətta o mübarizə aparıb bəlkədə istəyinə nail ola bilərdi. Amma insan tipi melonxoliklik olduğundan bu sadəcə mümkünsüzdür və çox böyük ehtimal ki, bu prosesin sonu hətta intiharlada tamamlana bilər. Bunun üçün onun düşdüyü hazırkı mühit həlledici rol oynayacaq. Qeyd edək ki, ölkədə intihar hallarının artmasına təsir edən amildə məhz budur.
Seksual pozuntu və
vizual görüntü
Bu gün cəmiyyətdə artan ciddi bəlalardan biri də zorlama hallarıdır. Sözsüz ki, zorlama hallarının artmasına yuxarıdakı səbəblər təsir edir. Amma ortada başqa bir faktorda var. Bu isə informasiya bolluğundan, mühitdən və bir sıra sosial məsələlərdən yaranan seksual pozuntudur. Hazırda seksual tərbiyyədən tutmuş, hormonal dəyişikliyə qədər ciddi problemlər yaşanır və buda xoşagəlməz nəticələr yaradır. Bu gün sosial şəbəkələrdə aktivlik göstərən 16-25 yaşlı qızların böyük əksəriyyəti vaxtından əvvəl və normal tərbiyyədən kənarda seksual inkişafa qədəm qoyub, bu yaş həddində olan oğlanlarda isə küt bir passivlik müşahidə olunur. Nəticədə sosial şəbəkələrdə aktiv virtual dünyaya düşən bu yaş hədli qızlar sadəcə olaraq ova çevrilirlər. Nəticə isə göz qabağındadır. Bütün bunlar isə təsdiqləyir ki, hazırda cəmiyyətəd alman psixiatrı A.E.Liçkonun müəyyənləşdirdiyi bu xarakter aksentuasiyası tipləri aktivdir:
- Tsikloid tip - əhvalları əsasən xarici şəraitlə bağlıdır, əhvalı yaxşı olanda zarafatcıl olurlar, pis olanda isə dostlarından və yoldaşlarından qaçır və tənbəl olurlar.
- Labil tip - əhvalları həddən artıq tez-tez dəyişir və onun ünsiyyəti, iş qabiliyyəti, iştahı da bundan asılı olaraq dəyişir.
- Astenonevrotik tip - tez yorulur, bir şey olmamış tez həyəcanlanır, ruh düşgünlüyü olur.
- Sensitiv tip - çox həssas, utancaq, qorxaq, cəsarətsizdirlər.
- Psixoastenik tip - həmişə nədənsə ehtiyat edirlər, şübhələnirlər, qorxurlar, həyəcanlanırlar.
- Şizoid tip - adamlardan qaçırlar, qaradinməzdirlər.
- Epileptoid tip - özlərini idarə edə bilmirlər, heç nədən dava salırlar, uzun müddət özlərinə gələ bilmirlər, hövsələsizdirlər.
- İsteroid tip - yerli-yersiz danışırlar, yalan danışırlar, şöhrətpərəstdirlər, özlərini yalandan xəstəliyə vururlar..
Komplekslərin
sistemləşməsi
Bu gün cəmiyyətdə baş verənlərin analizini aparanda ortaya başqa maraqlı bir nüansda çıxır. Bu isə komplekslərin sistemləşməsi və bu komplekslərdən qurtulmaq üçün şəxsiyyətdən imtina halları belə müşahidə olunur. Çünki özünü hər zaman cəmiyyətdə gərəksiz və qüsurlu hesab edir və buna görə qarşıdakının hətta təhqiredici təklifi belə onun üçün ideal təklif kimi qəbul olunur və onun icrasına can-başla əməl edir. Son iki il ərzində çox təssüfləndirici bir halda yaşanmaqdadır. Belə ki, Azərbaycana gələn əcnəbilər özlərindən qat-qat aşağı yaş həddə olan qızları az qala əsir kimi yanlarında saxlayır, seksual zorakılığa məruz qoyurlar, qarşı tərəf isə özünü bundan zöv qalan tip kimi göstərməyə çalışır. Bunun isə qaynağında duran səbəb .
