"KVN Bakı"nın keçmiş üzvünün
villasından 500 milyonluq heroin çıxdı
KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə-yarım milyard dollarlıq heron ələ keçirilib.
Bu sensasion məlumatı az əvvəl Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransında açıqlayıb. Generalın bildirdiyinə görə əməliyyat Moskvanın Domodedovo rayonunda, Kolıçev kəndində keçirilib.
"Kifayət qədər məşhur olan bir şəxsin, Bakının KVN komandasının keçmiş üzvü İldar Nurmimanovun daçasından böyük həcmdə-174 kiloqram təmiz heroin tapılıb. Bütün SSRİ-nin mövcudluğu ərzində heç vax bu həcmdə heroin tapılmamışdı" - Viktor İvanov bildirib.
Onun sözlərinə görə, heron mühafizə budkasında gizlədilmişdi. Ələ keçirilən heroinin qiyməti 500 milyon dollara yaxındır. "Heroin Rusiyaya TIR-larda gətirilib və banan yeşiklərində gizlədilib" general bildirib. Virtualaz.org saytı bu şok xəbərlə bağlı təfərrüatları öyrənməyə çalışır/virtualaz.org/.
Moskva vilayətində evlərin birində aşkar edilən 174 kq narkotik vasitə ilə bağlı adı hallanan İlqar İmanov açıqlama verib
Hazırda Türkiyədə olan İlqar İmanov istintaqa ifadə vermək üçün yaxın vaxtlarda Moskvaya gələcəyini deyib. İ.İmanov heç vaxt "Bakılı oğlanlar" klubunun üzvü olmadığını da vurğulayıb.
Qeyd edək ki, Moskvada keçirilən əməliyyat zamanı 6 nəfər və cinayətkar qrupun rəhbəri həbs olunub. Narkotik vasitə olan heroin 700 bağlamadan ibarət olub.
Narkotiklərə Qarşı Mübarizə idarəsinin rəhbəri Viktor İvanovun sözlərinə görə, müsadirə olunan narkotik vasitənin qiyməti yarım milyard dolllardır. Cinayətkarlar narkotik vasitəni Əfqanıstandan banan qutularında meyvələrlə birgə gətiriblər.
Narkotik vasitələrin "Bakılı oğlanlar" klubunun keçmiş üzvü kimi təqdim edilən İlqar Nazim oğlu İmanovun evində aşkarlandığı bildirilib.
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