Borderline şəxsiyyət pozğunluğunun tam təsdiqidir.Borderline şəxsiyyət pozğunluğu isə ilk uşaqlıq dövründə qeyri-kafi maraq,dəstək və intizamın olması ya da həddindən artıq yoxlamalar səbəbiylə fərdiləşmənin təməl güvən və muxtariyyət duyğusunun maneə törədilməsi,mənlik sərhədlərinin kifayət qədər müəyyən edilə bilinməməsi kimi səbəblərdən ötəri ortaya çıxır.Nəticədə bu prinsiplə böyüyən kəs sabah həyatda bir natamamlıq yaşamağa borcludur və informasiya bolluğu olan məkanda bu kompleks özünü aşağılamaqla müşahidə olunur. Çünki Borderline tiplərin başlıca xüsusiyyəti,yeniyetməlikdə başlayan şəxslərarası əlaqələrdə,mənlik imicində və affektində ziddiyət və diqqətə çarpan impulsivlik və həddindən artıq itirmə qorxusudur.
Tərbiyyəçi ünvanı
Bu gün cəmiyyətdə baş verən deqradasiyanın köklü səbəblərindən biri də tərbiyyəverici ünvanların zənginliyi və genetik kodlardan uzaqlaşmasıdır. Söhbət televiziyaların insan psixoogiyasına təsirindən gedir. Bu gün diqqət yetirsəniz görərsiniz ki, ən reytinqli verlişlər zorlama, intihar, aldatma və s kimi mövzulara həsr olunmuş verlişlərdir. Cəmiyyət həqiqətənmi bu cür hallara tamarzıdır və bir ehtiyac hiss edir? . Çox qəribə olsada bu suala "hə" cavabı verməyə məcburuq. Nədən? .Ona görə ki, bu gün cəmiyyətdə proseslərə yanaşmada bir akademist yanaşma tərzi yoxdur, tərbiyyə sistemi bütövlükdə sıradan çıxıb və təlqinetmə o həddə çatıb ki, normal olmayana normal donu geyindirmək üçün lazımi qədər arqumentlər tapılır. Başqa bir tərəfdən sosial problemlərin mövcudluğuda insanlarda kənar vərdişlərə bir meyl yaradır. Çox maraqlı bir detala baxaq. Son bir neçə il ərzində Azərbaycanda baş verən əksər zorlama hadisələri Türkiyədə baş verən zorlama hadisələrinin demək olar ki, təkrarı və ya təlqinidir. Bu isə sübut edir ki, bu aktlar əslində fərdin mənimsədiyi informasiyanın təsiri ilə baş verir. Bu isə təsdiqləyir ki, psixoloji tarazlığını itirmiş fərdlərə ətraf mühitin təsiri çox böyükdür və alınan informasiya ətraf mühitin təsiri kimi effekt verir.Baş verənləri təhlil edərək belə nəticə çıxartmaq olar ki, yaxın illərdə yeni düşüncə tərzi, informasiya qəbulunda sistem formalaşmazsa aşınma daha sürətlə gedəcək və bu toplumun genetik kodlarına belə sarsıdıcı zərbələr vuracaq. Bunu da altından xətt çəkərək qeyd edək ki, hazırda belə bir yanaşma var ki, Azərbaycan cəmiyyəti, əsasəndə gəncliyi Avropaya inteqrasiya edir və bu səbəbdən müəyyən çatlar yaranır. Amma bu kökündən yanlış bir fikirdir və baş verənlər inteqrasiya ilə bağlı deyil, sadəcə olaraq psixoloji tarazlığın artması, kütlə psixologiyasının inkişafı və nəticədə özünəinamsızlıq faktorunun artmasıdır.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00